RƏHBƏRLIK IŞINDƏ FƏRDI XÜSUSIYYƏTLƏRIN NƏZƏRƏ ALINMASI
Pedaqoji kollektivə düzgün rəhbərlikdə onun hər bir üzvünün, hətta şagird kollektivləri üzvlərinin fərdi
xüsusiyyətlərini bilib nəzərə almaq çox mühüm əhəmiyyətə malikdir. Bunsuz nə müəllimlər, nə də şagirdlərə
obyektiv və konkret istiqamət vermək olar.Müəllimin fərdi xüsusiyyəti ən çox iş prosesində üzə çıxır. Əgər müəllim yaradıcıdırsa, ehkamçılıqdan,şablonçuluqdan uzaqdırsa, bu xüsusiyyətinə görə onunla işləmək çox asandır. Hətta çox maraqlıdır. Çünki belə müəllimləri yaşadan bir amal varsa, o da işləmək, işləmək, özü də yaxşı, səmərəli işləməkdir! Əgər məktəb rəhbərlərinin özləri yaradıcıdırlarsa, bu cür müəllimlərlə çox mehriban və səmərəli əməkdaşlıq edə bilərlər. Əks təqdirdə pedaqoji kollektivdə yaradıcı mühiti təmin etmək çətin məsələdir.Nəzərə almaq lazımdır ki, bir nəfərin nümunəsi daha dəqiq desək, bir yaradıcı müəllimin təsiri ilə bütöv bir pedaqoji kollektivdə işgüzarlıq dönüĢü yaratmaq olar. Belə dönüşü şagird kollektivində də yaratmaq mümkündür. Bu, məktəb rəhbərlərindən psixologiya elminin sirlərinə dərindən yiyələnməklə bərabər, pedaqoji ustalığa malik olmağı da tələb edir.
Formalizm və pedaqoji iş. Hazırda pedaqoji işdə, insan xarakterində formalizmlə mübarizə günün ən aktual
məsələlrindən birinə çevrilib. Formalizm formal münasibətlər məcmusu olub, ehkamçılıqla, cansıxıcı
rəsmiyyətçiliklə əkiz qardaşdır. Formalizm əsl doqmatizmdir, bürokratçılıqdır, şablonçuluqdur, sadə desək, quruluqdur.O, formanı, zahiri cəhətləri əsas götürüb məzmuna əhəmiyyət verməməkdir. Ən nəhayət, formalizm mənəvi xəstəlikdir. Formalizm insanlara, ümumi işə ağır zərər vurur, inkişafa və tərəqqiyə, keyfiyyətə və səmərəliliyə qənim kəsilir. Ona görə də, böyük qəlbə, geniş dünyagörüşünə, dərin biliyə və yaradıcı təfəkkürə malik olanlar, formalizm həmişə ən təhlükəli xəstəlik hesab etmiş, cəmiyyəti daim bu bəladan qorumağa çalışmışlar.Formalizm pedaqoji işdə kök salanda, təbii ki, şagirdlərə də sirayət edir, onun qarşısı vaxtında alınmadıqda artıb yayılaraq geniş ictimai bəlaya çevrilir.
Bəs necə olur ki, ümumən pedaqoji işdə formalizmə yol verilir? Bu sualın cavabı çox sadədir. Pedaqoji
işdə formalizm ən çox ondan irəli gəlir ki, müəllimlərin bəziləri nə qədər çalışsalar da təlim-tərbiyə prosesini
düzgün qura bilmirlər. Bir qismi bu sahədə baş çıxarsa da ona məsuliyyət hissi ilə yanaşmır. Elə müəllimlərə də rast gəlirik ki, pedaqoji işi müasir tələblər səviyyəsində qurmağa səy göstərməmələri bir yana, hətta az-çox çalışmaq istəyənləri də öz təsirləri altına alır, ruhdan salırlar. Bizcə, bütün bu halların baş verməsində iki amil daha təsirli rol oynayır. Bunlardan, birincisi, həmin müəllimlərin öz ixtisaslarını ürəkdən sevə bilməmələri, ikincisi isə onların özlərində də uşaq yaşlarından formalizmin yaranıb inkişaf etməsidir.
Pedaqoji sahədə formalizmlə mübarizə üç istiqamətdə, özü də paralel və ardıcıl surətdə aparılsa, daha
səmərəli olar. İstiqamətlərdən birincisi şagirdlərin təbiətindəki formalizmlə mübarizə, ikincisi müəllimlərin xarakter və fəaliyyətində rast gəlinən formalizmlə mübarizə, üçüncüsü isə pedaqoji rəhbərlik işindəki formalizmlə mübarizədir.Pedaqoji işdə şagirdlərlə nümunə vasitəsilə təsir göstərmək üçün geniş imkanlar vardır. Bu baxımdan dərslərin yaratdığı imkan xüsusi qeyd edilməlidir. Məsələn, fizika və riyaziyyat elmləri sahəsindəki qanunlarınkəşfi, təbiətdəki, tarixdəki bir sıra dəyişmələr və hadisələr, bədii əbədiyyatdakı yeni insan obrazları, müasir həyatımızdakı böyük irəlilyişlər mühafizəkarformalizmin puçluğuna tutarlı sübutlardır. Müəllimlər yeri gəldikcə dərs prosesində belə canlı faktların mahiyyətini açmaqla şagirdlərdə formalizmə nifrət oyada bilərlər. Bunun üçün onlar hərtərəfli biliyə, yaradıcı fəaliyyətə malik olmaq nümunəsi göstərməlidir. Belə nümunənin rolu müəllim-şagird münasibətlərində və qarşıya çıxan problemlərin həllində də nəzərə alınmalıdır. Bu vaxt şagirdlər müəllimlərdən səmimilik, prinsipiallıq, təmkinlilik, ağıllı təkliflərlə hesablaşmaq kimi gözəl keyfiyyətləri görüb-götürməlidirlər.
Məktəbdə keçirilən bir sıra tədbirlər də formalizmə qarşı mübarizədə mühüm əhəmiyyətə malikdir. Bunlardan viktorinaları, diskussiyaları və s. göstərmək olar. Belə tədbirlər nəyin yaxşı, nəyin pis olduğunu üzə çıxarmaqda, görməkdə və qiymətləndirməkdə şagirdlərə elə gözəl şərait yaradır ki, onu heç nə ilə əvəz etmək olmaz.Bəs formalizm müəllimlərin xarakterində necə özünü göstərir? Belə müəllimlər, adətən, tənqidi sevmir,özlərini yoldaşlarından yüksək tutur, dediklərini zorla qəbul etdirməyə çalışırlar. Bunun üçün onlar çoxlu«əsaslar» da gətirə bilirlər. Yaddaşlarının «möhkəmliyinə» məlumatlarının «dərinliyinə», istinad edirlər.
Müəllimlərin xarakterində kök salmış formalizm onların fəaliyyətinə də güclü təsir göstərir. Belə ki, onlar
öz fəaliyyətlərində məzmuna yox, zahiri cəhətlərə, formaya daha çox üstünlük verirlər. ġagirdlərə biliyi tam və mükəmməl çatdırmır, dərsin hər dəqiqəsindən səmərəli istifadə etmir, işi başdansovdu görürlər və s.
Ümumiyyətlə, müəllimlərin fəaliyyətində formalizm özünü ən çox təlim əməyinin düzgün qurulma-masında,tərbiyə işinin səmərəli təşkil olunmasında, dərsə verilən müasir tələblərə əməl edilməməsində, ən nəhayət,şagirdlərin əməyinin nəticələrinin, o cümlədən biliyinin qiymətləndirilmə-sinə obyektiv yanaşılmasında göstərir.