AzTehsil.com


Xəbərlər
10 iyun 2020
1 006


“Müsabiqə iştirakçıların həyatında dönüş nöqtəsi rolunu oynayacaq”



“Müsabiqə iştirakçıların həyatında dönüş nöqtəsi rolunu oynayacaq”

 

"Yüksəliş” müsabiqəsində Azərbaycanda fəaliyyət göstərən tanınmış şəxslərdən ibarət idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) yer alır. Bu dəfə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov peşəkar idarəçiliklə bağlı sualları cavablandırıb.

İdarəçi olmaq istəyən şəxslərə hansı tövsiyələri verərdiniz (kitablar və ya vərdişlər)?

- Yaxşı idarəçi olmaq üçün tövsiyələr çoxdur. Vacib məqamlardan biri odur ki, idarəçi idarəçilik prosesinin əhəmiyyətini, bu prosesin daim yenilənmə tələb edən bir sahə olmasını diqqətdə saxlasın.  İdarəçi davamlı öyrənən bir şəxsdir. Lakin o, yalnız  məşğul olduğu sahənin incəliklərini deyil, paralel olaraq idarəçilik prosesini də öyrənməli, təkmilləşdirməli və tətbiq etdiyi idarəçilik metodunun, layihənin, idarə etdiyi təşkilata təsirini qiymətləndirməyi bacarmalıdır.

Uğurlu idarəçinin əsas xüsusiyyətləri hansılardır?

- Uğurlu idarəçiləri birləşdirən bir çox xüsusiyyətlər var. Bunlardan komanda qurmaq bacarığı, qarşılıqlı inam, strateji alətləri tətbiqetmə bacarığı, strateji düşüncə, vaxt menecmenti, məsuliyyətli olmaq, məsuliyyəti üzərinə götürmə və digər bacarıqları qeyd edərdim. "Yüksəliş” müsabiqəsinin məqsəd və hədəflərini nəzərə alaraq dövlət sektorunda tələb olunan bir sıra xüsusiyyətləri qeyd etmək istərdim. Dövlət sektorunda olan idarəçi, ilk növbədə dövlət maraqlarını, dövlət başçımızın ölkəmizin gələcəyi ilə bağlı vizionunu, dövlət sektorunda olan idarəçilərə tələblərini tam mənimsəməli, fəaliyyətində bu tələbləri rəhbər tutmalıdır. Bu şəxslərin fəaliyyətində şəffaflıq, hesabatlılıq, dürüstlük prinsipləri daim əsas yer tutmalı, onlar öz fəaliyyətində yüksək etik davranış standartlarını gözləməlidirlər. Onlar fəaliyyətinin ictimai dəyər yaratmasını, vətəndaşların rifahına müsbət təsir etməsini, eyni zamanda, dövlətimizin güclənməsinə töhfə verməsini daim nəzarətdə saxlamalıdırlar.

"Yüksəliş” müsabiqəsinin iştirakçılarından gözləntiləriniz nədir?

- Bu müsabiqə seçilmiş şəxslərin xüsusi hazırlanmış proqramda iştirakını nəzərdə tutur.  Hesab edirəm ki, belə bir mühitdə yeni biliklər əldə etmiş idarəçi şəxlər məşğul olduğu sahədən asılı olmayaraq, müsbət fərq, müsbət dəyər yaradacaqlar. Müsabiqənin iştirakçılarından gözləntilərim çox böyükdür. Məmnunam ki, bu müsabiqənin mentorlarından biriyəm. Gələcəkdə seçilən şəxslərlə əməkdaşlığımızı səbirsizliklə gözləyirəm. Bir daha müsabiqə iştirakçılarına uğurlar arzulayıram!

muallim.edu.az 



Загрузка...
Həmçinin oxuyun:
“Yüksəliş”in iştirakçıları ölkəmizin gələcəyini yaradacaqlar”

“Yüksəliş”in iştirakçıları ölkəmizin gələcəyini yaradacaqlar”

"Yüksək intellekt, qərar qəbul etmə bacarığı..."- "Yüksəliş" müsabiqəsində ŞANS

"Yüksək intellekt, qərar qəbul etmə bacarığı..."- "Yüksəliş" müsabiqəsində ŞANS

Lider yoxsa idarəçi ?- Mehriban Məmmədova

Lider yoxsa idarəçi ?- Mehriban Məmmədova

Təhsil naziri Ceyhun Bayramov: “Yüksəliş” müsabiqəsi istedadlı şəxslərlə işin təşkilində növbəti addımdır”

Təhsil naziri Ceyhun Bayramov: “Yüksəliş” müsabiqəsi istedadlı şəxslərlə işin təşkilində növbəti addımdır”

“Yüksəliş” müsabiqəsinin videomüsahibə turu yekunlaşıb

“Yüksəliş” müsabiqəsinin videomüsahibə turu yekunlaşıb

“Yüksəliş” müsabiqəsi Xalq Cümhuriyyətinə həsr olunan vebinar təşkil edib

“Yüksəliş” müsabiqəsi Xalq Cümhuriyyətinə həsr olunan vebinar təşkil edib

“Yüksəliş”in onlayn imtahan hazırlığı

“Yüksəliş”in onlayn imtahan hazırlığı

“Yüksəliş” müsabiqəsi əyani mərhələnin videomüsahibə turuna başlayır

“Yüksəliş” müsabiqəsi əyani mərhələnin videomüsahibə turuna başlayır

“Yüksəliş” müsabiqəsi vebinar təşkil edib

“Yüksəliş” müsabiqəsi vebinar təşkil edib

“Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Yüksəliş” müsabiqəsi vebinar təşkil edib

“Yüksəliş” müsabiqəsi vebinar təşkil edib

Muzeyləri onlayn ziyarət etmək imkanı yaradılıb

Muzeyləri onlayn ziyarət etmək imkanı yaradılıb

“Məktəb psixoloqundan tövsiyələr”: XX videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: XX videoçarx

Təhsil naziri müsabiqə qalibləri ilə onlayn görüşüb

Təhsil naziri müsabiqə qalibləri ilə onlayn görüşüb

Təhsilin idarəedilməsi- REFERAT

Təhsilin idarəedilməsi- REFERAT

“Məktəb psixoloqundan tövsiyələr”: XXX videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: XXX videoçarx

“Məktəb psixoloqundan tövsiyələr” layihəsi davam edir

“Məktəb psixoloqundan tövsiyələr” layihəsi davam edir

“Məktəb psixoloqundan tövsiyələr”: XIV videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: XIV videoçarx

Liderlik üslubları-Rəhbər olmaq istəyənlər üçün

Liderlik üslubları-Rəhbər olmaq istəyənlər üçün

“Məktəb psixoloqundan tövsiyələr”: XXII videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: XXII videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: XII videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: XII videoçarx

Qalib tələbələrə 10 min manat mükafat verildi

Qalib tələbələrə 10 min manat mükafat verildi

“Məktəb psixoloqundan tövsiyələr”: XVI videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: XVI videoçarx

Müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün müsahibə proqramı

Müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün müsahibə proqramı