AzTehsil.com

Xəbərlər
03 fevral 2020
1 446

Təhsil Nazirliyi ilə Niderlandın “Elsevier” korporasiyası arasında Niyyət Protokolu imzalanıb

Fevralın 3-də Təhsil Nazirliyi ilə dünyanın aparıcı elmi-analitika şirkəti olan Niderlandın "Elsevier” korporasiyası arasında Niyyət Protokolu imzalanıb.

Bildirilib ki, Niyyət Protokolunun imzalanmasında əsas məqsəd Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq elmi məlumat bazalarına çıxışının genişləndirilməsi, beynəlxalq elmi nəşrlərin sayının artırılması, nəşr olunan elmi məqalə və jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılmasıdır. Nəticə olaraq isə yerli təhsil müəssisələrinin nüfuzlu qurumlara məxsus beynəlxalq reytinq siyahılarında ("QS World University Rankings”, "The Financial Times”, "Shanghai Ranking” və s.) irəliləməsinə nail olmaqdır.

Qeyd edək ki, dünyanın 180-dən çox ölkəsinə xidmət göstərən "Elsevier” korporasiyası elmi, texniki və tibbi məzmunda ixtisaslaşmış nəşriyyat və analitika şirkətidir. Arxivində 16 milyondan çox sənəd və 30 000 elektron kitab olan, hər il 2500 jurnalda 470 mindən çox məqalənin dərc edildiyi korporasiyanın məhsulları üzrə illik yükləmələrin sayı 1 milyarddan çoxdur.     

Son illərdə elmi tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin artım dinamikasına görə, Azərbaycan Cənubi Qafqaz regionu ölkələri arasında birinci yerdə qərarlaşıb. "Elsevier” korporasiyası ilə əməkdaşlıq çərçivəsində ölkəmizin elmi arenada yerinin daha da möhkəmləndirilməsi nəzərdə tutulur.
edu.gov.az 

Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyində niyyət protokolu imzalanıb

Azərbaycan Cənubi Qafqazda liderdir

Azərbaycan Cənubi Qafqazda liderdir

Azərbaycan təhsili və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri yüksəkixtisaslı kadrlar hazırlanmasıdır

Təhsil Nazirliyində mətbuat konfransı

Təhsil Nazirliyində mətbuat konfransı

Misir Mərdanov AMEA-nın elmi jurnalları ilə bağlı təəccübləndirici statistikanı açıqladı

Qərb Universitetində beynəlxalq elmi konfrans keçiriləcək

Azərbaycan Universiteti ilə Rusiyanın elmi istinad bazası arasında müqavilə imzalanıb

UNEC-də tətbiq olunan əməkhaqqı sistemi professor-müəllim heyəti arasında elmi rəqabəti gücləndirib

Nazir müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Elm, Texnologiya və Təhsil nazirlikləri rəhbərlərinin V iclasında iştirak edib

Ali təhsil müəssisələri ilə bağlı tələblər müəyyənləşdi - QƏRAR

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qeydiyyat davam edir

Lənkəran Dövlət Universiteti Türkiyə Cumhuriyyətinin universitetləri ilə ikitərəfli əlaqələrini genişləndirir

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qeydiyyat müddəti uzadılıb

Bu institutun elmi nəticələri ali məktəblərin tədris proqramlarında tətbiq olunub

“Sabahın alimləri” IX Respublika müsabiqəsi keçiriləcək

“Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

ADPU-da Thomson Reuters təşkilatının elmi bazasından istifadə qaydaları ilə bağlı təlim keçirilib

ADU Xarici Dillər Universitetlərinin Qlobal Alyansına üzv seçildi

Beynəlxalq ikili diplom proqramları ilə bağlı qaydalar təsdiqlənib

Gələcək elm- Bacaracağıqmı?

Gələcək elm- Bacaracağıqmı?

Nəsimiyə həsr olunan beynəlxalq konfransa məqalə qəbulu davam edir

AzMİU dünyanın ən yaxşı universitetləri siyahısına düşüb

Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclası keçirilib