Xəbərlər / Dünya
03 sentyabr 2020
1 116


“Dünyadakı qaçqın uşaqların yarısı məktəbə getmir” – HESABAT

“Dünyadakı qaçqın uşaqların yarısı məktəbə getmir” – HESABAT

 

COVID-19-un qaçqınların təhsilinə fəlakətli təsirlərini aradan qaldırmaq üçün beynəlxalq birlik tərəfindən təcili və qətiyyətli tədbir görülməsə, dünyanın ən həssas durumda olan bəzi icmalarında yaşayan milyonlarla gənc qaçqının potensialına əlavə təhlükə yaranacaq.

 
Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının "Qaçqınların təhsili üçün bir araya gələk” hesabatında bildirilib.

Qeyd edək ki, hesabatdakı məlumatlar 2019-cu tədris ilindən götürülmüş təhsil alanlar barədə ümumi rəqəmlərə əsaslanır:

"Hər bir ölkədə uşaqlar COVID-19-un onların təhsilinə təsiri ilə mübarizə aparsalar da, hesabatda bu qənaətə gəlinir ki, qaçqın uşaqlar xüsusilə əlverişsiz durumdadırlar. Pandemiyaya qədər qaçqın uşağın təhsildən kənarda qalması ehtimalı qeyri-qaçqın uşaqla müqayisədə iki dəfə çox idi. Bu durum daha da pisləşəcək-məktəblərin bağlanması, təhsil haqlarının, məktəbli formalarının və ya kitabların dəyərinin ödənilməsində çətinliklər, texnologiyalara çıxış imkanının olmaması ucbatından və yaxud ailələrinə yardım üçün işləməli olmaları səbəbindən çoxları təhsillərini davam edirmək imkanına malik olmaya bilərlər”.

"Artıq dünyadakı qaçqın uşaqların yarısı məktəbə getmir”, – deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib.

F.Qrandi deyib ki, qaçqınların məruz qaldığı bütün məşəqqətlərdən sonra bu gün biz onları təhsildən məhrum etsək gələcəklərini əllərindən ala bilərik:

"Pandemiyanın yaratdığı böyük problemlərə baxmayaraq, qaçqınlara və onları qəbul etmiş icmalara daha çox beynəlxalq dəstək göstərməklə biz ötən illərdə qaçqınların təhsili sahəsində əldə edilmiş böyük nailiyyətləri qorumağın innovativ üsullarını genişləndirə bilərik. Daha çox dəstək olmasa, məktəblərdə, universitetlərdə texniki-peşə təhsili müəssisələrində şagirdlərin sayının dayanıqlı şəkildə artması istiqamətində çətinliklə əldə edilmiş nailiyyətlər (bəzi hallarda həmişəlik olaraq) əldən verilə və Dayanıqlı inkişaf məqsədlərindən 4-cüsünə – "hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək” məqsədinə nail olmağa yönələn səylərə xələl gətirilə bilər”.

Hesabatda yer alan 2019-cu ilin məlumatları dünyadakı qaçqın uşaqların yarısından çoxunu qəbul etmiş on iki ölkədən əldə edilmiş məlumatlara əsaslanır:

"İbtidai məktəblər ümumilikdə uşaqların 77%-ini əhatə etdikləri halda, orta məktəblər yeniyetmələrin yalnız 31%-ini əhatə edir. Ali təhsil səviyyəsində qaçqın gənclərin yalnız 3%-i əhatə olunub.

Bu statistika orta ümumi göstəricilərdən xeyli geri qalsa da, hər halda irəliləyişi özündə əks etdirir. Məktəbə yeni gedən on minlərlə qaçqın uşaqların hesabına

orta təhsil müəssisələrinə qəbul artıb; təkcə 2019-cu ildə 2% artım olmuşdur. Lakin hazırda COVID-19 pandemiyası bu nəticənin və digər mühüm nailiyyətlərin heçə endirilməsi təhlükəsini yaradır. Qaçqın qızlar üçün bu təhlükə xüsusilə ciddidir.

COVID-19 səbəbindən tətbiq edilmiş məhdudiyyətlərə uyğunlaşmaq inkişaf etməkdə olan və ya ən az inkişaf etmiş ölkələrdə yaşayan dünya qaçqınlarının 85%-i üçün xüsusilə çətin olub. Mobil telefonlar, planşetlər, noutbuklar, rabitə və hətta radioqəbuledicilər çox zaman didərgin icmalar üçün asanlıqla əlçatan olmur.

BMT QAK, hökumətlər və tərəfdaşlar interaktiv tədris, televiziya və radio vasitəsilə və müəllimlərin və tərbiyəçilərin sağlamlığın qorunmasına dair tövsiyələrə əməl etmək şərti ilə şagirdlərlə/tələbələrlə qarşılıqlı əlaqədə olmasını dəstəkləməklə pandemiya dövründə mühüm boşluqların aradan qaldırılması və qaçqınların təhsilinin fasiləsizliyinin təmin edilməsi istiqamətində yorulmadan çalışırlar.

Hesabatda hökumətlərə, özəl sektora, vətəndaş cəmiyyətinə və digər əsas maraqlı tərəflərə çağırış edilir ki, milli təhsil sistemlərini gücləndirən, sertifikatlı təhsilə aparan yolları əlaqələndirən və təhsilin maliyyələşdirilməsinə imkan yaradan və təminat verən həll yollarının tapılması istiqamətində qüvvələrini birləşdirsinlər. Hesabatda xəbərdarlıq edilir ki, bu cür tədbirlər görülməsə bizi təhsildən məhrum olan itirilmiş qaçqın uşaqlar nəsli ilə üzləşmək riski gözləyir.

Qaçqınların təhsilinə qarşı risklər COVID-19-la məhdudlaşmır. Məktəblərə qarşı hücumlar amansız reallıqdır və getdikcə artır. Hesabatda Afrikanın Sahel regionu vurğulanır, orada zorakılıqlar 2.500-dən çox məktəbin bağlanmasına səbəb olub ki, bu da 350 min şagirdin təhsilinə təsir göstərib”. modern.az 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Hərbi məktəblərdə oxuyan məcburi köçkün uşaqların sayı artıb

Hərbi məktəblərdə oxuyan məcburi köçkün uşaqların sayı artıb

6 yaşadək uşaqların çoxu məktəbəqədər təhsildən kənarda qalır -HESABAT

6 yaşadək uşaqların çoxu məktəbəqədər təhsildən kənarda qalır -HESABAT

BMT 9 sentyabrı Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü elan edir

BMT 9 sentyabrı Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü elan edir

24 yanvar – Beynəlxalq Təhsil Günüdür

24 yanvar – Beynəlxalq Təhsil Günüdür

BMT qlobal təhsilin xilas edilməsi planını açıqladı

BMT qlobal təhsilin xilas edilməsi planını açıqladı

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

Təhsil naziri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəsi ilə görüşü

Təhsil naziri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəsi ilə görüşü

Uşaq hüquqlarının qorunması necə tənzimlənir?

Uşaq hüquqlarının qorunması necə tənzimlənir?

Feildən əmələ gələn isim... “Qaçqın”

Feildən əmələ gələn isim... “Qaçqın”

Bərabərlik və inklüzivlik naminə

Bərabərlik və inklüzivlik naminə

Pandemiyanın təhsilə təsiri

Pandemiyanın təhsilə təsiri

Hesabat: Beynəlxalq tələbələr necə bölüşdürüləcək?

Hesabat: Beynəlxalq tələbələr necə bölüşdürüləcək?

Məktəblərin yenidən açılmasının "Yol xəritəsi" hazırlanıb

Məktəblərin yenidən açılmasının "Yol xəritəsi" hazırlanıb

Pandemiya uşaq əməyindən istifadə hallarının artmasına səbəb ola bilər

Pandemiya uşaq əməyindən istifadə hallarının artmasına səbəb ola bilər

“Təhsil və inklüzivlik”

“Təhsil və inklüzivlik”

Qənirə Paşayeva Çinin ictimai xadim, tanınmış təşkilat rəhbərləri ilə görüşdü

Qənirə Paşayeva Çinin ictimai xadim, tanınmış təşkilat rəhbərləri ilə görüşdü

BMT təhsil və elm sahəsi üzrə Azərbaycan hökuməti ilə birgə kampaniyaya başlayıb  Böyüt

BMT təhsil və elm sahəsi üzrə Azərbaycan hökuməti ilə birgə kampaniyaya başlayıb Böyüt

İnklüziv təhsil və onun əhəmiyyəti

İnklüziv təhsil və onun əhəmiyyəti

OECD: Evdə öyrənmə təhsili əbədi dəyişə bilər

OECD: Evdə öyrənmə təhsili əbədi dəyişə bilər

Məktəblərin yenidən açılması

Məktəblərin yenidən açılması

Müəllimlərin 95 faizinin diaqnostikası həyata keçirilib - Mikayıl Cabbarov

Müəllimlərin 95 faizinin diaqnostikası həyata keçirilib - Mikayıl Cabbarov

UNICEF Azərbaycan COVİD-19-a qarşı mübarizə aparan ailələr üçün praktiki təlimatları açıqlayıb

UNICEF Azərbaycan COVİD-19-a qarşı mübarizə aparan ailələr üçün praktiki təlimatları açıqlayıb

Təhsil Nazirindən müəllimlərin maaşı ilə bağlı AÇIQLAMA

Təhsil Nazirindən müəllimlərin maaşı ilə bağlı AÇIQLAMA

Assosiativ Məktəblər Şəbəkəsinə üzv məktəblərin toplantısı

Assosiativ Məktəblər Şəbəkəsinə üzv məktəblərin toplantısı