Xəbərlər / Müəllim
18 may 2020
1 153


Mürad Camalzadə konfransla bağlı tənqidlərə cavab yazdı

Mürad Camalzadə  konfransla bağlı tənqidlərə cavab yazdı

 

"Konfransdan sonra"

15 may 2020-ci il tarixdə İnsan Resursları Mərkəzinin facebook rəsmi səhifəsində "Qlobal müəllim mükafatına gedən yol" mövzusunda virtual konfrans keçirildi. Tədbirin bitməsindən bir müddət sonra bəzi yoldaşların tənqidi yazıları paylaşıldı. Tənqidi fikirlərini paylaşan Aslan Qəmbərov, Elşən Ramiz oğlu və digər yoldaşlara səmimi təşəkkürümü bildirirəm (ümid edirəm ki, tənqidçilərin əksəriyyətinin Bərdə rayonunun təhsil işçiləri arasından olması sadəcə xoş təsadüfdür :)). Çünki tənqidi fikir gözləntinin olduğu bir şəraitdə yaranır. İctimai xarakter daşıyan təhsil sistemində konstruktiv tənqidin və ictimai nəzarətin güclənməsi bütün tərəflərin lehinədir.

Ümumi işə töhfə vermək istəyiriksə tənqidi fikirlərin artması ilə yanaşı, onların məzmun əhatəsinin də genişlənməsinə çalışmalıyıq. Təəssüf ki, adıçəkilən konfransla əlaqədar əsas tənqid predmeti tədbir iştirakçılarının seçimi prinsipi oldu. Düşünürəm ki, istənilən fəaliyyət və tənqid nəticəyönümlü olmalıdır. Əgər konfrans iştirakçılarının kimliyi ilə gələcəkdə həmin müsabiqədə mötəbər yer tutmağımız arasında hər hansı birbaşa əlaqə varsa o zaman düşünək.

Hesab edirəm ki, biz birlikdə konfrans iştirakçılarının seçimi prinsipini yox, digər məsələləri müzakirə etməliyik. Misal üçün: insanlarımız bu müsabiqə barədə nə qədər məlumatlıdır? Bu müsabiqədə yer tutmaq üçün uyğun olan müəllimlərimiz varmı? Əgər varsa onları necə aşkar edək və müsabiqədə iştirak etməyə necə təşviq edək? Həmin müsabiqədə iştirak üçün uyğun ola biləcək müəllimlərimizin fəaliyyətini necə istiqamətləndirə bilərik? Onların fəaliyyətinə necə dəstək olmaq olar? İctimai həyatın digər sahələrinin, xüsusilə də özəl sahibkarlıq qurumlarının bu cür müəllimlərin fəaliyyətini dəstəkləməsi üçün nələr etməliyik? Dostlar, əgər nəticə əldə etmək istəyiriksə, bu kimi məsələlər barədə düşünməli və təkliflər verməliyik. Çünki sistemin inkişafı ümumi nailiyyətimizdir.

Təhsildə "show"
Son zamanlar ən çox eşitdiyim və oxuduğum ittihamlardan biri odur ki, "İnsan Resursları Mərkəzi təhsil sisteminə show gətirib". Son dönəmlərdə ayrı-ayrı müəllimlərin və tələbələrin fəaliyyətinin işıqlandırılması və cəmiyyətə tanıdılması məsələsinə Mərkəzin fəaliyyətində xüsusi yer verilməsi fikri ilə tam razıyam. Amma razı olmadığım məqam, bu fəaliyyətlərin show adlandırılmasıdır. Çünki bütün bunlar yalnız görüntü naminə baş vermir. Mərkəz tərəfindən işıqlandırma prosesinin arxasında müəllimlərimizin davamlı və böyük əməyi dayanır. Ucqar kənd məktəblərindən birinin ibtidai sinif müəlliminin öz şagirdləri üçün mütəmadi olaraq gitarada mahnılar ifa etdiyini eşidəndə çox təəccüblənmişdim. Eləcə də başqa kənd məktəbinin müəlliminin öz şagirdləri üçün başqa bölgələrə ekskursiyalar təşkil etdiyini eşitdikdə. Cəmiyyət olaraq yaxşı xəbərlərə və nümunələrə ehtiyacımız var. Həmin müəllimlərin fəaliyyətinin işıqlandırılması yalnız onlar üçün deyil, digərləri üçün də yaxşı nümunə və motivasiyadır.

Eyni zamanda nəzərə almalıyıq ki, dünya sürətlə dəyişir. Artıq hansısa bilik və bacarıqlara sahib olmaq kifayət etmir. Həmin bilik və bacarıqları düzgün nümayiş etdirə bilmək çağdaş dövrün tələbidir. Özünü təqdim etməyi bacaran müəllimlərin isə şagirdlərini gələcək əmək bazarının tələblərinə uyğun yetişdirə biləcəyi şübhə doğurmur. Ən əsası isə təhsil prosesini həmin şagirdlər üçün əyləncəyə və motivasiyaya çevirməyi bacarır.

Konfransın iştirakçılarından biri Türkiyədə çalışan Dilek Livaneli idi. Əksəriyyət onu çox sevdi. Onun motivasiyalı çıxışından sonra bir anlıq pedaqoji istiqamət üzrə təhsilalma xəyalları qurmadığımı desəm yalan olar. Türkiyədə onu tanıyanların sayı az deyil. Təəssüf ki, yaranan texniki qüsura görə Dilek Livanelinin iştirak etdiyi verilişlərdən birinin video çarxını nümayiş etdirə bilmədik. Veriliş aparacısının Dilek xanım barədə söylədiyi yüksək fikirlər həmin cəmiyyətdə əksəriyyətin onun barəsindəki düşüncələrinin məcmusudur. Bəs, biz Məhəmməd Qarakişiyevi hansı səviyyədə tanıyırıq? Axı, Məhəmməd Qarakişiyev də adıçəkilən müsabiqədə iştirak edib, Dilek xanımla eyni statusu qazanmış həmyerlimizdir. Etiraf edim ki, Mərkəz bu müsabiqə barədə işlərə başlamazdan əvvəl mən hansısa həmyerlimizin belə uğur qazanmasından bixəbər idim. Bəs, başqa həmyerlimiz olan Həbib Əlizadənin bu müsabiqəyə müraciət etdiyi, uzun müddət bu müsabiqə barədə maarifləndirmə işi apardığı barədə nə qədər insan məlumatlıdır? Ümumiyyətlə, unutmaq lazım deyil ki, motivasiya və xidmətetmə əzmi tükənməz qüvvə deyil. Çalışan insanlara dəstək göstərmək mənəvi borcumuzdur.

O ki qaldı konfrans iştirakçılarının seçimi prinsipinə. Həmin konfransda iştirak edənlər arasında MİQ və DQ üzrə fənn birinciləri var idi. Həmin konfransda öz fəaliyyətini adıçəkilən müsabiqənin şərtlərinə uyğun qurmağa çalışmış müəllimlər var idi. Müsabiqə barədə Mərkəzəqədər çalışmalarını nəzərə alsaq, orda təmsil olunmaq həm də Həbib Əlizadənin mənəvi hüququ idi. Əgər bu sahə maraq doğurursa, gələcək dəfə daha geniş tərkibdə və təmsilolunma prinsipi əsasında tədbirlər keçirə bilərik. Təki o müsabiqədə uğur qazanan soydaşlarımızın sayı artsın.

Ümumiyyətlə, unutmamalıyıq ki, biz hər birimiz ən yaxşı halda bərabərlər arasında birinci ola bilərik. Fəaliyyəti barədə məlumatsız olduğu insanların Mərkəz tərəfindən işıqlandırılması, sadəcə fiziki olaraq mümkün deyil.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

Müəllimlərin işə qəbulu ilə bağlı verilən 15  sual-15 cavab

Müəllimlərin işə qəbulu ilə bağlı verilən 15 sual-15 cavab

Respublikanın ən güclü ibtidai sinif müəllimləri

Respublikanın ən güclü ibtidai sinif müəllimləri

“Müəllim şagirdə təkcə fənnini yox, həyatı öyrətməlidir”

“Müəllim şagirdə təkcə fənnini yox, həyatı öyrətməlidir”

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Xarici ölkələrdə şagirdlərin zəif qiymət alması uşağın savadsız olması anlamına gəlmir.

Xarici ölkələrdə şagirdlərin zəif qiymət alması uşağın savadsız olması anlamına gəlmir.

İmtahanda sıfır nəticə göstərən müəllimlər: Onlar Azərbaycanın gələcəyini baltalayır

İmtahanda sıfır nəticə göstərən müəllimlər: Onlar Azərbaycanın gələcəyini baltalayır

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Ramiz Məmmədzadə  - MƏKTƏB DİREKTORU

Ramiz Məmmədzadə - MƏKTƏB DİREKTORU

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

“Ali məktəblərdə ciddi sistem olsa, MİQ imtahanları ləğv oluna bilər” – Ekspertlərdən TƏKLİFLƏR

“Ali məktəblərdə ciddi sistem olsa, MİQ imtahanları ləğv oluna bilər” – Ekspertlərdən TƏKLİFLƏR

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Azərbaycanın şəhər məktəblərində qadın, kənd məktəblərində isə kişi müəllimlər üstünlük təşkil edir

Azərbaycanın şəhər məktəblərində qadın, kənd məktəblərində isə kişi müəllimlər üstünlük təşkil edir

Müəllimlər üçün yeniliklər - Yerdəyişmədə müəllimin hansı balı nəzərə alınır?

Müəllimlər üçün yeniliklər - Yerdəyişmədə müəllimin hansı balı nəzərə alınır?

Azərbaycanlı müəllimlər 1 milyon dollar qazana bilər - SON TARİX...

Azərbaycanlı müəllimlər 1 milyon dollar qazana bilər - SON TARİX...

Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər

Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər

"Mən özümü fədakar müəllim hesab etmirəm."

"Mən özümü fədakar müəllim hesab etmirəm."

"Bu yenilik müəllim və məktəblərin inkişafı üçün gözəl imkanlar yaradacaq"/EKSPERTLƏRİN RƏYİ

"Bu yenilik müəllim və məktəblərin inkişafı üçün gözəl imkanlar yaradacaq"/EKSPERTLƏRİN RƏYİ

“İctimai Şura”dan gözləntilər çoxdur -zaman isə məhduddur...”

“İctimai Şura”dan gözləntilər çoxdur -zaman isə məhduddur...”

"Heç bir dövlət qurumunun rəhbəri qanunla "gizlənpaç" oynaya bilməz"

"Heç bir dövlət qurumunun rəhbəri qanunla "gizlənpaç" oynaya bilməz"

İxtisas seçimlərində iştirak etmək üçün minimal ballar – Bilmədiyimiz detal

İxtisas seçimlərində iştirak etmək üçün minimal ballar – Bilmədiyimiz detal

"Sentyabrın 15-dək bir necə dəfə bu cür mərkəzləşdirilmiş qaydada yerləşdirmə aparılacaq”

"Sentyabrın 15-dək bir necə dəfə bu cür mərkəzləşdirilmiş qaydada yerləşdirmə aparılacaq”

"Müsabiqə şərti" və "keçid balı" anlayışları...Abituriyentləri çaşqın salan bu iki faktor barədə ekspertin rəyi..

"Müsabiqə şərti" və "keçid balı" anlayışları...Abituriyentləri çaşqın salan bu iki faktor barədə ekspertin rəyi..