AzTehsil.com


Xəbərlər
11 iyul 2020
1 405


“İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda elmi konfrans



“İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda elmi konfrans

 

Sumqayıt Dövlət Universiteti (SDU)  və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə  "İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda videokonfrans formatında II Beynəlxalq elmi konfrans keçirilib.

 Konfransda Azərbaycan universitetləri ilə yanaşı, Türkiyə, Rusiya, Bolqarıstan və digər ölkələrin aparıcı universitetlərinin alimləri də iştirak etiblər.

Universitetin rektoru, professor Elxan Hüseynov konfransı açaraq bildirib ki, bu gün dünya qlobal təhlükə olan COVID-19 pandemiyası ilə mübarizə aparır və insanları yaranmış ağır vəziyyətdən minimum itkilərlə çıxarmaq üçün mümkün variantlardan istifadə etməyə çalışır:”Bəşəriyyətin bu vəziyyətdən çıxmasının ən əsas şərtlərindən biri birlik və həmrəylikdir. Dünyada COVID-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür,  əməli addımlar atılır”.

"İnformasiya sistemləri və texnologiyaları istər nəzəri baxımdan, istərsə də praktiki baxımdan çox sürətlə inkişaf edən bir sahədir və şübhəsiz ki, ötən konfransdan sonrakı dövr ərzində bu sahədə əldə olunmuş nailiyyətlər, qarşıdakı vəzifələr barədə alimlərin fikir mübadiləsinə ehtiyac vardır”-deyən rektor  vurğulayıb ki, XX əsrin sonlarından başlayaraq müasirləşən, qloballaşan dünyada informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi hər bir ölkədə prioritet istiqamətlərdən birinə çevrilib. Onun sözlərinə görə, qısa zamanda bu istiqamətdə baş verən inqilabi dəyişikliklər dünyanın tezliklə İKT baxımından inkişaf etməsinə gətirib çıxardı və bugün hər hansı bir ölkəni İKT, internet, yüksək texnologiyalar olmadan təsəvvür etmək mümkün deyil.   

Rektor  Prezident İlham Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə ölkəmizin İKT sahəsində qazandığı ən böyük nailiyyətlərdən birinin Azərbaycanda kosmik sənayenin yaradılması olduğunu vurğulayıb. Dövlət başçısının "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və tele-kommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" Sərəncamını,  tanınmış alim və mütəxəssislərin iştirakı ilə müvafiq dövlət proqramının hazırlandığını xatırladıb:” Dövlət proqramında kosmik sənayenin yaradılması və inkişafı, tele-kommunikasiya peyklərinin orbitə çıxarılması, kosmik informasiyanın qəbulu və emal edilməsi üçün yerüstü mərkəzin yaradılması, orbital mövqelərin əldə olunması üçün BTİ ilə işlərin davam etdirilməsi, eləcə də digər mühüm vəzifələrin icrası öz əksini tapırdı. Beləliklə, BMT Baş Assambleyasının 64-cü sessiyasında Trans

Avrasiya Super İnformasiya Magistralı layihəsinə dair qətnamə qəbul edildi ki, bununla da Azərbaycanda kosmik sənayenin yaradılmasına start verildi. Bir il sonra, 2010-cu ildə  "Azərkosmos" ASC yaradıldı. 2013-cü il fevral ayının 7-də Azərbaycanın ilk peyki olan "Azerspace-1" tele-kommunikasiya peykinin Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılması Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə elan edilmiş "İnformasiya-kommunikasiya texnologiyaları ili"nə ən böyük töhfə idi. Azərbaycan Respublikasının sayca üçüncü, təyinatına görə ikinci tele-kommunikasiya peyki "Azerspace-2" isə 25 sentyabr 2018-ci il tarixində orbitə buraxıldı. Göründüyü kimi, Azərbaycan hər bir sahədə olduğu kimi, İKT sahəsində də özünün inkişaf, tərəqqi dövrünü yaşayır”.

Konfransın həmsədri, İnformasiya Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev informasiya-kommunikasiya texnologiyaları əsrində yaşadığımız bir zamanda belə bir konfransın keçirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, hazırda istənilən ölkənin inkişafı informasiya-kommunikasiya texnologiyalarının inkişaf səviyyəsindən çox asılıdır. Xüsusilə də sosial-iqtisadi siyasətin həyata keçirilməsində İKT-nin rolu sürətlə artır.

Sonra Türkiyənin Bülent Ecevit Universitetinin professoru Ahmet Altun "Ətraf mühit problemlərinin həllində informasiya texnologiyalarından istifadə edilməsi” mövzusunda məruzə ilə çıxış edib.

Konfransda SDU-nun professoru Əli Nağıyevin "İdarəetmə mühəndisliyində qeyri-xətti dinamika və bu sahə üçün xarakterik olan kritik təzahürlər”, Türkiyənin Ege Universitetinin Riyaziyyat kafedrasının professoru Urfat Nuriyevin "Blokçeynin miqyaslanmasi və paylanmış reyestr texnologiyası”, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun professoru Asif Rzayevin "Yüksək sululuqlu az debitli quyularin neftə görə məhsuldarlığının trap AQÖQ-də ölçülmə texnologiyası”, Rusiyanın Voronej Dövlət Texniki Universitetinin dosenti Popova Olqa İvanovnanın "Üçölçülü emal kəsici alətinin trayektoriyasının formalaşması alqoritmləri”, Ufa Dövlət Neft Texniki Universitetinin professoru Zaxorniçnaya Marina Mixaylovnanın "Solartron 7830 markalı rezonator sıxlıqölçənin istismardan sonra daxili səthinin zədələnmə dərəcəsinin qiymətləndirilməsi” mövzularında məruzələri dinlənilib.

Konfrans  öz işini 6 bölmə üzrə davam etdirib.



Загрузка...
Həmçinin oxuyun:
BANM-ın tələbəsi “Azerspace-2” peykinin orbitə buraxılmasında iştirak edəcək

BANM-ın tələbəsi “Azerspace-2” peykinin orbitə buraxılmasında iştirak edəcək

17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17 May – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

“Gənc müəllimlər” məktəbində növbəti dərs

“Gənc müəllimlər” məktəbində növbəti dərs

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet,  reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet, reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

Tibb mövzusunda beynəlxalq elmi konfrans

Tibb mövzusunda beynəlxalq elmi konfrans

Elektron təhsil mühitinin idarə edilməsi məsələsi araşdırılır

Elektron təhsil mühitinin idarə edilməsi məsələsi araşdırılır

“Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirildi

“Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirildi

“Xəyal et” İKT yay düşərgəsinin bağlanış mərasimi

“Xəyal et” İKT yay düşərgəsinin bağlanış mərasimi

“Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda konfrans keçirilir

“Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda konfrans keçirilir

BDU-nun professoru “Yaşıl iqtisadiyyat və Xəzərin ekologiyası” beynəlxalq konfransında

BDU-nun professoru “Yaşıl iqtisadiyyat və Xəzərin ekologiyası” beynəlxalq konfransında

"Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda konfrans

"Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda konfrans

Əməkdaşlıq memorandumu imzalanıb

Əməkdaşlıq memorandumu imzalanıb

“Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası”

“Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası”

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Azərbaycanlı tələbələr üçün İKT üzrə inkişaf proqramı elan edilib

Azərbaycanlı tələbələr üçün İKT üzrə inkişaf proqramı elan edilib

“Rəqəmsal iqtisadiyyat, müasir çağırışlar və real imkanlar” mövzusunda konfrans

“Rəqəmsal iqtisadiyyat, müasir çağırışlar və real imkanlar” mövzusunda konfrans

“Təhsildə müasir texnologiyalar”

“Təhsildə müasir texnologiyalar”

Koronavirus pandemiyası Beynəlxalq virtual elmi konfransın mövzusu olub

Koronavirus pandemiyası Beynəlxalq virtual elmi konfransın mövzusu olub

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

BDU-da 2 gün davam edən beynəlxalq virtual elmi konfrans işini yekunlaşdırıb

BDU-da 2 gün davam edən beynəlxalq virtual elmi konfrans işini yekunlaşdırıb

“Qüdrətli Azərbaycan ordusu milli müstəqilliyimizin və suverenliyimizin qarantıdır” mövzusunda elmi konfrans

“Qüdrətli Azərbaycan ordusu milli müstəqilliyimizin və suverenliyimizin qarantıdır” mövzusunda elmi konfrans

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir