Xəbərlər
12 aprel 2017
2 645


ADU sertifikatla təltif olundu

ADU sertifikatla təltif olundu

 

5-7 aprel 2017-ci il tarixdə Rusiya Federasiyasının Kazan şəhərində 17-ci ixtisaslaşdırılmış "Təhsil. Karyera” adlı sərgi keçirilib. Sərgidə Rusiya, İsrail, Çexiya, Kipr, Azərbaycan və bir sıra Avropa ölkələrinin tanınmış universitetləri iştirak edib. "Təhsil. Karyera” sərgisində ölkəmizi Azərbaycan Dillər Universiteti (ADU) təmsil edib. ADU-nun rektorunun təşkilati məsələlər üzrə müşaviri Zaur Gözəlov sərgidə ADU-nu tanıtmaq, universitetə xarici tələbələr cəlb etmək məqsədi ilə təqdimatla çıxış edib və ali təhsil müəssisəsinin tədris prosesi, fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.
 
Sərginin yüksək səviyyədə təşkil olunduğunu bildirən Z.Gözəlovun sözlərinə görə, ADU-da 20-dən çox müxtəlif dilin tədris edilməsi digər iştirakçılar tərəfindən maraqla qarşılanıb və təqdirəlayiq hal kimi qiymətləndirilib. Yarmarka rəhbərliyi ADU-nun gələcəkdə keçiriləcək sərgilərdə iştirak etməsinin zəruriliyini bildirərək universiteti növbəti təhsil sərgilərinə dəvət edib.
 
Qeyd edək ki, ADU sərginin sertifikatı ilə təltif olunub.
Məqalə Göndər








Загрузка...