AzTehsil.com


Xəbərlər / Müəllim / Şagird
18 fevral 2021
2 451


Məktəblərdə şagirdlərin hicab taxmasına heç bir məhdudiyyət, qadağa yoxdur



 

Novxanı kəndində yerləşən Mehdi Hüseynzadə adına 1 nömrəli məktəbin direktoru Taliyə Mirzəyevanın hicabla məktəbə gələn şagirdləri dərsə buraxmadığı deyilir.

Bu məsələyə təhsil eksperti Kamran Əsədov münasibət bildirib: "İlk növbədə qeyd edim ki, ölkədə heç bir qanunvericilik aktı təhsil alan şəxslərə təhsil müəssisələrinə hicabla gəlməyə qadağa qoymur.

Bildiyimiz kimi "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə uyğun olaraq, şagirdlərin geyim forması təhsil aldıqları məktəbin nizamnaməsi ilə müəyyən edilir.

Məktəbin nümunəvi əsasnaməsi var dərs mühitində, tədris prosesində geyim qaydaları da həmin nümunəvi əsaslara uyğun olmalıdır.

Yəni burada məktəbdaxili mühit və tədris prosesinin effektiv təşkili bundan asılıdır. Hər bir məktəbin pedaqoji heyətinin məktəb pedaqoji şurasının qərarı ilə təsdiq olunan geyim forması var.

Daha çox məktəb geyimi bu formalara uyğun olaraq tənzimlənir. Hər şey məktəbin daxili nizamnaməsinə uyğun olaraq məktəbdaxili mühitə hesablanmalıdır və o əsasda olmalıdır.

Yaxşı olar ki, hər tədris ilinin əvvəlində pedaqoji şurada məktəbli forması təsdiq ediləndə hicabdan istifadə olunmuş nümunə də təsdiq edilsin.
Amma etiraf edək ki, dövlət ümumtəhsil məktəblərinin heç biri bunu etmir ona görə də mütəmadi olaraq hicab taxmış şagirdlərlə bağlı müəyyən narahatlıqlar yaranır.

Bir daha deyirəm ki, məktəblərdə şagirdlərin hicab taxmasına heç bir məhdudiyyət, qadağa yoxdur.

Amma dünya ölkələrində fərqli mənzərə var. Misal üçün, son illərdə bir çox ölkələrdə məktəbli qızların dərsə hicabla gəlməsi qadağan olunub. Məsələn, 2017-ci ilin oktyabrında Qazaxıstanda bununla bağlı qərar qəbul edilib.

Ölkənin Təhsil və Elm Nazirliyi bildirmişdi ki, məktəblərdə bu və ya digər dinin birbaşa təbliğatı yolverilməzdir. Təhsil və elm naziri bildirmişdi ki, "dini atributların, geyimin, baş örtülərinin (hicab, papaq) geyinilməsinə indiyə qədər yol verilməyib, bundan sonra da bu, yolverilməz olacaq”.

2018-ci ilin oktyabrında isə Tacikistanda Təhsil Nazirliyi məktəbli qızlara hicab geyinməyi, oğlanlara isə saqqal saxlamağı qadağan etdi. Həmçinin nazirliyin qərarı ilə qızların dar şalvar, qısa geyimlər geyinməsi, parlaq makiyaj etməsi də qadağan olunub.

Türkiyədə isə əksinə, bir neçə il öncə hicablı şagirdlərin təhsil alma hüququnu məhdudlaşdıran hicab qadağası ləğv edilib.

Hətta "The Sunday Times” qəzeti üçün keçirilmiş sorğunun nəticələrinə görə, İngiltərədəki 800 ibtidai məktəbin 18 faizində hicab məktəbli formasının bir variantı kimi qəbul edilir. Bundan əvvəl Milli Dünyəvilik Cəmiyyətinin apardığı sorğu islam məktəblərinin, 27 ibtidai məktəb də daxil, 42 faizində hicabın icbari məktəbli forması kimi qəbul edildiyini göstərmişdi". (sherg.az)



Загрузка...
Həmçinin oxuyun:
Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri

“Məktəblərdəki hicab qadağası heç zaman ləğv olunmayacaq” – Avstriya baş naziri

“Məktəblərdəki hicab qadağası heç zaman ləğv olunmayacaq” – Avstriya baş naziri

Gürcüstanda azərbaycandilli məktəbdə hicab qadağası

Gürcüstanda azərbaycandilli məktəbdə hicab qadağası

Bakıda vahid məktəbli forması ləğv edilir?

Bakıda vahid məktəbli forması ləğv edilir?

Bölgələrdə məktəbli forması problemi

Bölgələrdə məktəbli forması problemi

Şagirdlərin saç düzümünə məhdudiyyət qoyulmalıdırmı?

Şagirdlərin saç düzümünə məhdudiyyət qoyulmalıdırmı?

Lənkəran Dövlət Universitetində hicab QALMAQALI

Lənkəran Dövlət Universitetində hicab QALMAQALI

Məktəbli forması nümunələri ilə bağlı ictimai rəy öyrənilir

Məktəbli forması nümunələri ilə bağlı ictimai rəy öyrənilir

Məktəb rəhbəri dərs ilinin ilk günündə iş otağından xəstəxanaya aparıldı...

Məktəb rəhbəri dərs ilinin ilk günündə iş otağından xəstəxanaya aparıldı...

“Vahid məktəbli forması” ilə bağlı məsələ yenidən gündəmə gəlib.

“Vahid məktəbli forması” ilə bağlı məsələ yenidən gündəmə gəlib.

Digər ölkələrdə məktəblilər necə geyinir?

Digər ölkələrdə məktəblilər necə geyinir?

Bakıda məktəb direktoru müəllimdən hicabını açmağı tələb edib? - RƏSMİ AÇIQLAMA

Bakıda məktəb direktoru müəllimdən hicabını açmağı tələb edib? - RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi vahid məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirib

Təhsil Nazirliyi vahid məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirib

Qadın hicablı ola ya olmaya gərək bunlara diqqət edə...........

Qadın hicablı ola ya olmaya gərək bunlara diqqət edə...........

Universitetlərdə vahid forma tətbiqi olacaqmı?- Tələbə bəzən, elə formada dərsə gəlir ki...”

Universitetlərdə vahid forma tətbiqi olacaqmı?- Tələbə bəzən, elə formada dərsə gəlir ki...”

Məktəbli formalarında ediləcək yeniliklərlə bağlı açıqlama: “Bunun üçün böyük vaxt lazımdır”

Məktəbli formalarında ediləcək yeniliklərlə bağlı açıqlama: “Bunun üçün böyük vaxt lazımdır”

"Kim nə deyir, mənə maraqlı da deyil" - Məktəb direktorundan konkret cavab + Səsyazısı

"Kim nə deyir, mənə maraqlı da deyil" - Məktəb direktorundan konkret cavab + Səsyazısı

Mingəçevir Dövlət Universitetində hicablı tələbələrə qadağa qoyuldu

Mingəçevir Dövlət Universitetində hicablı tələbələrə qadağa qoyuldu

Təhsil Şöbəsindən müəllimə qeyri-adi cavab: "Siz hicab taxdığınıza görə, dərs saatı verilmir!" - FOTO FAKTLAR

Təhsil Şöbəsindən müəllimə qeyri-adi cavab: "Siz hicab taxdığınıza görə, dərs saatı verilmir!" - FOTO FAKTLAR

Təhsil Şöbəsindən müəllimə qeyri-adi cavab: "Siz hicab taxdığınıza görə, dərs saatı verilmir!"

Təhsil Şöbəsindən müəllimə qeyri-adi cavab: "Siz hicab taxdığınıza görə, dərs saatı verilmir!"

Mingəçevir Dövlət Universitetinə qəbul olan qızı hicaba görə qeydiyyata almadılar

Mingəçevir Dövlət Universitetinə qəbul olan qızı hicaba görə qeydiyyata almadılar

Azərbaycanda vahid məktəbli forması tətbiq ediləcək tarix AÇIQLANDI

Azərbaycanda vahid məktəbli forması tətbiq ediləcək tarix AÇIQLANDI

"Bu nə deməkdir? Necə yəni, formanı alın, çekini bizə gətirin?!"..Əməkdar müəllimdən sərt reaksiya

"Bu nə deməkdir? Necə yəni, formanı alın, çekini bizə gətirin?!"..Əməkdar müəllimdən sərt reaksiya

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən