AzTehsil.com


Xəbərlər / Valideyn
05 mart 2020
2 084


6 Mart- İlk Uşaq Bağçası Günü



 

6 mart tarixdə ilk uşaq bağçasının yarandığı gündür.

 İlk uşaq bağçası  körpələr üçün məktəb adlanaraq 1802-ci il Şotlandiyada,   Nyu-Lanapkedə yaranıb. Daha sonra  6 mart 1837-ci ildə Almaniyada Fridrix Frebel tərəfindən məktəbəqədər müəssisə təsis olunub və ona "kindergarten" adı verilib. Elə  bu tarix  ilk uşaq bağçasının yarandığı gün kimi təqvimə düşüb.

1856-cı ildə alman təlim-tərbiyə metodu ilə Amerika Birləşmiş Ştatlarının Vatertoun şəhərində uşaq bağçası  açılıb.  ABŞ-da ilk ingilisdilli uşaq bağçası isə 1960-cı ildə Boston şəhərində fəaliyyətə başlayıb.

İlk uşaq bağçası Rusiyada 1860-cı illərdə açılıb.

 Azərbaycanda 1907-ci ildə ilk dəfə olaraq Bayıl qəsəbəsində "Dəcəllər məktəbi” adlanan uşaq bağçası təşkil olunub. 1916-cı ildə Bakıda Qadın gimnaziyası yanında uşaq bağçası təsis edilib. 1920-ci ilin ortalarına kimi Bakıda və onun sənaye rayonlarında 35, Gəncə qəzasında 8, Nuxa qəzasında 6, Şuşada 5, Qubada 1, Qazaxda və Göyçayda 3, Lənkəranda 2 və Şamaxıda 1 uşaq bağçası açılıb.

 Sonrakı illərdə də çoxsaylı bağçalar yaranıb və onların fəaliyyəti ölkənin müvafiq qanunları ilə tənzimlənib. 

 Qədəm qoyduğumuz  2020-ci ildə ilk uşaq bağçalarının yaranmasından 183 il keçir. Bu gün iri şəhərlər daxil olmaqla, Azərbaycanın bir çox rayonlarında körpələr evi-uşaq bağçaları  müasir təlim metodlarına uyğun olaraq yüksək səviyyədə fəaliyyət göstərir. Son illərdə demək olar ki, bütün uşaq müəssisələri müasir standartlara cavab verən üslubda  yenidən təmir olunub, bir çoxları üçün yeni binalar tikilib, müasir avadanlıq və mebellərlə təmin edilib.

Müasir təhsilin bünövrəsi və ilkin pilləsi sayılan  uşaq bağçaları məktəbəqədər yaşda olan uşaqların tərbiyəsi və təhsilə hazırlanması ilə məşğul olan, eyni zamanda, azyaşlıların   əyləncə və istirahət müəssisəsidir. Uşaqların düzgün istiqamətdə inkişafının, gündəlik rejimlərinin formalaşma təməli də burada qoyulur.  
6 mart  uşaq bağçası günü münasibətilə bütün məktəbəqədər təhsil müəssisələrinin kollektivlərini təbrik edirik. 
muallim.edu.az 



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda uşaq bağçası uçdu

Azərbaycanda uşaq bağçası uçdu

Tərtərdə məktəb və uşaq bağçası qəzalı vəziyyətə düşüb - FOTO

Tərtərdə məktəb və uşaq bağçası qəzalı vəziyyətə düşüb - FOTO

Birinci vitse-prezident uşaq bağçası və təhsil müəssisələrindəki şəraitlə tanış olub

Birinci vitse-prezident uşaq bağçası və təhsil müəssisələrindəki şəraitlə tanış olub

Körpələr evi və uşaq bağçalarına qəbul qaydası AÇIQLANDI

Körpələr evi və uşaq bağçalarına qəbul qaydası AÇIQLANDI

Lənkəranda uşaq bağçası yanıb

Lənkəranda uşaq bağçası yanıb

Azərbaycanda uşaq bağçalarına qəbulda tətbiq olunacaq güzəştlər məlum olub

Azərbaycanda uşaq bağçalarına qəbulda tətbiq olunacaq güzəştlər məlum olub

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

"Müstəqillikdən sonra təhsil sahəsində də boşluqlar yarandı"

"Müstəqillikdən sonra təhsil sahəsində də boşluqlar yarandı"

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

Abşeron rayonunda məktəbəqədər müəssisələrində cari təmir işləri yekunlaşır

Abşeron rayonunda məktəbəqədər müəssisələrində cari təmir işləri yekunlaşır

Uşaq bağçaları ilə bağlı yenilik

Uşaq bağçaları ilə bağlı yenilik

Ölkədə təhsildən yayınan və yenidən təhsilə cəlb edilən uşaqların SAYI açıqlandı

Ölkədə təhsildən yayınan və yenidən təhsilə cəlb edilən uşaqların SAYI açıqlandı

Mingəçevirdə uşaq bağçasında yanğın olub

Mingəçevirdə uşaq bağçasında yanğın olub

Bağçadan  bütün  oyuncaqlar  yığışdırıldı – Müdirə səbəbi bu cür açıqladı

Bağçadan bütün oyuncaqlar yığışdırıldı – Müdirə səbəbi bu cür açıqladı

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

Uşaq bağçaları necə olmalıdır? - Dünya ölkələri ilə müqayisəli təhlil

Uşaq bağçaları necə olmalıdır? - Dünya ölkələri ilə müqayisəli təhlil

Özəl bağçalarda ödənişin məbləği orta gəlirli ailələr üçün yüksəkdir

Özəl bağçalarda ödənişin məbləği orta gəlirli ailələr üçün yüksəkdir

Uşaq evlərinə məktəbəqədər yaşlı uşaqların təhsilini təşkil etmək hüququ verilib

Uşaq evlərinə məktəbəqədər yaşlı uşaqların təhsilini təşkil etmək hüququ verilib

Pul verməyən uşaqlar üçün "Kasıblar qrupu" yaradıldı - Bakıda bağçada görünməmiş qanunsuzluq

Pul verməyən uşaqlar üçün "Kasıblar qrupu" yaradıldı - Bakıda bağçada görünməmiş qanunsuzluq

Baş Nazir bağçalarla bağlı qərar verdi - Artıq uşaq götürülməyəcək

Baş Nazir bağçalarla bağlı qərar verdi - Artıq uşaq götürülməyəcək

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin  tipləri və növləri

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin tipləri və növləri

" Valideynlərin özləri övladlarına evdən ərzaq qoymasa, o zaman uşaqlar keyfiyyətsiz qida ilə qidalanmalı olacaqlar"

" Valideynlərin özləri övladlarına evdən ərzaq qoymasa, o zaman uşaqlar keyfiyyətsiz qida ilə qidalanmalı olacaqlar"

Uşaq evlərindəki kimsəsiz uşaqların sayı -RƏSMİ RƏQƏM AÇIQLANDI

Uşaq evlərindəki kimsəsiz uşaqların sayı -RƏSMİ RƏQƏM AÇIQLANDI

Bakıda  azyaşlını döyən müəllim işdən çıxarılıb

Bakıda azyaşlını döyən müəllim işdən çıxarılıb