AzTehsil.com


Xəbərlər / Müəllim
16 iyul 2019
3 994


Respublikanın ən güclü ibtidai sinif müəllimləri



Respublikanın ən güclü ibtidai sinif müəllimləri


 

Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqəsinin növbəti test imtahan  mərhələsi keçirilib.
 


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinin növbəti günündə ibtidai sinif müəllimi olmaq istəyənlər imtahanda iştirak ediblər.

 
Türkan Nəsirova  ADPU  İbtidai təhsil fakültəsini 2016-cı ildə bitirib. O, MİQ üzrə müsabiqədə 54 bal toplayıb.

Müsahibimiz  müsabiqədə ilk dəfə iştirak etmir. O, 2017-ci ildə MİQ-də 54 bal toplayıb və Zəngilan rayon 1 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət başlayıb. Hazırda da həmin məktəbdə çalışır:

"MİQ üzrə müsabiqədə ikinci dəfə iştirak etməkdə məqsədim balımı yüksəltmək və  başqa məktəbdə fəaliyyətə başlamaq idi.

İmtahana getməzdən əvvəl bir az qorxurdum. Buna səbəb sosial şəbəkələrdə namizədlərin kompüterlərin donması ilə bağlı fikirlər yazması idi. Məndə belə bir problem yaşanmadı. Buna görə çox sevindim”.

O, qeyd edib ki, verilən test nümunələri çox rahat idi və yalnız 6 sualı səhv cavablandırıb:

"Düşünürəm ki, özümü inkişaf etdirməli və bu səhvlərimi  aradan qaldırmalıyam. Ümid edirəm ki, daha yüksək nəticə əldə edərəm.

Müəllim fəaliyyətimdən narazı deyiləm. Şagirdlərim də istədiyim nəticəni göstərir. Amma bu o demək deyil ki, özümü inkişaf etdirməməliyəm”.

Elgün Şahbazov Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecini 2014-cü ildə bitirib. O, MİQ üzrə müsabiqədə  57 bal toplayıb:

Hazırda Cəlilabad rayon Ləzran kənd tam orta məktəbində ibtidai sinif müəllimi çalışır:

"İkinci dəfədir ki, MİQ-də iştirak edirəm. İlk dəfə 2017-ci ildə iştirak etmişəm və 47 bal toplamışam. İmtahan nəticəmə uyğun olaraq, Cəlilabad rayon Ləzəran kənd tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətə başlamışam.

İki dəfə MİQ müsabiqəsində iştirak etməkdə əsas məqsədim yerdəyişmə ilə bağlı idi. Çünki indi çalışdığım məktəb yaşadığım yerdən 45 kilometr məsafədə yerləşir. Bu da gedib-gəlməkdə problemlər yaradır. Ona görə də imtahana yenidən hazırlaşmaq qərarına gəldim. Nəticəm də ürəkaçan oldu”.

O, qeyd edib ki, suallar qənaətbəxş idi, amma çox asan deyildi:

"Sadəcə, diqqət tələb edən suallar idi. Kiçik bir yanlışlıq səhv etməyə gətirib çıxarırdı. 3 sualda yanlışlığa yol verdim.

Vakant yerlər çıxdıqdan sonra məktəb seçimi etməyi düşünürəm.

Hər bir müəllim kimi mən də cəmiyyətimizə xeyirli, savadlı gənclər yetişdirməyi planlaşdırıram. Çünki şagirdlərin bünövrəsi ibtidai sinifdən başlayır. İbtidai sinifdə potensialı güclü olan şagird yuxarı siniflərdə uğurlu nəticələr əldə edə bilər.

Öz işini sevən insan üçün onun kişi və qadın olmasının heç bir fərqi yoxdu. Əsas olan odur ki, insan peşəsini sevsin və ona hörmətlə yanaşsın. Burada qadın və kişi olmağın heç bir fərqi yoxdu”.

Qeyd edək ki, iyulun 8-dən etibarən,  müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycanın vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

Məlumata əsasən, dövlət ümumi təhsil müəssisələrində 10 il təcrübəsi olan 3 ildən az müddətə işdən uzaqlaşmış şəxslər müsabiqənin test imtahanı mərhələsindən azaddırlar.

Test imtahanında hər bir namizədə 90 dəqiqə müddətində 40 ixtisas, 10 məntiq, 10 kurikulum olmaqla 60 test tapşırığı təqdim olunur.

 

 



Загрузка...
Həmçinin oxuyun:
MİQ üzrə müsabiqənin növbəti günü

MİQ üzrə müsabiqənin növbəti günü

Müsabiqənin ikinci günü

Müsabiqənin ikinci günü

Bu fənlərin biliciləri sınanır-MİQ həyəcanı

Bu fənlərin biliciləri sınanır-MİQ həyəcanı

Vakant müəllim yeri ən çox bu ixtisasadır - NAZİRLİK

Vakant müəllim yeri ən çox bu ixtisasadır - NAZİRLİK

Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır

Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır

Sosial şəbəkələrdə MİQ-lə bağlı yazılanlara cavab: Müəllimlərin xeyrinə atılan addımlar

Sosial şəbəkələrdə MİQ-lə bağlı yazılanlara cavab: Müəllimlərin xeyrinə atılan addımlar

Müəllim olmaq istəyənlərin nəzərinə - İşə qəbulu üzrə müsabiqəyə start verilir

Müəllim olmaq istəyənlərin nəzərinə - İşə qəbulu üzrə müsabiqəyə start verilir

Müəllimlərin işə qəbulu mərhələsində keçid balı toplayanlar 8 vakant yer seçə biləcəklər

Müəllimlərin işə qəbulu mərhələsində keçid balı toplayanlar 8 vakant yer seçə biləcəklər

Təhsil Nazirliyində press brifinq

Təhsil Nazirliyində press brifinq

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi–test imtahanı başa çatıb.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi–test imtahanı başa çatıb.

Müəllimlərin işə qəbulu başladı

Müəllimlərin işə qəbulu başladı

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu ilə bağlı verilən 15  sual-15 cavab

Müəllimlərin işə qəbulu ilə bağlı verilən 15 sual-15 cavab

İyunun sonundan müəllimlərin işə qəbuluna start verilir

İyunun sonundan müəllimlərin işə qəbuluna start verilir

İbtidai sinif müəllimlərinin imtahanında maksimum bal toplayan olmayıb

İbtidai sinif müəllimlərinin imtahanında maksimum bal toplayan olmayıb

Bu müəllimlər hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər

Bu müəllimlər hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər

MİQ üçün qeydiyyat sabah başa çatacaq

MİQ üçün qeydiyyat sabah başa çatacaq

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

Müəllimlərin İŞƏ QƏBULU müsabiqəsi başladı

Müəllimlərin İŞƏ QƏBULU müsabiqəsi başladı

Müəllim olmaq istəyənlər üçün elektron sənəd qəbulu davam edir

Müəllim olmaq istəyənlər üçün elektron sənəd qəbulu davam edir