AzTehsil.com


Xəbərlər
02 iyun 2020
1 340


“Yüksəliş”in iştirakçıları ölkəmizin gələcəyini yaradacaqlar”



“Yüksəliş”in iştirakçıları ölkəmizin gələcəyini yaradacaqlar”

 

"Yüksəliş” müsabiqəsi Azərbaycanda tanınmış idarəçi şəxslərdən,  ayrı-ayrı dövlət qurumlarının rəhbərlərindən müsahibələr təqdim edir.  Bu müsahibələrdə təcrübələr bölüşülür, gənc idarəçilərə tövsiyələr verilir (https://yukselish.az/mentors.html).   Bu dəfə Energetika naziri Pərviz Şahbazov peşəkar idarəçiliklə bağlı sualları cavablandırıb.

 Uğurlu idarəçinin əsas xüsusiyyətləri hansılardır?

- Uğurlu idarəçinin əsas cəhətlərindən biri başqalarına müsbət mənada təsir göstərməkdir. O, kollektivdə inam yaratmağı bacaran, komanda ruhu formalaşdıran şəxsdir. Burada fərdi nümunə çox böyük rol oynayır. Uğurlu idarəçi korporativ dəyərlərə, strateji hədəflərə malik olur. Mümkün qədər az resurslar sərf etməklə effektiv nəticələr ortaya qoyur. Gündəlik inkişaf, dəyişikliklərə həssaslıq yaxşı idarəçi üçün çox mühümdür. O özü və rəhbərlik etdiyi komanda inkişafa doğru dəyişikliklərdən, xarici mühitdəki yeniliklərdən geri qalmamalı, inkişaf proseslərinin önündə olmalıdır. Yaxşı idarəçi olmaq həm də insanları duymaqdır, hər kəsə öz potensialını reallaşdırmaq üçün bərabər imkanlar mühiti yaratmaqdır, həmçinin ədalət prinsiplərini hər zaman qorumağa çalışmaqdır.

 - İdarəçi olmaq istəyən şəxslərə hansı tövsiyələri verərdiniz (kitablar və ya vərdişlər)?

- İdarəçi olmaq istəyən şəxslərə, ilk növbədə bunu tövsiyə edərdim: Qarşıya çıxan bütün fürsətləri dəyərləndirin, düzgün yollarla irəliləyin,  çətinliklərdən qorxmayın.

Hər belə bir şəxs həmişə bu sualları özünə verməlidir: - Mən kiməm? Nələri hiss edirəm? Harada nələri öyrənmişəm, nələri bacarıram və hansı işləri görmüşəm?

 Bu halda reallıqları düzgün dəyərləndirmək, qarşıya məqsəd qoymaq və ona çatmaq daha asan olacaq.  Daha bir tövsiyəm isə budur ki, faydalı bilik və təcrübə mənbələrinə həmişə  mümkün qədər yaxın olun. Bunlar ayrı-ayrı insanlar da ola bilər, kitablar da, başqa öyrədici resurslar da. Öz işgüzar çevrənizi formalaşdırın. Reaktiv yox, proaktiv olun! Üzərinizə məsuliyyət götürməkdən çəkinməyin və heç vaxt ruhdan düşməyin!

"Yüksəliş” müsabiqəsinin iştirakçılarından gözləntiləriniz nədir?

- "Yüksəliş” Azərbaycanın gələcəyi üçün çox mühüm bir addımdır. Bu müsabiqənin iştirakçıları öz bilik və bacarıqları ilə ölkəmizin gələcəyini yaradacaqlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər bir idarəçiyə, ümumilikdə cəmiyyətimizə təlqin etdiyi meyarlar var. Bunlar yüksək mənəvi keyfiyyətlərdir, milli və dövlətçilik dəyərlərimizə, qanunlara hörmətdir, başqaları üçün nümunə yaratmaqdır, üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməkdir. Bu müsabiqənin iştirakçıları da, inanıram ki, bütün bu meyarları əsas tutmaqla onlara olan ümidləri doğruldacaq, Azərbaycanın yüksəlişinə öz töhfələrini verəcəklər və dövlətimizin yüksəlişi onları da yüksəldəcək!


 



Загрузка...
Həmçinin oxuyun:
Təhsil naziri Ceyhun Bayramov: “Yüksəliş” müsabiqəsi istedadlı şəxslərlə işin təşkilində növbəti addımdır”

Təhsil naziri Ceyhun Bayramov: “Yüksəliş” müsabiqəsi istedadlı şəxslərlə işin təşkilində növbəti addımdır”

"Yüksək intellekt, qərar qəbul etmə bacarığı..."- "Yüksəliş" müsabiqəsində ŞANS

"Yüksək intellekt, qərar qəbul etmə bacarığı..."- "Yüksəliş" müsabiqəsində ŞANS

Lider yoxsa idarəçi ?- Mehriban Məmmədova

Lider yoxsa idarəçi ?- Mehriban Məmmədova

“Yüksəliş” müsabiqəsi vebinar təşkil edib

“Yüksəliş” müsabiqəsi vebinar təşkil edib

“Yüksəliş” müsabiqəsi vebinar təşkil edib

“Yüksəliş” müsabiqəsi vebinar təşkil edib

“Yüksəliş”in onlayn imtahan hazırlığı

“Yüksəliş”in onlayn imtahan hazırlığı

“Yüksəliş” müsabiqəsi əyani mərhələnin videomüsahibə turuna başlayır

“Yüksəliş” müsabiqəsi əyani mərhələnin videomüsahibə turuna başlayır

“Yüksəliş” müsabiqəsi Xalq Cümhuriyyətinə həsr olunan vebinar təşkil edib

“Yüksəliş” müsabiqəsi Xalq Cümhuriyyətinə həsr olunan vebinar təşkil edib

“Yüksəliş” müsabiqəsinin videomüsahibə turu yekunlaşıb

“Yüksəliş” müsabiqəsinin videomüsahibə turu yekunlaşıb

Təhsilin idarəedilməsi- REFERAT

Təhsilin idarəedilməsi- REFERAT

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Liderlik və ya idarəedicilik, hansı daha vacibdir?    Daşqın Həmidzadə

Liderlik və ya idarəedicilik, hansı daha vacibdir? Daşqın Həmidzadə

Müəllim şəxsiyyətinin psixoloji xüsusiyyətləri

Müəllim şəxsiyyətinin psixoloji xüsusiyyətləri

Muzeyləri onlayn ziyarət etmək imkanı yaradılıb

Muzeyləri onlayn ziyarət etmək imkanı yaradılıb

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

“Məktəb psixoloqundan tövsiyələr”: XX videoçarx

“Məktəb psixoloqundan tövsiyələr”: XX videoçarx

Gənclərə növbəti tövsiyələr

Gənclərə növbəti tövsiyələr

Uğurlu müəllim dərs saatları içərisində öyrətməyi bacaran şəxsdir

Uğurlu müəllim dərs saatları içərisində öyrətməyi bacaran şəxsdir

Rəhbər işlərdə işləmək istəyənlərə 17 Məsləhət

Rəhbər işlərdə işləmək istəyənlərə 17 Məsləhət

Ümummilli lider:  "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır"

Ümummilli lider: "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır"

Uşaq dərs oxumaq istəmirsə, belə edin - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Uşaq dərs oxumaq istəmirsə, belə edin - VALİDEYNLƏRƏ TÖVSİYƏ

“Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bürclər: 1 mart

Bürclər: 1 mart

ESSE : DİREKTOR OLACAĞINIZ TƏQDİRDƏ İLK GÖRƏCƏYİNİZ 5 İŞİ SIRALAYIN VƏ QARŞIYA ÇIXACAQ PROBLEMLƏRİN HƏLLİ YOLLARINI İZAH EDİN.

ESSE : DİREKTOR OLACAĞINIZ TƏQDİRDƏ İLK GÖRƏCƏYİNİZ 5 İŞİ SIRALAYIN VƏ QARŞIYA ÇIXACAQ PROBLEMLƏRİN HƏLLİ YOLLARINI İZAH EDİN.