AzTehsil.com


Xəbərlər / Direktor / Müəllim
09 iyun 2020
1 925


Təhsil idarəediciləri üçün məktəb inkişafı və liderlik



Təhsil idarəediciləri üçün məktəb inkişafı və liderlik

 

Liderlik məktəbin inkişafının davamlı olması üçün ən vacib amildir. Bu amili nəzərə alaraq TAM Teaching Advancement Matrix "İz qoy: İnkişafa Liderlik et” adlı təhsil idarəediciləri üçün məktəb inkişafı və liderlik treninqi təşkil edir.  Təhsil Nazirliyi yanında İctimai Şuranın dəstəyi ilə keçiriləcək treninqin məqsədi təhsil idarəedicilərinin liderlik xüsusiyyətləri barədə bilik və bacarıqlarını artırmaq,  onlara bu xüsusiyyətləri məktəb inkişafı kontekstində səmərəli formada istifadə etmələrinə yardım göstərməkdir. İnteraktiv təhsil yanaşmasının istifadə ediləcəyi təlim prosesində örnək hadisələrə yer veriləcək.

Təhsildə liderlik üzrə beynəlxalq mütəxəssis, tədqiqatçı, dosent-doktor Şefika Mertkan tərəfindən aparılacaq treninq həftədə iki dəfə saat yarım  olmaqla 8 həftə müddətində (cəmi 24 saat) onlayn formada keçiriləcək. Treninq ən az 10 iştirakçı qeydiyyatdan keçdikdən sonra başlayacaq.

Dosent-doktor Şefika Mertkan "Təhsildə Liderlik” proqramı üzrə  Böyük Britaniyanın Nottingem Universitetində PhD,  Kembric Universitetində isə "Öyrənmə və müəllim təhsili” ixtisası üzrə "Cambridge Chevening" təqaüdünü qazanaraq magistratura təhsili alıb. Bakalavr təhsilini isə Doğu Akdeniz Universitetinin (DAU) elm fakültəsini  "fakültə birincisi"  olaraq tamamlayıb.

O,  PhD təhsili çərçivəsində sosial məsuliyyət istiqamətində öncül olan "Bussines in the Community"də tədqiqat menceri kimi çalışıb. Kembric  Universitetində tədqiqatçı işləyən Ş.Mertkan adıçəkilən universitetdə magistiratura dərslərini də tədris edib.

Hazırda Doğu Akdeniz Universiteti təhsil fakültəsində liderlik və təhsil idarəçiliyi istiqamətində dərslər verir və təkmilləşdirmə proqramlarına rəhbərlik edir. Yaxın vaxta qədər DAU təhsil fakültəsinin dekan müavini vəzifəsində işləyib. O,  iki kitabın, təhsil liderliyi sahəsində aparıcı beynəlxalq elmi jurnallarda çap olunan bir sıra məqalələrin müəllifidir. Çox sayda kitabların həmmüəllifi olan Ş.Mertkan, həm də bir sıra beynəlxalq elmi jurnalın rəyçisi və redaktorudur. Doktor Ş. Mertkanın tədqiqat sahələri arasında təhsildə liderlik, məktəb inkişafı, ali təhsil, təhsildə dəyişiklik, təhsil siyasəti və keyfiyyət tədqiqatları ön plandadır. 

Treninq aşağıdakı istiqamətləri əhatə edəcək: Liderliyə panaromik baxış; Vizyon müəyyənləşdirmə sənəti olaraq liderlik; Təsiretmə sənəti olaraq liderlik; Güvən formalaşdırma sənəti olaraq liderlik; Pozitiv olma sənəti olaraq liderlik; Liderliyin qaranlıq tərəfi; Məktəb inkişafı çarxı; Məktəb inkişafı prosesi.
 
Əlavə məlumat üçün: +994 50 241 42 68 (WhatsApp)




Загрузка...
Həmçinin oxuyun:
Liderlik üslubları-Rəhbər olmaq istəyənlər üçün

Liderlik üslubları-Rəhbər olmaq istəyənlər üçün

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün təlimlər

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün təlimlər

Direktor olmaq istəyənlər .......Liderlik nədir  ?

Direktor olmaq istəyənlər .......Liderlik nədir ?

4-cü Beynəlxalq Təhsil Konfransı yekunlaşıb

4-cü Beynəlxalq Təhsil Konfransı yekunlaşıb

Təhsildə daha bir uğur

Təhsildə daha bir uğur

Liderliyin sirləri-Lider olmaq istəyənlər üçün

Liderliyin sirləri-Lider olmaq istəyənlər üçün

Rəhbərsiniz, yoxsa Lider?

Rəhbərsiniz, yoxsa Lider?

Neftçalalı gənc Çində ilin ən yaxşı xarici müəllimi seçilib

Neftçalalı gənc Çində ilin ən yaxşı xarici müəllimi seçilib

"Rəhbər vəzifələrə qəbulla bağlı imtahanlarda çox az namizəd iştirak edib"

"Rəhbər vəzifələrə qəbulla bağlı imtahanlarda çox az namizəd iştirak edib"

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti İzmirdə

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti İzmirdə

DİREKTOR olmaq istəyənlər üçün yeni müsabiqə başlandı

DİREKTOR olmaq istəyənlər üçün yeni müsabiqə başlandı

Təhsilin idarəedilməsi- REFERAT

Təhsilin idarəedilməsi- REFERAT

Ümumtəhsil məktəblərində dövlət-ictimai xarakterli  idarəetmə

Ümumtəhsil məktəblərində dövlət-ictimai xarakterli idarəetmə

Lider yoxsa idarəçi ?- Mehriban Məmmədova

Lider yoxsa idarəçi ?- Mehriban Məmmədova

Peşə təhsili müəssisələrinin mühəndis–pedaqoji heyəti Türkiyədə təlimlərə qatılıb

Peşə təhsili müəssisələrinin mühəndis–pedaqoji heyəti Türkiyədə təlimlərə qatılıb

Pedaqoji idarəetmədə dəyərlər -Ləyaqət, etika, keyfiyyət, azadlıq...

Pedaqoji idarəetmədə dəyərlər -Ləyaqət, etika, keyfiyyət, azadlıq...

Liderlik və ya idarəedicilik, hansı daha vacibdir?    Daşqın Həmidzadə

Liderlik və ya idarəedicilik, hansı daha vacibdir? Daşqın Həmidzadə

Əlilliyi olan şəxslərin kompüter bacarıqları inkişaf etdiriləcək

Əlilliyi olan şəxslərin kompüter bacarıqları inkişaf etdiriləcək

ADNSU-nun rektoru “Thomson Reuters” jurnalının MDB ölkələri üzrə nümayəndələri ilə görüşüb

ADNSU-nun rektoru “Thomson Reuters” jurnalının MDB ölkələri üzrə nümayəndələri ilə görüşüb

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Direktor olmaq istəyənlərin nəzərinə - Bu xəbəri mütləq oxuyun

Direktor olmaq istəyənlərin nəzərinə - Bu xəbəri mütləq oxuyun

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

Təhsil ilinin yekunları müzakirə olundu

Təhsil ilinin yekunları müzakirə olundu

Füzuli rayon 50 nömrəli tam orta məktəbdə İngilis dili Resurs Mərkəzinin açılışı olub

Füzuli rayon 50 nömrəli tam orta məktəbdə İngilis dili Resurs Mərkəzinin açılışı olub