AzTehsil.com


Xəbərlər / Ziyalılar
13 may 2020
5 928


Tarxiçi alim Təhsil Nazırliyini TƏNQİD etdi: "Ziyalılarımız niyə susub?"



 

"Neçə illərdir ki, Azərbaycanda Təhsil Nazirliyi tərəfindən "Azərbaycan tarixinin"  tədrisinin azaldılması prosesi gedir. Hesab edirəm ki, bu adi məsələ deyildir. Bunlar yəqin ki, bununla bağlı hansısa öhdəliyə imza atıblar. Çünki bir milləti sürüyə çevirmək istəyirsənsə, onu  tarix bilgidən məhrum etməlisən.  Çox keçməyəcək bu nəticəni əldə edəcəksən."

Bu sözləri tarixçi alim Miq.Az saytına açıqlamasında bildirib: 

"İlk öncə qeyd edim ki, SSRİ dövründə Tarix fakültəsində "Azərbaycan tarixi” fənnindən dərslər iki il tədris olunurdu. Üç il də ixtisas fənni tədris edilirdi. Yəni, kim bu fənni ixtisas seçirdisə, üç il də orada təhsil alırdı. Bu mənada güclü tarixçilər yetişirdi. Amma indi Ali Təhsil müəssisələrindəki tarix fakültələrində "Azərbaycan tarixinin” saatı 75 saatdır. Qeyri-ixtisas fakültələrində isə daha da azdır. Bu il bu sahəyə daha ağır bir zərbə vurublar.:-deyə tarixçi alim bildirib.

Təhsil nazirliyi tərəfindən Ali Təhsil ocaqlarına gələn təlimatda qeyri-ixtisas fakültələrində "Azərbaycan tarixi” fəninin tədrisinin 45 saat müəyyənləşdirilməsini qeyd edən Dilavərt Əzimli bildir ki,  bunun 30 saatı mühazirə, 15 saatı seminardır. Həm də bu fakültələrdə tədris oluncaq "Azərbaycan tarixi” fənninin qədim,  orta əsrlər, yeni tarix dövrləri çıxarılmışdır. Fənin adı belə təqdim olunur: "Azərbaycanın müstəqil dövlətçilik tarixi”: 

"Düzü bilmək olmur ki, dərs yükü Azərbaycan Xalq Cümhuriyyəti, yoxsa Azərbaycan SSR dövrü tarixindən başlayacaq, yaxud da 1991-ci ildən bu yanı götürəcəklər. Əslində, "Azərbaycan tarixi” fənnindən tədrisin bu cür azaldılması Azərbaycan dövlətçiliyi baxımından yol verilməzdir. Hesab edirik ki, qeyri-ixtisas fakültələrində Azərbaycan tarixinin qədim, orta və yeni dövləri tədris olunmaldır. Çünki hər bir Azərbaycan vətəndaşı öz tarixini bilməlidir. Bu ixtisas sahəsinin tələbələri müəyyən müddətdən sonra müxtəlif sahələrdə çalışırlar. Onların bir çoxu da elmi fəaliyyətlə məşğul olurlar. Xaricə gedəndə rastlaşdıqları alimlərin, ilk növbədə bizə düşmən olan erməni alimlərinin yalanları ilə üz-üzə gələndə, onların hansı vəziyyətə düşəcəklərini təsəvvür eidrsinizmi?"-deyə Dilavər Əzimili qeyd edir.

Müharibə vəziyyətində olduğumuz düşmən Ermənistanın tarixi yalanlarını ifşa edən alim qeyd edir ki, bu gün bütün Ermənistan yalançı "Erməni tarixi”nə bələddirlər. Hansını dindirirsən, yalnız  yalanlara söykənən "Erməni tarixi”ndən danışırlar. Biz isə öz tariximizin tədrisini azaldır və belə getsə deyəsən, həmin fakültələr də tamamilə ləğv ediləcək:

"Təsəvvür edin ki, SSRİ zamanında ediləsi mümkün olmayanı müstəqillik dövründə özümüzünkülər etdilər. Buna nə ad vermək olar? Maraqlıdır ki, bu sahə ilə məşğul olan ziyalılarımız da susub dayanıblar. Tarixini bilməyən millətlərin aqibəti sizə məlum deyilmi? Bir fizik, riyaziyyatçı, geoloq və başqa sahənin adamları Qarabağ tarixindən söhbət düşəndə erməni aliminin əlində hazır yemə çevriləcəkdir. Hələ avropalı, amerikalıları demirik. Bunu düşünüb həyata keçirənlər nəyin fərqində olduqlarını anlamırlarmı? Düzü, bəzən düşünürsən ki, bu addımı atanlar üçün millətimizin taleyi rol oynamır. Onlar üçün əsas məsələ haradansa gələn göstərişi yerinə yetirmək və bununla bağlı ayrılan qrantları ələ keçirməkdir! Bu sahənin mütəxəssislərinə üz tuturuq ki, belə məsələdə aktiv olusunlar və münasibət bildirsinlər! Çünki bu məsələ Azərbaycan dövlətçiliyi üçün ən ciddi məsələlərdən biridir"-deyə tarixçi alım bilidirir.



Загрузка...
Həmçinin oxuyun:
“Bir dövlətin iki tarixi olmur”    EKSPERTdən sərt münasibət

“Bir dövlətin iki tarixi olmur” EKSPERTdən sərt münasibət

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil

"Dərslik kimi vacib bir işi uşaq-muşağın öhdəsinə buraxmaq olmaz" - Ermənişünas alim

"Dərslik kimi vacib bir işi uşaq-muşağın öhdəsinə buraxmaq olmaz" - Ermənişünas alim

Qalmaqallı dərsliyin müəllifi: Bəzi tarixi faktları çatdıra bilmirik

Qalmaqallı dərsliyin müəllifi: Bəzi tarixi faktları çatdıra bilmirik

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

II qrupa hazırlaşanlar  əlavə 12 kitab da oxuyacaqlar – Müəllif çətinlikləri sadaladı

II qrupa hazırlaşanlar əlavə 12 kitab da oxuyacaqlar – Müəllif çətinlikləri sadaladı

“I və IV qruplara Tarix fənninin salınması çox əla olardı” - Gənc müəllim

“I və IV qruplara Tarix fənninin salınması çox əla olardı” - Gənc müəllim

"Şagirdlərə texnologiya fənnindən daha çox tarix dərsi vacib sayılmalıdır" - Ekspert

"Şagirdlərə texnologiya fənnindən daha çox tarix dərsi vacib sayılmalıdır" - Ekspert

Tarixçi alimdən partiya sədrinin sözlərinə DƏSTƏK

Tarixçi alimdən partiya sədrinin sözlərinə DƏSTƏK

“Ortaq türk tarixi” “əlavə yük”dür yoxsa…

“Ortaq türk tarixi” “əlavə yük”dür yoxsa…

Qarabağ Dövlət Universiteti açmaq lazımdır – Kamran Əsədov

Qarabağ Dövlət Universiteti açmaq lazımdır – Kamran Əsədov

Azərbaycan tarixi yenidən yazılır

Azərbaycan tarixi yenidən yazılır

Düşmənin dilini öyrənmək  lazımdır:

Düşmənin dilini öyrənmək lazımdır:

Söhbət Azərbaycanda yeni dərsliyin tədris edilməsinə başlanılmasından deyil, “başlanıla bilər”dən gedir...”

Söhbət Azərbaycanda yeni dərsliyin tədris edilməsinə başlanılmasından deyil, “başlanıla bilər”dən gedir...”

"TƏHSİLİN KORLANMASI SANKİ FİNAL NÖQTƏSİNƏ ÇATIB"- CAN VERİR

"TƏHSİLİN KORLANMASI SANKİ FİNAL NÖQTƏSİNƏ ÇATIB"- CAN VERİR

Varşava Universitetinin tələbələrinə distant Azərbaycan tarixi dərsləri

Varşava Universitetinin tələbələrinə distant Azərbaycan tarixi dərsləri

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

"Dərsliklərdə tarixi yanlışlıqlar Ermənistanın xeyrinə işləyə bilər"- Partiya sədrindən sərt AÇIQLAMA

"Dərsliklərdə tarixi yanlışlıqlar Ermənistanın xeyrinə işləyə bilər"- Partiya sədrindən sərt AÇIQLAMA

I və IV qruplara Azərbaycan tarixi fənni salınacaq? – DİM-dən gözlənilən cavab

I və IV qruplara Azərbaycan tarixi fənni salınacaq? – DİM-dən gözlənilən cavab

Bu gün akademik Mehdi Mehdizadənin anım günüdür

Bu gün akademik Mehdi Mehdizadənin anım günüdür

Tarix İnstitutundan qalmaqallı dərsliklə bağlı sərt BƏYANAT: “İşdən kənarlaşdırılsınlar”

Tarix İnstitutundan qalmaqallı dərsliklə bağlı sərt BƏYANAT: “İşdən kənarlaşdırılsınlar”

Müasir tarixi romanlar yuxarı siniflərdə dərsdənkənar oxu ədəbiyyatı kimi...

Müasir tarixi romanlar yuxarı siniflərdə dərsdənkənar oxu ədəbiyyatı kimi...

Daha bir orta məktəb dərsliyində RƏZALƏT-  FOTOFAKT

Daha bir orta məktəb dərsliyində RƏZALƏT- FOTOFAKT

Məktəblilərimiz tarixi uğura imza atıblar

Məktəblilərimiz tarixi uğura imza atıblar