Xəbərlər
29 iyul 2020
1 313


Bakı Ali Neft Məktəbində “Virtual Məzun Günü” keçirildi

Bakı Ali Neft Məktəbində “Virtual Məzun Günü” keçirildi

 

Bakı Ali Neft Məktəbi (BANM) bu il "Məzun Günü” tədbirini virtual formada keçirib. Ali Məktəbin sosial şəbəkələrdəki ("Facebook”, "Youtube” və "Instagram”) səhifələrində yayımlanan tədbirin aparıcısı qismində məşhur aparıcı Leyla Quliyeva çıxış edib.

BANM-dan   verilən məlumata görə, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, BANM-in akademik partnyoru olan Böyük Britaniyanın Heriot-Vatt Universitetinin rektoru Riçard Viliyam məzunları təbrik ediblər.

Rektor Elmar Qasımov müraciətində 2020-ci il Məzun Gününün çox çətin bir dövrə təsadüf etdiyini, hazırda Ali Baş komandanımızın rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgərlərinin Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə apardığını, eləcə də bütün dünyada qlobal COVİD- 19 pandemiyasının qarşısının alınması üçün ciddi karantin həyata keçirildiyini qeyd edib.

Rektor bildirib ki, təhsil tarixində ilk dəfə olaraq dünya universitetlərində, o cümlədən Azərbaycan ali təhsil müəssisələrində Məzun Günü tədbiri keçirilmir.

"Elə bu səbəbdən də, Bakı Ali Neft Məktəbi olaraq məzunlarımızı virtual şəkildə təbrik etmək qərarına gəldik. Ötən 5 il ərzində müəllimlərimiz üzərlərinə düşən müqəddəs vəzifəni – öyrətmək işini ləyaqətlə yerinə yetirib, valideynlər öz övladları ilə birgə imtahan həyəcanı yaşayıb, onların uğurlarına sevinib, həmçinin uğursuzluqlarına kədərləniblər. Mən məzunlarımızın valideynlərinə belə gözəl - bilikli, bacarıqlı, əxlaqlı, vətənpərvər övladlar yetişdirdikləri üçün təşəkkür edirəm”.

E.Qasımov Vətən qarşısında borclarını yerinə yetirmək üçün Azərbaycan ordusuna xidmətə yollanan, xarici ölkə universitetlərində təhsillərinə davam edəcək, eləcə də yerli və transmilli şirkətlərdə işə başlayan məzunlara uğurlar arzu edib.

 

"BANM məzunları möhtərəm Prezidentimiz cənab İlham Əliyevin "Biz neft kapitalını insan kapitalına çevirməliyik” - çağırışının bariz yetirmələridirlər. Əminəm ki, onlar Vətənimiz Azərbaycanın, ailələrinin, Ali Məktəbimizin şərəfli adını həmişə uca tutacaqlar”- deyə rektor vurğulayıb.

Valideynlər adından çıxış edən, bu il Ali Məktəbdə "İlin tələbəsi” seçilən Cavid Məmmədlinin anası Gülər Məmmədova tələbələrin peşəkar ixtisaslı kadr kimi yetişməsində zəhmət çəkən pedaqoji heyətə təşəkkür edib.

"Bu illər ərzində başda rektor Elmar Qasımov olmaqla BANM-in professor-müəllim heyəti övladlarımızın mükəmməl təhsil alması, problemlərinin həll edilməsi, hətta şəxsi çətinliklərinin də çözülməsi üçün heç bir imkanını əsirgəməyib. Onların cəfakeş fəaliyyəti nəticəsində BANM tələbələr üçün doğma bir ailəyə çevrilib. Arzu edirəm ki, ixtisaslı kadr olaraq gələcək fəaliyyətiniz Azərbaycanımızın daha qüdrətli olması üçün öz töhfələrini versin” – deyə G.Məmmədova bildirib.

Tədbirdə BANM-in ötənilki məzunlarının dünyanın müxtəlif universitetlərindən və transmilli şirkətlərdən builki məzunlara göndərdiyi təbrik videosu nümayiş olunub. ABŞ, Türkiyə, Yaponiya, Norveç, Almaniya, İtaiya, Macarıstan, Səudiyyə Ərəbistanı və Anqola kimi ölkələrdə təhsillərini davam etdirən və işləyən BANM məzunları xələflərinə təbrik ünvanlayıblar.

Daha sonra bu il bakalavr səviyyəsi üzrə "İlin tələbəsi” seçilən Cavid Məmmədli, magistratura səviyyəsi üzrə "İlin tələbəsi” Ramil Şükürov, Prezident təqaüdçüsü, Neft-qaz mühəndisliyi ixtisasının birincisi Nihad Abbasov, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının birincisi İsmət Ağayev, Yatağın qiymətləndirilməsi və idarəolunması ixtisaslaşmasının birincisi Niyaz Əhmədzadə, Neft-qaz texnologiyası ixtisaslaşmasının birincisi Nizam Zahidli, Biznesin idarəolunması ixtisasının birincisi Güldənə Hidayətli təhsil aldıqları müddətdə əldə etdikləri uğurlar, yiyələndikləri akademik və sosial bacarıqlar barədə təəssüratlarını və xatirələrini bölüşüblər.

Tədbirin bədii hissəsində musiqi nömrələri, rəqslər, təqdimatlar, əvvəlki Məzun Günlərindən maraqlı fraqmentlər nümayiş olunub.

Sonda 2019/2020 buraxılış ili üzrə Ali Məktəb üzrə birinci olan Cavid Məmmədli adını simvolik kötüyə həkk edib. Virtual tədbir ənənəvi papaqatma ritualı ilə yekunlaşıb.

Məlumat üçün bildirək ki, bu il Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi (49 nəfər), Kimya mühəndisliyi (46 nəfər) və Proseslərin avtomatlaşdırılması mühəndisliyi (14 nəfər) ixtisasları üzrə ümumilikdə 109 bakalavr məzun olur.

Bu il BANM ikinci magistr buraxılışını həyata keçirir. Biznesin idarəolunması ixtisası da daxil olmaqla, bu il magistratura səviyyəsi üzrə 40 nəfər məzun olur.

2019/2020-ci tədris ilində Ali Məktəbi ümumilikdə 14 tələbə Fərqlənmə diplomu ilə bitirib.

Xatırladaq ki, Bakı Ali Neft Məktəbi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə dövlət ali təhsil müəssisəsi statusunda SOCAR-ın strukturunda yaradılıb.

BANM-də Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi və İnformasiya təhlükəsizliyi ixtisasları üzrə bakalavr, Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi və Biznesin idarəolunması (MBA) ixtisasları üzrə magistr pilləsi üzrə qəbul həyata keçirilir.

2017-ci ildə BANM-də ilk, 2018-ci ildə II, 2019-cu ildə III, bu il isə IV məzun buraxılışı həyata keçirilir. Məzunların hamısı işlə təmin olunub və hazırda SOCAR, Azneft İB, SOCAR Türkiyənin Petkim Petrokimya Holdinqi və Star Neft Emalı Zavodu, Azərikimya, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, SOCAR Polymer, BP, Schlumberger, Halliburton, Maire Tecnimont, TechnipFMC və s. kimi iri transmilli şirkətlərdə çalışırlar. Məzunların bir qismi isə doğma Azərbaycanın və eləcə də dünyanın öndə gedən universitetlərində magistratura və doktorantura pilləsində təhsillərini davam etdirirlər.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz

İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz

Bakı Ali Neft Məktəbi ən yaxşı ali təhsil müəssisəsi seçilib

Bakı Ali Neft Məktəbi ən yaxşı ali təhsil müəssisəsi seçilib

BANM-ın tələbələri “Petkim” və “Star”-da təcrübə keçiblər

BANM-ın tələbələri “Petkim” və “Star”-da təcrübə keçiblər

Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub

Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub

Bakı Ali Neft Məktəbinin daha 6 tələbəsi diplomsuz işə qəbul oldu

Bakı Ali Neft Məktəbinin daha 6 tələbəsi diplomsuz işə qəbul oldu

Məktəbi qızıl medalla bitirən 10 şagird BANM-ı seçib

Məktəbi qızıl medalla bitirən 10 şagird BANM-ı seçib

Bu universitet 700 bal toplayan tələbələrin sayına görə liderdir

Bu universitet 700 bal toplayan tələbələrin sayına görə liderdir

BANM magistr səviyyəsinə ödənişsiz əsaslarla qəbul elan edib

BANM magistr səviyyəsinə ödənişsiz əsaslarla qəbul elan edib

Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır

Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır

Elmar Qasımov Bakı Ali Neft Məktəbinin Avropada təhsil alan tələbələrilə onlayn görüş keçirib

Elmar Qasımov Bakı Ali Neft Məktəbinin Avropada təhsil alan tələbələrilə onlayn görüş keçirib

Ən yüksək bal tələb edən ixtisaslar

Ən yüksək bal tələb edən ixtisaslar

BANM-ın tələbəsi “Azerspace-2” peykinin orbitə buraxılmasında iştirak edəcək

BANM-ın tələbəsi “Azerspace-2” peykinin orbitə buraxılmasında iştirak edəcək

Azərikimya İB Bakı Ali Neft Məktəbində karyera təqdimatı etdi

Azərikimya İB Bakı Ali Neft Məktəbində karyera təqdimatı etdi

Britaniyalı müəllimlər BANM-də semestr imtahanlarını keçirir

Britaniyalı müəllimlər BANM-də semestr imtahanlarını keçirir

"Bu uğur mənə doğum günü hədiyyəsi oldu" - Ölkə birincisi olan tələbə

"Bu uğur mənə doğum günü hədiyyəsi oldu" - Ölkə birincisi olan tələbə

BANM-də onlayn imtahanlara start verildi

BANM-də onlayn imtahanlara start verildi

Rektor Prezident təqaüdçüləri ilə görüşüb

Rektor Prezident təqaüdçüləri ilə görüşüb

Bakı Ali Neft Məktəbi beynəlxalq forum keçirəcək

Bakı Ali Neft Məktəbi beynəlxalq forum keçirəcək

Bakı Ali Neft Məktəbi  IADC ilə əməkdaşlığa başlayır

Bakı Ali Neft Məktəbi IADC ilə əməkdaşlığa başlayır

İlin rekordu və ilin ixtisası

İlin rekordu və ilin ixtisası

Qəbul imtahanlarında 700 ballıların ilk imtahan nəticələri necə oldu?

Qəbul imtahanlarında 700 ballıların ilk imtahan nəticələri necə oldu?

BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir

BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir

BANM-in 22 yaşlı məzunu ABŞ universitetinin doktorantı olub

BANM-in 22 yaşlı məzunu ABŞ universitetinin doktorantı olub

Bakı Ali Neft Məktəbinin tələbəsi BP-nin qalibi oldu

Bakı Ali Neft Məktəbinin tələbəsi BP-nin qalibi oldu