AzTehsil.com


Xəbərlər
23 iyun 2020
1 152


Elmar Qasımov : “Tələbələr təhsilverəndən güzəşt yox, keyfiyyətli təhsil tələb etməlidir”



 

Müsahibimiz Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovdur.

1. Elmar müəllim, mövcud vəziyyətlə əlaqədar təhsil sahəsində istər dövlət tərəfindən, istərsə də sahəyə aidiyyatı qurum kimi Təhsil Nazirliyi tərəfindən tələbələrə dərs prosesində və imtahanlarda xeyli güzəştlər olundu. Təhsil sahəsində uzunmüddətli təcrübəsi olan biri kimi bu güzəştləri necə xarakterizə edərdiniz?

Ümumiyyətlə, qeyd edim ki, Azərbaycan pandemiya dövründə ən uğurlu strategiya seçən ölkələrdən biridir. Pandemiyanın mənfi təsirlərini minimuma endirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə preventiv tədbirlərin görülməsi həm ölkə əhalisinin sağlamlığının, həm də iqtisadi dayanıqlığın təmin edilməsi baxımından bir çox ölkələr üçün uğurlu nümunədir.

Təhsil sisteminə gəlincə isə, pandemiya ümumilikdə dünyada tədrisin formatını dəyişdi. Təhsil sistemində tədrisin fasiləsizliyinin təmin edilməsi əsas şərtdir və bunu klassik üsullarla təmin edə bilmədikdə, alternativ mexanizmlər işə salınmalı idi. Sevindirici haldır ki, dünyanın bir sıra ölkələrində tətbiq edilən distant təhsilə keçid ölkəmizdə uğurla və sürətlə baş verdi.

Ölkə başçımızın birbaşa təşəbbüs və göstərişləri, Nazirlər Kabinetinin qərarları, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər sayəsində yerli təhsil idarəetmə sistemi vaxtında avtomatlaşdırıldı.

Təhsil Nazirliyi tərəfindən teledərslərin təşkili, "Virtual məktəb” layihəsinin reallaşdırılması, müəllimlərə təlimlərin keçirilməsi və mentor dəstəyinin göstərilməsi, şəxsən təhsil naziri Ceyhun Bayramov tərəfindən bir neçə dəfə ali təhsil müəssisələrinin rəhbərləri, Tələbə Gənlər Təşkilatlarının təmsilçilərilə aparılan onlayn müzakirələr də bu prosesə öz töhfəsini verdi. Ümumiyyətlə, cənab nazir bu müddətdə səmərəli təkliflərimizi yüksək qiymətləndirdi və onların icrası istiqamətində dəstəyini əsirgəmədi.

Bilirsiniz ki, ötən müddət ərzində ali və orta ixtisas təhsili müəssisələrində müxtəlif onlayn platformalar üzərindən dərslərin təşkili uğurla təmin edilib. Son statistikaya görə, dərslərə 100 mindən artıq tələbə və professor-müəllim heyəti qoşulub.

Bundan başqa, Nazirlər Kabinetinin "Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı da zamanında həssaslıqla verilmiş bir qərar idi. Qərarın ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan 22 mindən artıq həssas əhali qrupuna aid olan tələbəyə şamil edilməsi bu çətin günlərdə vətəndaşlara önəmli dəstəkdir. Məlum olduğu kimi, qeyd edilən kateqoriyalardan olan tələbələrin təhsil haqqı xərcinin 50 faizi 2019-2020-ci ilin yaz semestri üzrə, 50 faizi isə 2020-2021-ci tədris ilinin payız semestri üzrə elektron qaydada dövlət büdcəsi hesabına ödəniləcək. Yeri gəlmişkən, onu da qeyd edim ki, tələbələr təkrar imtahanlar üçün ödənişlərdən də azad edilib.

Ümumi təhsil müəssisələrində yekun qiymətləndirmələrin aparılması, buraxılış imtahanlarının təşkili, ali təhsil müəssisələrində və təhsilin digər pillələrində yay imtahan sessiyaları ilə bağlı aidiyyatı qurumlar tərəfindən düzgün qərarlar qəbul edildi. Bu kontekstdə mən ayrı-ayrı təhsil müəssisələrinin də tələbələr üçün etdiyi güzəştləri yüksək qiymətləndirirəm. Tələbələrin lehinə bir çox önəmli qərarlar qəbul edildi, ali təhsil müəssisələri istər onlayn dərslərdə iştirakla bağlı, istər imtahan və buraxılış işləri ilə bağlı, istərsə də təhsil haqqı ilə bağlı yumşaldıcı tədbirlər həyata keçirdi.

2. Elmar müəllim, bu müddət ərzində bəs rəhbərlik etdiyiniz Bakı Ali Neft Məktəbi hansı işlər gördü?

Bakı Ali Neft Məktəbi (BANM) onlayn təhsilə keçiddə bir çox ilklərə imza atdı. Elmi Şuranın vaxtında verdiyi qərarlarla, distant təhsili uğurla formalaşdırmaq mümkün oldu. Onlayn təhsilin nəticələrinin qiymətləndirilməsi üçün ölkəmizdə ilk dəfə olaraq onlayn final imtahanları BANM-də keçirildi. İmtahanlar LMS (Learning Management System – Öyrənmənin idarəolunması sistemi) üzərindən reallaşdırıldı. Ənənəvi imtahanlardan fərqli olaraq bu dəfə imtahanlar test üsulu ilə keçirildi ki, bu da, qismən də olsa sualların yumşaldılması demək idi.

Bundan əlavə, ABŞ-ın Stanford Universitetinin lisenziyalı "Coursera for Campus” qlobal distant tədris proqramının təklif etdiyi kurslarda uğurla iştirak edərək sertifikatlar əldə edən Bakı Ali Neft Məktəbinin tələbələrinə müvafiq fənlər üzrə final imtahanlarından azad olmaq imkanı yaradıldı. Buraxılış işlərinin onlayn müdafiəsi prosesi də problemsiz başa çatdı.

2019/2020-ci təhsil ilində tədris planlarının bütün şərtlərini yerinə yetirmiş və tədris olunan bütün fənlər üzrə attestasiyalardan müvəffəqiyyətlə keçmiş V kurs tələbələri buraxılış işlərini və magistrantlar isə dissertasiya işlərini onlayn şəkildə müdafiə etdilər. Müdafiə prosesi "MS Teams” onlayn platforması üzərindən canlı formada Yekun Dövlət Attestasiya və İxtisaslaşdırılmış Elmi Şuranın üzvlərinin iştirakı ilə təşkil olundu.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi üzrə Nazirlər Kabineti tərəfindən təsdiq edilən tədbirlər planına əsasən, Bakı Ali Neft Məktəbinin bu kateqoriyaya uyğun olan tələbələrinə sözügedən kompensasiyadan yararlanmaq imkanı yaradılıb.

Bütün bunlarla yanaşı, bir məqama da diqqət çəkmək istəyirəm ki, bizim Ali Məktəbin tələbələri tətbiq edilən güzəştlərdən ən az yararlanan tələbələr oldu. Birinci imtahan güzəştləri ilə bağlı qərar qəbul edilənədək bizim tələbələr artıq final imtahanlarını verib, bitirmişdi. Bu da BANM-in Böyük Britaniyanın Heriot Vatt Universitetinin tədris proqramları əsasında təhsil həyata keçirməsi ilə bağlıdır. Biz semester dərslərinə də digər universitetlərə nəzərən daha tez başlayırıq.

İkinci bir səbəb isə, Ali Məktəbdə tədrisin, dərslərin və imtahanların keyfiyyətini təmin etməklə bağlı təsdiq olunmuş standarlar var ki, biz bu tələblərə əməl etməliyik. Tələbələrimiz də bu qaydaları çox yaxşı bilir.

Onlarla onlayn görüşlərdə də mən dəfələrlə bildirmişəm ki, müasir əmək bazarında əldə edəcəyiniz diplomlardan daha çox sizin biliyinizə, sosial bacarağınıza və təcrübənizə önəm verəcəklər. Bu baxımdan hər hansı güzəştlər kontekstində dərslərdən azad olmaq, imtahanlarda güzəşt əldə edərək böyük bir semesteri başa vurmaq gələcəkdə onların xeyirinə olmaya bilər. Sevinirəm ki, tələbələrimiz də bunu anlayışla qarşıladı. Fürsətdən istifadə edib, onların hər birinə təşəkkür edirəm.

Hesab edirəm ki, müasir dövrün tələbələri imtahan güzəşti gözləməməlidir, var gücü ilə çalışmalı, çətin vəziyyətə uyğunlaşmağı, gələcəyə yönəlik qərarlar qəbul etməyi bacarmalıdırlar. Lakin, mən gedən prosesləri izləyirəm və şahidi oluram ki, digər universitet tələbələri hələ də daha çox güzəşt olunmasını tələb edir. Onların hər biri bizim övladlarımızdır, təbii ki, hamımız onların ən az zərərlə bu proseslərdən çıxmasını istəyirik. Amma, eyni zamanda onların gələcək təminatını da düşünməliyik. Bu gün onlar təhsilverənləri anlamaya bilərlər, əmin olsunlar ki, indi verilən qərarlar gələcəkdə daha çox köməklərinə çatacaq.mektebgushesi.az



Загрузка...
Həmçinin oxuyun:
Rektor Elmar Qasımov tələbələrlə onlayn görüş keçirdi

Rektor Elmar Qasımov tələbələrlə onlayn görüş keçirdi

Tələbələrin təhsil haqlarının ödənilməsi üçün yeni sistem istifadəyə verilib

Tələbələrin təhsil haqlarının ödənilməsi üçün yeni sistem istifadəyə verilib

20 mindən artıq tələbənin təhsil haqqını dövlət ödəyəcək - Nazirlik

20 mindən artıq tələbənin təhsil haqqını dövlət ödəyəcək - Nazirlik

Təhsil nazirinin müşaviri  tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərardan danışıb.

Təhsil nazirinin müşaviri tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərardan danışıb.

Həssas qruplardan olan tələbələr üçün yeni onlayn imkan

Həssas qruplardan olan tələbələr üçün yeni onlayn imkan

BANM-də onlayn imtahanlara start verildi

BANM-də onlayn imtahanlara start verildi

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - Baş Nazirdən QƏRAR

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - Baş Nazirdən QƏRAR

Təhsil naziri-... avqust ,sentyabr aylarında yenidən imtahan təşkil olunacaq

Təhsil naziri-... avqust ,sentyabr aylarında yenidən imtahan təşkil olunacaq

Tələbələrin təhsil haqları belə ödəniləcək - RƏSMİ

Tələbələrin təhsil haqları belə ödəniləcək - RƏSMİ

BANM onlayn imtahanlarda plagiatçılığa qarşı Şərəf Kodeksi hazırlayıb

BANM onlayn imtahanlarda plagiatçılığa qarşı Şərəf Kodeksi hazırlayıb

Tələbələrə növbəti dövlət dəstəyi

Tələbələrə növbəti dövlət dəstəyi

Təhsil naziri tələbələri narahat edən məsələlərə aydınlıq gətirdi

Təhsil naziri tələbələri narahat edən məsələlərə aydınlıq gətirdi

Elmar Qasımov Bakı Ali Neft Məktəbinin Avropada təhsil alan tələbələrilə onlayn görüş keçirib

Elmar Qasımov Bakı Ali Neft Məktəbinin Avropada təhsil alan tələbələrilə onlayn görüş keçirib

Elmar Qasımov: Yay Məktəbləri bu il universitetlərin hesabına təşkil olunsun

Elmar Qasımov: Yay Məktəbləri bu il universitetlərin hesabına təşkil olunsun

Etibar Əliyev: Tələbələr təhsil haqlarını ödəməlidirlərmi?

Etibar Əliyev: Tələbələr təhsil haqlarını ödəməlidirlərmi?

İmkansız tələbələrdən 20 minə yaxını güzəştlərdən istifadə etmək imkanına malik olacaq

İmkansız tələbələrdən 20 minə yaxını güzəştlərdən istifadə etmək imkanına malik olacaq

BMU-nun rektoru onlayn keçirilən imtahanları izləyib

BMU-nun rektoru onlayn keçirilən imtahanları izləyib

Tələbələrə imtahan dövründə hansı güzəştlər ediləcək ?

Tələbələrə imtahan dövründə hansı güzəştlər ediləcək ?

Təhsil haqqından hansı tələbələr azad ediləcək – Qərarı Elnur Məmmədov şərh edib

Təhsil haqqından hansı tələbələr azad ediləcək – Qərarı Elnur Məmmədov şərh edib

Tələbələrin 80 faizi yekun dövlət imtahanından azad ediləcək

Tələbələrin 80 faizi yekun dövlət imtahanından azad ediləcək

Nazirlikdən təhsil haqqının ödənilməsi ilə bağlı tələbələrə MÜRACİƏT

Nazirlikdən təhsil haqqının ödənilməsi ilə bağlı tələbələrə MÜRACİƏT

Ümummilli liderin təhsil sevgisi – Nadir Israfilov

Ümummilli liderin təhsil sevgisi – Nadir Israfilov

MDU Elmi Şurasının növbəti iclası

MDU Elmi Şurasının növbəti iclası

Nazir müşaviri ali və orta ixtisas təhsili pilləsinə aid olan qərarları izah edib

Nazir müşaviri ali və orta ixtisas təhsili pilləsinə aid olan qərarları izah edib