AzTehsil.com


Xəbərlər / Müəllim
10 aprel 2020
18 095


Deputat məsələ qaldırdı: “Müəllimlərin minimum maaşı 1000 manat olsun, Elmlər Akademiyası özəlləşdirilsin”



 

"Məktəb müəllimlərinin minimal əməkhaqqı 1000 manat olmalı və inflyasiyaya qarşı indeksləşdirilməlidir”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev bu təkliflə çıxış edib.

O bildirib ki, gənc ailələr üçün böyük maddi və psixoloji problemlər yaradan repetitorluğa son qoymaq üçün ali məktəblərə qəbul orta məktəblərin buraxılış imtahanlarının nəticəsinə uyğun olaraq həyata keçirilməlidir:

"Orta məktəblərdə birnövbəli təhsili təmin etmək üçün özəl orta məktəblərin sayı artırılmalıdır. Bunun üçün özəl orta məktəblərin tikintisi torpaq sahələrinin ayrılması, ucuz kreditlər və vergi güzəştləri yolu ilə stimullaşdırılmalıdır”.  

Millət vəkilinin fikrincə, ali təhsil müəssisələrinin əksəriyyəti və Azərbaycan Milli Elmlər Akademiyası özəlləşdirilməlidir:

"Elmlər Akademiyası özəl universitetə çevrilməlidir. Bütün inkişaf etmiş ölkələrdə əsas elmi araşdırmalar universitetlərdə aparılır. Mülkiyyət növündən asılı olmayaraq, bütün universitetlərin rektorları həmin ali təhsil müəssisələrinin elmi şuraları tərəfindən gizli səsvermə yolu ilə seçilməlidir. Universitetlərin fəaliyyəti üçün tələbə yataqxanalarının olması əsas şərt kimi qoyulmalı, tələbələrə təhsil kreditləri verilməlidir.

Universitetlər üçün yüksək ixtisaslı müəllimlər hazırlamaq məqsədilə hər il 1000 nəfər dövlət hesabına, eyni sayda şəxs isə universitetlərin öz hesabına dünyanın nüfuzlu universitetlərinə göndərilməlidir. Bu cür ciddi qərarlar qəbul etməklə, elmə və təhsilə ayrılan xərcləri ilkin mərhələdə ən azı iki dəfə artırmaqla, bu sahədə əhəmiyyətli uğurlar qazana bilərik”, – deyə Q.Həsənquliyev əlavə edib.



Загрузка...
Həmçinin oxuyun:
“Özəl məktəbdə oxuyan hər şagirdin müəllim və valideyninin hesabına 1000 manat köçürülməlidir, çünki...” – Təklif

“Özəl məktəbdə oxuyan hər şagirdin müəllim və valideyninin hesabına 1000 manat köçürülməlidir, çünki...” – Təklif

“Müəllimlərin maaşı qaldırılmalıdır!” - TƏKLİF

“Müəllimlərin maaşı qaldırılmalıdır!” - TƏKLİF

Prezident İlham Əliyev tələbə təqaüdlərini artırdı

Prezident İlham Əliyev tələbə təqaüdlərini artırdı

"Təhsil və elm xərcləri olduqca aşağıdır"

"Təhsil və elm xərcləri olduqca aşağıdır"

“Tələbələrin təqaüdləri artırılmalıdır” - Deputat Milli Məclisə təkliflər verdi

“Tələbələrin təqaüdləri artırılmalıdır” - Deputat Milli Məclisə təkliflər verdi

“Azərbaycan ali təhsillilərin sayına görə region dövlətlərindən xeyli geri qalır”

“Azərbaycan ali təhsillilərin sayına görə region dövlətlərindən xeyli geri qalır”

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

“Təhsillə elmi birləşdirmək lazımdır” - Deputatlar AMEA institutlarının ləğvini istədilər

“Təhsillə elmi birləşdirmək lazımdır” - Deputatlar AMEA institutlarının ləğvini istədilər

Təqaüdlər bu gündən etibarən artırılıb

Təqaüdlər bu gündən etibarən artırılıb

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

Abituriyentlərin seçmədiyi universitetlər – SİYAHI

Abituriyentlərin seçmədiyi universitetlər – SİYAHI

"Biz yalnız insanları elm və təhsilə həvəsləndirə biləcək təklif və addımlara görə fəxr edə bilərik”

"Biz yalnız insanları elm və təhsilə həvəsləndirə biləcək təklif və addımlara görə fəxr edə bilərik”

Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi

Xaricdə təhsil üzrə dövlət proqramı bərpa oluna bilər

Xaricdə təhsil üzrə dövlət proqramı bərpa oluna bilər

Tələbə olmaq istəyənrə şad xəbər

Tələbə olmaq istəyənrə şad xəbər

Şagirdlərin çoxu fiziki cəhətdən zəifdirlər - Qüdrət Həsənquliyev

Şagirdlərin çoxu fiziki cəhətdən zəifdirlər - Qüdrət Həsənquliyev

Təqaüdlərin əsaslı şəkildə artırılması tələbələrin motivasiyasını gücləndirəcək

Təqaüdlərin əsaslı şəkildə artırılması tələbələrin motivasiyasını gücləndirəcək

Tarif Şurası universitetlərə gedən yolu bağladı

Tarif Şurası universitetlərə gedən yolu bağladı

Özəl ali məktəblər boş qaldı

Özəl ali məktəblər boş qaldı

Bu institutun elmi nəticələri ali məktəblərin tədris proqramlarında tətbiq olunub

Bu institutun elmi nəticələri ali məktəblərin tədris proqramlarında tətbiq olunub

Qəbul imtahanlarındakı ödəniş ləğv edilə bilər - AÇIQLAMA

Qəbul imtahanlarındakı ödəniş ləğv edilə bilər - AÇIQLAMA

Ali məktəblər publik hüquqi şəxs statusunda...

Ali məktəblər publik hüquqi şəxs statusunda...

"İndi ali təhsil kasıb ailələr üçün də əlçatan olacaq"

"İndi ali təhsil kasıb ailələr üçün də əlçatan olacaq"

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq