Tədrisi ingilis dilində aparılan ixtisaslara qəbul artıb
Ali məktəblərin tədrisi ingilis dilində aparılan ixtisaslarına qəbul olunan tələbələrin sayı artıb.
Məlumata görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev "Ali təhsildən gözləntilər" mövzusunda keçirilən seminarda deyib.
Onun sözlərinə görə, 2017-2018-ci tədris ilində tədrisi ingilis dilində aparılan ixtisaslara tələbə qəbulu üzrə proqnoz 1615 olub. Onun 87 faizi dolub.
Y.Piriyev qeyd edib ki, son illərdə ali təhsil müəssisələrinə qəbul olunanların orta bal göstəricisi artıb. Müsbət dinamika bütün ixtisas qrupları üzrə də müşahidə olunub.
Y.Piriyev deyib ki, bu tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin sayı ötən illərlə müqayisədə artaraq 5410 nəfər təşkil edib.
Y.Piriyevin sözlərinə görə, son 3 il ərzində 541 nəfər fəlsəfə doktoru, 103 nəfər elmlər doktoru elmi dərəcələri alıb.