AzTehsil.com


Xəbərlər / Abituriyent
04 avqust 2020
2 529


İmtahan suallarının çətinliyi ilə bağlı DİM-dən AÇIQLAMA



 İmtahan suallarının çətinliyi ilə bağlı DİM-dən AÇIQLAMA

 

Məlum olduğu kimi, iyun ayının 10-dan etibarən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müxtəlif şəhər və rayonlarda buraxılış imtahanları keçirilib.

Və elə imtahanların ilk günündən etibarən test tapşırıqlarının çətinliyi ilə əlaqədar sosial şəbəkələr üzərindən geniş müzakirələr başlayıb. İnsanlar mövcud pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, builki imtahanlarda abituriyentlərə heç bir güzəşt olunmadığını, əksinə, verilən sualların əvvəlki illərə nisbətən daha çətin salındığını iddia edirlər. Xüsusən də riyaziyyat fənnindən verilən sualların buraxılış imtahanları səviyyəsindən qat-qat çətin olması vurğulanaraq, bu səbəbdən abituriyentlərin xeyli bal itirdikləri diqqətə çatdırılır. Qeyd edək ki, KONKRET.az-ın redaksiyasına da bununla əlaqədar kifayət qədər müraciət daxil olmaqdadır. Əsasən abituriyentlər tərəfindən edilən müraciətlərdə onların çoxu məlum səbəblərdən son aylarda hazırlıqlarını normal davam etdirə bilməmələrinə rəğmən səylə çalışdıqlarını qeyd etsələr də, DİM-in tərtib etdiyi çətin suallar üzündən aşağı bal topladıqlarını deyirlər. Və bu halın onların psixologiyasına ciddi zərbə olduğunu da istisna etməyərək, blok imtahanlara həvəssizlik, ruh düşkünlüyü yaratdığına təəssüf hisslərini gizlətmirlər.

Bəs, görəsən, məsələ ilə bağlı DİM-in rəsmi mövqeyi necədir?

"Mərkəz tərəfindən eyni təhsil səviyyəsi üzrə müxtəlif günlərdə keçirilən imtahanlarda istifadə edilən suallar vahid texniki tapşırıq əsasında DİM-in müvafiq fənn üzrə test bankından kompüter proqramı vasitəsilə seçilir və sual kitabçaları da məhz bu tapşırıqlar əsasında formalaşdırılır. Hər bir imtahanda olduğu kimi, buraxılış imtahanlarında da müxtəlif hazırlıq səviyyəsinə malik şagirdləri bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə edilir.

Buraxılış imtahanları layihələndirilərkən sual kitabçalarına daxil edilən tapşırıqların bölmələr üzrə, eləcə də mürəkkəblik dərəcəsinə görə bölgüsü, fənlər üzrə test blokunun strukturu (qapalı, kodlaşdırma tələb edən və yazılı cavab tələb edən tapşırıqların sayı) bu imtahanın bütün istiqamətləri üzrə eyni olub, hər hansı istiqamət üzrə keçirilən imtahanda yenidən formalaşdırılmır və bu formatın dəyişdirilməsi də nəzərdə tutulmur.

Nəzərinizə çatdırırıq ki, indiyə qədər keçirilən imtahanlarda bütün fənlər üzrə istifadə edilən tapşırıqların mürəkkəblik dərəcəsinə görə bölgüsü bir daha nəzərdən keçirildikdən sonra vahid yanaşmaya bütün imtahanlarda riayət olunduğu müşahidə edilmişdir.

Ümumiyyətlə, imtahanların nəticələrinin elmi-statistik təhlili ilə tanış olmadan, onun məzmunu, çətinliyi, asanlığı və digər məsələlər haqqında fikir yürütmək doğru deyil. Nəzərə almaq lazımdır ki, bu imtahanlarda on minlərlə şagird iştirak edir və biz ümumi mənzərəni yalnız bütün iştirakçıların nəticələrini təhlil etdikdən sonra görə bilərik. Bu təhlillər geniş şəkildə imtahanlar başa çatdıqdan sonra Mərkəz tərəfindən həmişə aparılır və "Abituriyent” jurnalında dərc olunur.

Bundan əlavə, hər bir məktəbin məzunlarının nəticələri ayrıca olaraq kitabça şəklində çap olunur və müvafiq məktəblərə göndərilir. Elektron qaydada isə mekteb.edu.az saytına yerləşdirilir”.



Загрузка...
Həmçinin oxuyun:
“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanları ilə bağlı narazılıqlara CAVAB VERDİ

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanları ilə bağlı narazılıqlara CAVAB VERDİ

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

DİM qəbul imtahanları ilə bağlı məlumat yaydı

DİM qəbul imtahanları ilə bağlı məlumat yaydı

23124 abituriyent üçün sınaq imtahanı başa çatdı

23124 abituriyent üçün sınaq imtahanı başa çatdı

Buraxılış imtahanın nəticələri bu tarixdən açıqlanacaq

Buraxılış imtahanın nəticələri bu tarixdən açıqlanacaq

Bu günkü imtahanlarda 5 şagirdin bədən hərarəti yüksək olduğu üçün imtahana buraxılmayıb

Bu günkü imtahanlarda 5 şagirdin bədən hərarəti yüksək olduğu üçün imtahana buraxılmayıb

Pandemiya abituriyentlərin əsəblərini pozub -EKSPERT

Pandemiya abituriyentlərin əsəblərini pozub -EKSPERT

9-cu sinif buraxılış imtahanları bir mərhələdə keçiriləcək

9-cu sinif buraxılış imtahanları bir mərhələdə keçiriləcək

İmtahanlara hazırlaşanlara yeni XƏBƏR: qəbul proqramları təsdiqləndi

İmtahanlara hazırlaşanlara yeni XƏBƏR: qəbul proqramları təsdiqləndi

DİM Ümumi təhsil bazasından kolleclərə tələbə qəbulu elan edib

DİM Ümumi təhsil bazasından kolleclərə tələbə qəbulu elan edib

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

İmtahanlara dəyişikliklər edilib

İmtahanlara dəyişikliklər edilib

DİM buraxılış imtahanlarının nəticələrinin məlum olacağı vaxtı açıqlayıb

DİM buraxılış imtahanlarının nəticələrinin məlum olacağı vaxtı açıqlayıb

Bu gün keçirilən imtahanlarda 3 nəfər imtahandan xaric olunub

Bu gün keçirilən imtahanlarda 3 nəfər imtahandan xaric olunub

"2014, 2015, 2016-cı illərdə imtahan və qabiliyyətlərdə uğur qazanan 1000 tələbə magistr ola bilməyib"

"2014, 2015, 2016-cı illərdə imtahan və qabiliyyətlərdə uğur qazanan 1000 tələbə magistr ola bilməyib"

Buraxılış imtahanında ballar belə hesablanacaq

Buraxılış imtahanında ballar belə hesablanacaq

Buraxılış imtahanları ilə bağlı yenilik - DİM-dən AÇIQLAMA

Buraxılış imtahanları ilə bağlı yenilik - DİM-dən AÇIQLAMA

Buraxılış imtahanlarında balların hesablanma qaydası -İZAHLI VƏ SADƏ FORMADA

Buraxılış imtahanlarında balların hesablanma qaydası -İZAHLI VƏ SADƏ FORMADA

DİM-dən buraxılış imtahanının iştirakçılarına MÜRACİƏT

DİM-dən buraxılış imtahanının iştirakçılarına MÜRACİƏT

11-ci və 9-cu sinif buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası haqqında məlumat

11-ci və 9-cu sinif buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası haqqında məlumat

Bu gün buraxılış imtahanları keçiriləcək

Bu gün buraxılış imtahanları keçiriləcək

Buraxılış imtahanlarında İngilis dilindən dinləmə bacarığı bu səbəbdən mütləq yoxlanılacaq -RƏSMİ

Buraxılış imtahanlarında İngilis dilindən dinləmə bacarığı bu səbəbdən mütləq yoxlanılacaq -RƏSMİ

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq