Xəbərlər / Müəllim
07 iyul 2020
21 385


Bankdan maaş və pensiya kartları ilə bağlı şad xəbər

Bankdan maaş və pensiya kartları ilə bağlı şad xəbər

 

Müəllimlər banklarda uzun növbə olması və 2 saatlıq icazə limiti səbəbindən yeni maaş kartlarını ala bilmirlər.

Bu barədə  şikayət məktubunda qeyd edilib. Müəllimlər bildirirlər ki, sosial izolyasiya qaydaları gözlənilmədən bankların qarşısında yaradılan növbə və 2 saatlıq icazə səbəbindən hələ də kartlarını əldə edə bilməyiblər. Onlar qaydaların gözlənilmədiyi bu növbələrdə virusa yoluxma riskinin nəzərə alınmasını və məsələnin həlli üçün vaxtı bitmiş kartların istifadə müddətinin artırılmasını və ya kartların müəllimlərin çalışdığı təhsil müəssisələrinə təqdim edilməsini istəyiblər.

Məsələ ilə bağlı saytımıza açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, bu problemin həlli üçün vaxtı bitmiş kartların istifadə müddətinin avtomatik uzadılması daha məqsədəuyğun olar:

"Müəllimlərin çoxu maaş kartlarının vaxtı bitdiyi üçün banka üz tutmaq məcburiyyətində qalıb. Ölkə üzrə bütün müəllimlər Kapital Bankın kartları vasitəsi ilə əmək haqqı alır. Bildiyimiz kimi, pandemiyanın başladığı müddətdən 2 ay müddətinə Kapital Bank da daxil olmaqla, bütün banklar vaxtı bitmiş kartların istifadə müddətini uzatdı. Amma təəssüf ki, bu dəfə belə addım atılmadı. Hətta maaş kartlarına əlavə ödəniş edilməsi xidməti avqustdan dayandırılacaq və bu xidmətdən istifadə üçün kim istəsə, əlavə kart almalıdır. Bu da pandemiya müddətində bankların qarşısında əlavə növbənin yaranmasına və yoluxma riskinin artmasına səbəb olur”.

Ekspert deyib ki, bu problemin həlli üçün Təhsil Nazirliyi hansısa addım ata bilməz:

"Çünki kartlarda şəxsi məlumatlar yer aldığı və sahibin imzası lazım olduğu üçün kartı sahibinin özü götürməlidir. Amma yaranmış vəziyyətlə əlaqədar ən yaxşı çıxış yolu kartların vaxtının ilin sonuna qədər uzadılması ola bilər. Bu, həm banklar qarşısında uzun növbə yaranmasının qarşısını alacaq, həm də müəllimlər əziyyət çəkməyəcək”.

Mövzu ilə əlaqədar Kapital Banka sorğu verilib.

***

Kapital Bankın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, Kapital Bank koronavirusun (COVİD-19) yayılması səbəbindən ölkədə xüsusi rejim tətbiq edildiyi üçün mütəmadi olaraq tədbirlər həyata keçirir:

"Hazırda təhsil, sosial müavinət, ünvanlı sosial yardım və əmək pensiyası alan və istifadə müddəti başa çatan aktiv müştərilərin ödəniş kartlarının müddəti daha bir neçə aylıq uzadılır. Təhsil və tələbə kartları 30 avqust, sosial müavinət kartları 30 sentyabr, ünvanlı sosial yardım kartları 31 oktyabr, əmək, pensiya kartları isə 30 noyabr 2020-ci il tarixinədək uzadılır. Bununla da həmin kateqoriyaya daxil olan müştərilərin filiallara gəlməsinə ehtiyac qalmır. Onlar öz əvvəlki kartlarından istifadə edə bilərlər”. axar.az 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
“Smart tələbə kartı”nın təqdimat mərasimi keçirilib

“Smart tələbə kartı”nın təqdimat mərasimi keçirilib

BDU tələbələrinə də “Təhsil kartı” təqdim edilib

BDU tələbələrinə də “Təhsil kartı” təqdim edilib

Azərbaycanda tələbələr üçün nəqliyyatda güzəşt olacaq

Azərbaycanda tələbələr üçün nəqliyyatda güzəşt olacaq

Məktəblərin mühafizəsi və Mühafizəçilərin əmək haqı.....

Məktəblərin mühafizəsi və Mühafizəçilərin əmək haqı.....

Müəllimlərin   maaşı  – Təəccübləndirici rəqəmlər

Müəllimlərin maaşı – Təəccübləndirici rəqəmlər

İşçilərə məzuniyyət vaxtı əlavə sosial - məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi  QAYDALARI

İşçilərə məzuniyyət vaxtı əlavə sosial - məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi QAYDALARI

Azərbaycanda tələbələr üçün bank kartı istifadəyə verilib

Azərbaycanda tələbələr üçün bank kartı istifadəyə verilib

Tələbələr üçün ictimai nəqliyyatla gediş haqqında güzəştlər ola bilər...

Tələbələr üçün ictimai nəqliyyatla gediş haqqında güzəştlər ola bilər...

IV qrant müsabiqəsinə sənədlərin qəbulu vaxtı uzadılır

IV qrant müsabiqəsinə sənədlərin qəbulu vaxtı uzadılır

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Manatın ucuzlaşmasının qarşısını necə almaq olar? -EKSPERT RƏYİ

Manatın ucuzlaşmasının qarşısını necə almaq olar? -EKSPERT RƏYİ

ADU -nun 100 tələbəsi maddi yardım alacaq

ADU -nun 100 tələbəsi maddi yardım alacaq

İmtahanda ən yüksək balı kimlər topladı? - Rekordçuların CAVAB KARTLARI

İmtahanda ən yüksək balı kimlər topladı? - Rekordçuların CAVAB KARTLARI

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb

Azərbaycanda sabahdan bu iş yerləri açılır - SİYAHI

Azərbaycanda sabahdan bu iş yerləri açılır - SİYAHI

Müəllimlərin maaşları gecikdirilir

Müəllimlərin maaşları gecikdirilir

“Müəllimlər deputatlardan çox maaş almalıdır”

“Müəllimlər deputatlardan çox maaş almalıdır”

Ekspertdən problemli kreditlərin həlli üçün TƏKLİF

Ekspertdən problemli kreditlərin həlli üçün TƏKLİF

Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər

Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər

"Müəllimlərin əmək haqları artırılacaq" - Nazir

"Müəllimlərin əmək haqları artırılacaq" - Nazir

"Psixoloq müəllimlərin də maaşı artırılsın"- Deputatdan TƏKLİF

"Psixoloq müəllimlərin də maaşı artırılsın"- Deputatdan TƏKLİF

Abituriyentlərin nəzərinə .

Abituriyentlərin nəzərinə .

ADU Tələbə Həmkarlar İttifaqı 100 aztəminatlı tələbəyə maddi yardım edəcək

ADU Tələbə Həmkarlar İttifaqı 100 aztəminatlı tələbəyə maddi yardım edəcək

Uşaqlara Yeni il hədiyyələri alan valideynlər diqqətli olun! -XƏBƏRDARLIQ

Uşaqlara Yeni il hədiyyələri alan valideynlər diqqətli olun! -XƏBƏRDARLIQ