Müəllimlərin maaşları gecikdirilir
Artıq pedaqoqların əmək haqlarının geçikdirilməsi adət halını alıb.
Aztəhsil.com xəbər verir ki, cebhe.info-ya daxil olan məlumata görə, Bakıda və respublikanın müxtəlif bölgələrində müəllimlərin maaşı gecikdirilir.
Həm paytaxtda, həm də respublikanın ayrı-ayrı rayonlarında fəaliyyət göstərən məktəblərdə, lisey və kolleclərdə çalışan təhsil işçiləri bildirirlər ki, onlar yeni tədris ili başlayandan əməkhaqqı ala bilməyiblər.
Hətta tələbə təqaüdlərinin verilməsində də gecikmələr var.