AzTehsil.com


Xəbərlər
08 yanvar 2021
1 569


Amerikada ilkə imza atan azərbaycanlı gənc



Amerikada ilkə imza atan azərbaycanlı gənc

 

Anar Qocayev: "Hədəfim gələcək akademik fəaliyyətim üçün gözəl bir təməl qurmaqdır”

Azərbaycan hər zaman istedadlı gəncləri ilə fəxr edib. Onların dünyanın müxtəlif ölkələrində əldə etdiyi uğurlar hər zaman bizləri sevindirib. İstedadlı gənclərimizin uğurları ölkəmizdə insan kapitalına qoyulan ən mühüm investisiyaların artıq öz müsbət bəhrələrini verdiyinə əyani nümunədir. Belə gənclərdən biri son illər Türkiyə, Amerika Birləşmiş Ştatlarında təhsil karyerasında, iş fəaliyyətində ciddi uğurlar qazanmış Anar Qocayevdir. Azərbaycanın xaricdə rezidentura təhsili almış ilk tələbələrindən olan  A.Qocayev  rezidenturadansonrakı təhsil pilləsinə  (fellowship)  qəbul  olaraq  növbəti  ilkə  imza atıb.

Tanıtım: 1985-ci il dekabrın 24-də Bakıda anadan olub. 2003-cü ildə 116 nömrəli tam orta məktəbi bitirərək Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsinə qəbul olunub. 2007-ci ildən təhsilini mübadilə proqramı əsasında İstanbul Universitetinin tibb fakültəsində davam etdirib. 2009-cu ilin iyul-avqust aylarında ABŞ-ın Nyu-York şəhərində yerləşən "Medical College”də molekulyar genetika və ginekologiya laboratoriyasında elmi fəaliyyətlə məsğul olub. 2010-cu ilin mayında ABŞ-ın "Sloan-Kettering” Xərcəng Mərkəzində biraylıq kurs keçib. 2010-cu ildə tibb fakültəsinin məzunu olub. 2011-2012-ci illərdə ABŞ-ın Corciya statının Atlanta şəhərində yerləşən və bir çox ən müasir laparoskopik cərrahiyyə əməliyyatlarının ilk dəfə icra edildiyi "Minimally Invasive Gynecology Institute”da, 2012-2013-cü illərdə isə Ohayo statında yerləşən Klivlend klinikasında ginekoloji onkologiya üzrə postdoktoral elmi fəaliyyətlə məşğul məşğul olub. Bir neçə məqaləsi məşhur jurnallarda  yayımlanıb. Amerikada həkimlik fəaliyyəti ilə məşğul olmağa icazə verən "USMLE” imtahanlarında ən yüksək bal toplayaraq "ECFMG” sertifikatına layiq görülüb. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2017-ci illərdə   Kornell Universitetində rezidentura təhsili alıb. Ötən ilin fevralında ABŞ-ın "The American Board of Obstetrics andGynecology” imtahanını uğurla verərək həkimlər kollegiyasına üzv olub.

-  İlk növbədə, ABŞ-da rezidentura təhsilinz barədə məlumat verməyinizi xahiş edirik.

2013-cu ildə ABŞ-ın Kornell Universitetinin rezidenturasına qəbul oldum və rezidentura təhsilimi Nyu-Yorkda "Jamaica Hospital Medical Center” də etdim. Amerikada təhsil müddəti rezidentura üçün 4 ildir. Rezidentura təhsil müddətində Amerikada və dünyada məşhur olan Yel Universitetində, "Sloan-Kettering” Xərcəng Mərkəzində, Klivlend klinikası kimi xəstəxanaların ginekologiya bölmələrində toplam 4 ay olmaqla iş təcrübələri keçdim. Rezidentura təhsilimi 2017 -ci ildə tamamladım. Və 2017-ci ildən bu günə kimi Nyu-York şəhərindəki xəstəxanaların birində həkim olaraq fəaliyyətimi davam etdirirəm. İstər rezidentura təhsili müddətində, istərsə də məzun olduqdan sonra həkimlik fəaliyyəti dövründə Azərbaycan Tibb Universitetində həkimlər və tələbələr üçün bir neçə dəfə öz təşəbbüsümlə seminarlar vermişəm. Bundan başqa, bir neçə il əvvəl feysbuk sosial şəbəkəsində Azərbaycan və Amerika Tibb Forumunu yaratdım. Forum vasitəsilə çox sayda azərbaycanlı həkim və tələbələr Amerikaya gəlmək və təhsil almaq qaydaları barədə bizə müraciət edirdilər.  Vaxtilə Azərbaycanda həmin seminarlara qatılan həkimlərdən bir neçəsi artıq Amerikada elmi işlərlə  məşğul olur və rezidentura təhsilinə də başlayacaq.

 - Siz xaricdə rezidentura təhsilinə qəbul olunmuş ilk tələbələrimizdənsiniz. Rezidentura təhsilinin Azərbaycan üçün əhəmiyyəti, aktuallığı barədə nə deyə bilərsiniz?

- Rezidentura təhsili nəinki Azərbaycan üçün, dünyanın hər yerində, inkişaf etmiş, inkişaf etməmiş və ya inkişaf etməkdə olan ölkələrdə belə ən vacib mərhələdir. Açığı, rezidentura təhsili olmadan bacarıqlı həkim yetişdirmək həddən artıq çətindir və ya mümkünsüzə yaxındır.
 
 
Çünki tibb fakültəsindən məzun olan həkim, əlbəttə ki, müəyyən bilikləri, bacarıqları bir il içərisində internatura dövründə öyrənə bilməz. Əgər bacarıqlı həkimlər yetişdirmək istəyiriksə, mütləq çox güclü bir rezidentura sistemi qurmaq lazımdır.
 
Çox vacib məsələlərdən biri isə, məncə, rezidentura təhsili alıb Azərbaycana qayıdan həkimlərin Azərbaycan Tibb Universitetində fərqli fakültələrdə fəaliyyət göstərməyə dəvət olunmasıdır.

  - Bildiyimizə görə, siz həm də xaricdə rezidenturadan sonrakı təhsilə (fellowship) qəbul olunmuş ilk azərbaycanlı tələbəsiniz. Bu barədə nə deyə bilərsiniz? Bu cür təhsil sizin üçün nə dərəcədə prioritet oldu?
- Bildiyim qədər, nəinki Amerikada, bütün dünyada pernitalogiya üzrə rezidenturadansonrakı təhsilə qəbul olunan ilk azərbaycanlıyam. Pernitalogiya yüksək riskli hamiləliklərin, ana və ana bətnində olan uşağın müalicəsi ilə məşğul olan bir elm sahəsidir. Bu gün və gələcək üçün çox vacib olan bir sahədir. Tək bu ixtisasda deyil, digər ixtisaslarda da hər hansı bir seçim edərkən, məncə, ilk növbədə, bu ixtisası nə qədər sevirsiniz və həyatınızı bu sahədə işləməklə keçirə biləcəksinizmi - buna qərar vermək lazımdır. Bundan başqa, ixtisasın gələcək üçün nə qədər vacib bir sahədir - onun da böyük əhəmiyyəti var. İndiyə qədər xaricdə bu istiqamət üzrə təhsil almış mütəxəssis olmadığına görə fikirləşdim ki, bu sahədə ixtisas ala bilsəm, bunun Azərbaycan üçün çox faydaları ola bilər.

 
- Elmi jurnallarda dərc olunubsunuz?

- İndiyə qədər təxminən 10-a yaxın məqaləm ginekologiya üzrə impakt faktoru ən yüksək olan dərgilərdə dərc olunub. Və məqalələrimə indiyə qədər təxminən yüzə yaxın istinad olub.

 - Təhsil və elmi həyatınızda Dövlət Proqramının əhəmiyyətini və rolunu necə qiymətləndirirsiniz?

- Mən şəxsən sadə bir həkim və müəllim ailəsindənəm. Anam Pəri Qocayeva Bakıdakı 257 nömrəli tam orta məktəbdə müəllim işləyir. Atam isə 19 saylı Birləşmiş şəhər xəstəxanasının həkimidir. Dövlət Proqramı olmasaydı, şəxsən mənim üçün, sadə bir ailədən gələn tələbə üçün Amerikaya gəlmək və burada təhsil almaq qeyri-mümkün olacaqdı. Dünyanın hansı ölkəsində olsanız, nə qədər istedadınız olsa da müəyyən mərhələdən sonra mütləq maddi bir dəstəyə ehtiyac olur. Mən öz nümunəmdəm göstərə bilərəm ki, Azərbaycan Tibb Universitetində tibb fakültəsində ən yüksək qiymətlərlə oxumuşam, əlaçı olmuşam. İstanbul Universitetində tibb fakültəsində də çox yüksək qiymətlərlə oxumuşam, hər zaman örnək tələbələrdən olmuşam. Əgər Dövlət Proqramına qəbul olmasaydım Amerikaya gəlib təhsil almağım mümkün olmazdı.  Dövlətimiz bu proqram vasitəsilə tələbələrə ən gözəl şəkildə öz dəstəyini göstərir.

 - Sizcə, gənclərimizin elmi tədqiqatlara marağını artırmaq üçün nə kimi işlər görməliyik?

- Tələbələrin elmə marağını artırmaq üçün məncə ali məktəb artıq çox gecdir. Biz bu işə çox ciddi şəkildə orta məktəblərdə, hətta orta məktəblərin VI - VII, ən gec IX və XI siniflərdə başlamalıyıq. Bütün inkişaf etmiş ölkələrin təcrübəsi bunu göstərir ki, mütləq şəkildə bu təhsili, təşviqatı, təbliğatı orta məktəblərdə başlamaq lazımdır.

- Azərbaycan gəncliyinin erməni təcavüzünə qarşı rəşadətli Zəfərini, torpaqlarımızın işğaldan azad olunmasını necə qarşıladınız?

- Burada bizim qurduğumuz Azərbaycan - Amerika Tibb Cəmiyyəti var. Müharibənin ilk günündən etibarən cəbhədəki hadisələri  çox yaxından izləyirdik və əlimizdən gələn bütün köməyi göstərməyə çalışdıq. Bizim göstərdiyimiz əsas kömək o oldu ki, istər bütün siyasi orqanlara, əhəmiyyətli qurumlara, dünyada sözü keçən televiziya, onlayn sosial media orqanlarına, istərsə də Konqresə, müxtəlif ştatların siyasi orqanlarına öz məktublarımızı və mesajlarımızı göndərməyə çalışdıq. Bunun uğurlu olduğuna da inanıram. Özümüz burada olsaq da, ürəyimiz Azərbaycandadır. Müharibənin ilk günündən bəri gecə-gündüz ağlımız, düşüncələrimiz Azərbaycandadır. Hadisələri çox yaxından izləmişik. Bu, bizim əlbəttə ki, tarixi qələbəmizdir. Son bir neçə 100 ildə, bəlkə də min ildə belə bir qələbəmiz olmayıbdır. Bu qələbə bizim üçün son olmamalıdır. Bu qələbə bizim üçün bir başlanğıc olmalıdır. Bundan sonra da harada olmağımızdan asılı olmayaraq hər bir azərbaycanlı gecə-gündüz əlindən gələn hər bir şeyi etməlidir ki, ölkəmizin gələcəyi, xalqımızın gələcəyi daha da gözəl olsun. Bu qələbə münasibətilə də qəzetinizin bütün üzvlərini, xalqımızı bir daha ürəkdən təbrik edirəm.

 - Gələcəklə bağlı hansı planlarınız var?

- Gələcək planlarım çoxdur. Əlbəttə ki, hədəfim rezidenturadansonrakı təhsilimi gözəl bir şəkildə tamamlamaq, sonra gələcək akademik fəaliyyətim üçün gözəl bir təməl qurmaq və prosesdə də əlimdən gələn qədər daha çox azərbaycanlı həkimlərə və tələbələrimizə yol göstərmək, mümkün qədər onların da Amerikada təhsil almasına kömək eləmək mənim birinci məqsədimdir. Bundan başqa, Azərbaycan -Amerika Tibb Cəmiyyəti olaraq son vaxtlarda bir layihə üzərində işləməyə başlamışıq. Bu layihədə əsas məqsədimiz Amerikada olan həkimləri bir qrup, onlayn klinika şəklində təşkil edib Azərbaycandakı həmkarlarımızla bərabər bir distant klinika olaraq ilk növbədə şəhid ailələrinə, qazilərimizə pulsuz bir konsultasiya xidməti yaratmağı nəzərdə tutmuşuq. Ümid edirəm ki, bu iş bir-iki ayın içərisində hazır ola bilər. Uzunmüddətli planlar arasında, əlbəttə ki, 2 əsas planım olduğunu demək istərdim. Birincisi, ildə bir -iki dəfə gəlib Azərbaycanda qısamüddətli də olsa müəyyən imtiyazlı ailələrə pulsuz tibb xidməti göstərmək istəyərəm. Bundan başqa, dünyada belə bir təcrübə var ki, qrup halında həkimlər, məsələn, inkişaf etmiş ölkələrdə - Amerikada fərqli ölkələrə gedib orada yerli insanlara xidmət edirlər. Digər tərəfdən tibb fakültələrinin tələbələrinə öz tövsiyələrini verə bilərlər. Xaricdən dəvət olunmuş professorlar, həkimlər gəlib Azərbaycan Tibb Universitetində tələbələrə müəyyən qədər iş təcrübəsi və yaxud da biliklər qazandıra bilərlər.

 Oruc MUSTAFAYEV
 




Загрузка...
Həmçinin oxuyun:
Beynəlxalq Tibb Mərkəzi həkiminin cərrahi əməliyyatı onlayn izlənilib

Beynəlxalq Tibb Mərkəzi həkiminin cərrahi əməliyyatı onlayn izlənilib

Rezidenturaya ixtisas seçiminin başa çatmasına 2 gün qaldı

Rezidenturaya ixtisas seçiminin başa çatmasına 2 gün qaldı

ABŞ-da xüsusi klubu olan azərbaycanlı müəllim – “Pedaqoqlarımız Amerika səviyyəsindədirlər, çünki...”

ABŞ-da xüsusi klubu olan azərbaycanlı müəllim – “Pedaqoqlarımız Amerika səviyyəsindədirlər, çünki...”

"Plan yerlərinin artırılmasındansa gənclərin məşğulluğu üçün iş görmək lazımdır"

"Plan yerlərinin artırılmasındansa gənclərin məşğulluğu üçün iş görmək lazımdır"

Rezidentura ilə bağlı ən çox verilən suallar – Kuratoru hansı halda dəyişmək olar?

Rezidentura ilə bağlı ən çox verilən suallar – Kuratoru hansı halda dəyişmək olar?

Dövlət Proqramı məzunları pandemiya ilə mübarizənin ön cəbhəsində

Dövlət Proqramı məzunları pandemiya ilə mübarizənin ön cəbhəsində

Xaricdə təhsil üzrə dövlət proqramı bərpa oluna bilər

Xaricdə təhsil üzrə dövlət proqramı bərpa oluna bilər

Azərbaycanlı doktorant ABŞ Milli Elm Fondunun mükafatına layiq görülüb

Azərbaycanlı doktorant ABŞ Milli Elm Fondunun mükafatına layiq görülüb

Rezidenturanın ümumi imtahanlarında ən yüksək bal 171 bal oldu/II mərhələnin cavabları açıqlandı

Rezidenturanın ümumi imtahanlarında ən yüksək bal 171 bal oldu/II mərhələnin cavabları açıqlandı

Dünyanın müxtəlif nüfuzlu universitetlərində, tədqiqat mərkəzlərində  çalışan azərbaycanlı alimlərin  uğurları hər birimiz üçün iftixar  mənbəyidir.

Dünyanın müxtəlif nüfuzlu universitetlərində, tədqiqat mərkəzlərində çalışan azərbaycanlı alimlərin uğurları hər birimiz üçün iftixar mənbəyidir.

Harvardın 30 yaşlı azərbaycanlı professoru...

Harvardın 30 yaşlı azərbaycanlı professoru...

“Əgər millətimin və dövlətimin mənə ehtiyacı varsa, əlimdən gələni etməyə hazıram”

“Əgər millətimin və dövlətimin mənə ehtiyacı varsa, əlimdən gələni etməyə hazıram”

Bu universitetdə yeni ixtisas açılır

Bu universitetdə yeni ixtisas açılır

Rezidenturaya ixtisas seçimi edənlərin nəzərinə!

Rezidenturaya ixtisas seçimi edənlərin nəzərinə!

“Olimpiada ruhu uşaqlara erkən yaşlardan aşılanmalıdır”

“Olimpiada ruhu uşaqlara erkən yaşlardan aşılanmalıdır”

Bakı məktəbinin məzunu doqquz nüfuzlu universitetə qəbul olub - FOTO

Bakı məktəbinin məzunu doqquz nüfuzlu universitetə qəbul olub - FOTO

“Xaricdə təhsil proqramı bərpa olunmalıdır”- Etibar Əliyev

“Xaricdə təhsil proqramı bərpa olunmalıdır”- Etibar Əliyev

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

“Gələcək hədəfim ölkəmizə Nobel Mükafatı qazandırmaqdır”

“Gələcək hədəfim ölkəmizə Nobel Mükafatı qazandırmaqdır”

Tələbə qəbulu planını Nazirlər Kabineti müəyyən edəcək

Tələbə qəbulu planını Nazirlər Kabineti müəyyən edəcək

"Bu onu göstərir ki, Azərbaycan təhsil sistemi çox yaxşı inkişaf edib"

"Bu onu göstərir ki, Azərbaycan təhsil sistemi çox yaxşı inkişaf edib"

Nalbandyanı susduran azərbaycanlı tələbə: “Yenə eyni addımı ataram”

Nalbandyanı susduran azərbaycanlı tələbə: “Yenə eyni addımı ataram”

Rezidenturaya ixtisas seçimi başladı

Rezidenturaya ixtisas seçimi başladı

Azərbaycanlı alimdən koronavirusla bağlı fərqli YENİLİK

Azərbaycanlı alimdən koronavirusla bağlı fərqli YENİLİK