AzTehsil.com


Xəbərlər
08 aprel 2020
1 365


ADU -nun 100 tələbəsi maddi yardım alacaq



 

İlkin mərhələdə 100 tələbə müəyyənləşdi: Sabahdan yardımlar köçürüləcək.

Bu barədə Azərbaycan Dillər Universitetinin (ADU) THİK -in sədri Şahin Sərdarlı sosial şəbəkədəki hesabından bildirib:

Ötən il ərzində ADU THİK-ə maddi yardımla bağlı müraciət etmiş, təşkilatın müəyyənləşdirdiyi və sistemdə cari hesabı olan valideyn himayəsindən məhrum, şəhid, qazi, o cümlədən aztəminatlı ailələrin övladlarının karantin müddətində sosial-məişət şəraitinin daha etibarlı müdafiəsi məqsədilə ADU THİK tərəfindən aztəminatlı tələbələrin hesabına maddi yardım köçürüləcəyi barədə məlumat vermişdik.

Artıq ilkin mərhələdə 100 tələbə müəyyənləşdirilib, sabahdan etibarən tələbələrin hesabına vəsait köçürələcək.

Tələbələrdən xahiş edirik ki, vəsaiti bankdan götürməzdən əvvəl bizimlə əlaqə saxlayaraq adlarının siyahıda olub-olmadığını dəqiqləşdirsinlər, daha sonra Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejiminin tələbələrinə riayət etsinlər. Sms vasitəsilə icazə aldıqdan sonra şəxsiyyət vəsiqəsi ilə yaşadıqları əraziyə yaxın Kapital bank filiallarına yaxınlaşsınlar.



Загрузка...