AzTehsil.com


Xəbərlər / Qəhramanlarımız
23 dekabr 2020
2 274


Cəbrayıl Dövlətzadənin ilk məşqçisi: “Uduzanda ağlayırdı, deyirdi ki, hamıdan güclü olmalıyam” - MÜSAHİBƏ



 

Yaxınlarda Azərbaycan Cüdo Federasiyası Vətən Müharibəsində şəhid olmuş 18 cüdoçu şəhidimizin siyahısını tərtib etdi. Siyahıda Sumqayıtın Corat qəsəbəsində anadan olmuş, II Qarabağ Müharibəsinin ilk şəhidlərindən Cəbrayıl Dövlətzadə də vardı.

Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla "Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş, Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olmuş Cəbrayılın ilk cüdo məşqçisini tapdıq.

1 saylı Uşaq-Gənclər İdman Məktəbinin cüdo müəllimi, Əməkdar məşqçi, Bədən tərbiyəsi və idman xadimi Adil Həsənov Oxu.Az-a müsahibəsində keçmiş tələbəsi haqqında təəssüratlarını bölüşüb.
 
– Siz şəhidimiz Cəbrayıl Dövlətzadənin məşqçisi olmusunuz. Onun cüdoya necə yazılması yadınızdadır?

– Bəli, yadımdadır. 8-9 yaşları olardı. Atası onda Sumqayıtda zavodda işləyirdi, səhərlər əlindən tutub gətirirdi. Onda mən Sumqayıt Dövlət Universitetinin zalında məşq keçirdim. Cəbrayıl qohumu ilə birgə məşqə yanıma gəlirdi. Hardasa iki il yanımda məşq keçdi.
 

 

– Onu necə xarakterizə edə bilərsiniz? 

– Xarakterli, vuruşqan uşaq idi. Heç vaxt tənbəllik etməzdi. Altı kross qaçış verəndə gəlib soruşurdu ki, olar, mən iki kross qaçım? Yəni onun uşaq vaxtından istedadlı olması hiss olunurdu. Digər uşaqlardan seçilirdi. Uduzanda ağlayırdı, uduzmağı sevmirdi. Deyirdi ki, mən hamıdan güclü olmalıyam. Liderlik qabiliyyəti vardı.
 

 

– Bəs necə oldu ki, cüdodan ayrıldı?

– Sonra ata və anası boşandı. Ondan sonra uşaq məşqə gəlmədi. Anası Cəbrayılla qızını götürüb Bakıya köçdü. Əvvəl Xırdalanda, daha sonra Keşlə qəsəbəsində nənəsigildə qaldılar.

Ailə vəziyyəti belə alınmasaydı, Cəbrayıl cüdoda qalardı. Bəlkə də, indi onun haqqında dünya və Avropa çempionatının mükafatçısı kimi danışırdıq. Biz onu kadetlər (məktəb yaşlılar) arasında şəhər birinciliyinə hazırlamışdıq. Təəssüf ki, belə bir hadisə oldu və cüdonu dayandırdı.
 

 

– Yəqin ki, Sumqayıtdan ayrıldıqdan sonra onunla əlaqəniz itmişdi. Şəhid olmasını eşidəndə sizin tələbəniz olduğunu dərhal bildinizmi?

– Açığı, Polad Həşimovun yanında dəfn olunanda, ilk dəfədən tanımadım. Onun sifəti mənə tanış gəlirdi, amma yadıma sala bilmirdim. Böyüsə də, həmin uşaqlıqdakı sifət cizgiləri dəyişməmişdi. Sonra qohumu mənə zəng etdi.

Dedi ki, Adil müəllim, Cəbrayıl sizin tələbəniz olub. Bunu eşidəndə tüklərim biz-biz oldu. O cür uşağı itirdiyimizə çox məyus oldum. Bu, mənə çox pis təsir etdi. Bir tərəfdən də sevindim ki, qəhrəmanlıq göstərərək, şəhidlik zirvəsinə ucalıb.
 

 

– Onun haqqında başqa nə eşitmisiniz?

– Ötən ildən hərbi xidmətdə idi. Daha sonra Ballıqayada Xüsusi Təyinatlılar üçün əsgər yığılanda könüllü olaraq yazılıb. Orada xüsusi kurs keçib. Düşmən postunu dağıtmaq üçün əməliyyata gedənlərin hamısı zabit olub, yeganə əsgər Cəbrayıl olub.

Zabitlərə deyib ki, sizin ailəniz var, geri qayıdın. O, bir erməni generalını boğub, iki polkovniki məhv edib... Anasına da deyib ki, sonra Sumqayıta gələcəyəm, "052”yə gəlib işləyəcəyəm, sizə pul qazanacağam, ev alıb ailəni pis vəziyyətdən çıxaracağam. 

Yəni uşaq vaxtından çox zəhmətkeş olub. Eşitdiyimə görə, cüdodan sonra trenajor məşqləri ilə də məşğul olub. Həmçinin, məndən ayrıldıqdan sonra Xırdalan və Keşlədə də cüdoya gedib. oxu.az 
 

 





Загрузка...
Həmçinin oxuyun:
Xaspolad 13 ildən sonra dünyaya gəlmişdi, Allah onu mənə gec vermişdi, tez aldı - Şəhid Anası

Xaspolad 13 ildən sonra dünyaya gəlmişdi, Allah onu mənə gec vermişdi, tez aldı - Şəhid Anası

Şəhid Fərid Məmmədovun həyat yoldaşı: “Sevdiyimin tabutunu qucaqlayıb yuxuya getdim” - FOTO

Şəhid Fərid Məmmədovun həyat yoldaşı: “Sevdiyimin tabutunu qucaqlayıb yuxuya getdim” - FOTO

Zəngilan rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Anar Əmirov

Zəngilan rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Anar Əmirov

Şəhid Zamin Rəhimov : “Bilsəniz ki, harada dayanmışam o yerdən əyilib öpərdiniz”

Şəhid Zamin Rəhimov : “Bilsəniz ki, harada dayanmışam o yerdən əyilib öpərdiniz”

Minaya düşən 23 yaşlı qazi: Ayağımı götürüb 500 metr tək getdim...

Minaya düşən 23 yaşlı qazi: Ayağımı götürüb 500 metr tək getdim...

Füzuli, Cəbrayıl və Zəngilanda döyüşən əsgərimiz qazi oldu

Füzuli, Cəbrayıl və Zəngilanda döyüşən əsgərimiz qazi oldu

Komandiri ilə bərabər şəhid olan Oktayın həyat hekayəsi: Altı il idi sevdiyi vardı, nişanlanacaqdılar - FOTO

Komandiri ilə bərabər şəhid olan Oktayın həyat hekayəsi: Altı il idi sevdiyi vardı, nişanlanacaqdılar - FOTO

Qubadlı rayonunun  azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ruhin Xəlilov

Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Ruhin Xəlilov

İki övladını şəhid verən ana: “Bir oğlumu dəfn edib gələndən sonra digərinin nəşini gətirdilər” - VİDEO

İki övladını şəhid verən ana: “Bir oğlumu dəfn edib gələndən sonra digərinin nəşini gətirdilər” - VİDEO

Toyunu qələbədən sonra etməyi planlaşdıran şəhid gizirimiz - FOTO

Toyunu qələbədən sonra etməyi planlaşdıran şəhid gizirimiz - FOTO

“Oğlum vurulan anda evdə ürəyim getmişdi” - VİDEO

“Oğlum vurulan anda evdə ürəyim getmişdi” - VİDEO

Anam tabutu açdıranda görüb ki, mən deyiləm... - Qazi Rəmzi

Anam tabutu açdıranda görüb ki, mən deyiləm... - Qazi Rəmzi

Ürəyində Azərbaycan boyda sevgi gəzdirən oğullar

Ürəyində Azərbaycan boyda sevgi gəzdirən oğullar

Laçınlı şəhidimiz qəhrəmanlığı ilə dastan yazdı: Ölümünə dözə bilməyən atası vəfat etdi - VİDEOREPORTAJ

Laçınlı şəhidimiz qəhrəmanlığı ilə dastan yazdı: Ölümünə dözə bilməyən atası vəfat etdi - VİDEOREPORTAJ

Baş Leytenant Əzizov Elçin

Baş Leytenant Əzizov Elçin

Füzuli istiqamətində  gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Sevindik İsmayılzadə

Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Sevindik İsmayılzadə

Şəhid anası: “Oğlumun bir sözü var idi: Ya tarix yazacağam, ya da tarixdə qalacağam”

Şəhid anası: “Oğlumun bir sözü var idi: Ya tarix yazacağam, ya da tarixdə qalacağam”

Payızda toyunu edəcəkdik... - Şəhid Rəşad Mahmudovun SON ARZUSU

Payızda toyunu edəcəkdik... - Şəhid Rəşad Mahmudovun SON ARZUSU

Nişanlı idi, toyu olacaqdı, şəhidlik zirvəsinə ucaldı - FOTO/VİDEO

Nişanlı idi, toyu olacaqdı, şəhidlik zirvəsinə ucaldı - FOTO/VİDEO

Məktəbli qız intihar etmək istəyibmiş – Ona lağ edirdilər

Məktəbli qız intihar etmək istəyibmiş – Ona lağ edirdilər

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - VİDEO

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - VİDEO

Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Gələ bilməyəcəm”

Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Gələ bilməyəcəm”

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

“Vətən uğrunda” medalı ilə təltif edilən şəhid Hüseyn Həmidzadə

Cəbrayıla getmək arzusunda olan ,şəhidlik zirvəsinə ucalan Səbuhi Əsədov

Cəbrayıla getmək arzusunda olan ,şəhidlik zirvəsinə ucalan Səbuhi Əsədov