AzTehsil.com


Xəbərlər / Yazarlar / Ziyalılar
12 aprel 2020
1 725


Koronavirus kimlər üçün daha təhlükəlidir? - SİYAHI



 

Bu sualın bir cümlə ilə cavabı belədir: qeyri-sağlam həyat tərzi keçirənlər üçün.

Yəni:
-narkomanlar, "alkaşlar", ət, yağ, kolbasa, sosiska, ağ çörək və un məmulatları, şirin çay, tort, şokolad, kofe, fanta, qablaşdırılmış şirələrin düşkünləri üçün,

-uzlaşmayan qidaları (məsələn, meyvə ilə xörəkləri və tərəvəzi, ətlə çörəyi) qarışdıranlar üçün,

-süfrəsində meyvə və tərəvəz az işlənən ailələr üçün,

-çiy su əvəzinə çay, kofe, kakao, fanta, kola, qablaşdlrılmış şirin mayelər içən adamlar üçün,

-gec yatıb gec duranlar üçün,

-mobil telefonla, planşetlə, kompüterlə uzun müddət əylənənlər üçün,

-oturaq həyat tərzi keçirənlər üçün,

-plastik əməliyyat həvəskarları üçün,

-stimuliyatorlardan (döl əleyhinə, yuxu darmanı) müntəzəm istifadə edənlər və dərman narkomanları üçün,

-qəbizlikdən əzab çəkənlər üçün,

-bədənində çoxlu şlaq gəzdirən köklər üçün.

Bu qruplara daxil olan adamların mədə-bağırsaq traktı, bir qayda olaraq, pis işləyir, həzmolma pis gedir, orqanizmin müdafiə xətti (immun sistemi) zəif olur. Virus daşıyıcısı olan mikroblar onların qanına çox asanlıqla daxil ola bilir.

Əziz həmvətənlərim, müdriklərin bir gözəl kəlamını bir daha yadınıza salıram: "İnsan özünə ya həkimdir, ya qənim". Çalışın özünüzə qənim olmayın, həkim olun. Hər kəs özünün həkimi olmasa, inanın mənə, ona bütün dünya səhiyyə sistemi və güclü vaksina kömək edə bilməz.

Ya Rəbbim, sən bu millətə dərin zəka və möhkəm iradə bəxş elə! Allahım, öz harınlığını avam insanlaın bədbəxtliyi üzərində quran bədxahları zəlil elə!
Ərşad Əzimzadə,
"Ana Təbiət" NGM-nin rəhbəri, yazıçı-jurnalist



Загрузка...