Sinif rəhbəri
23 may 2016
5 680


Sinif valideyin iclaslarını necə təşkil etməli ?..

Sinif valideyin iclaslarını necə təşkil etməli ?..Siinf valideyin iclaslarının təşkili Sinif valideyin iclaslarını təşkil edərkən sinif rəhbərləri valideyinləri sinifin  təlim-tərbiyə prosesində əldə etdiyi uğurlarla,ayrı-ayrı fənlər üzrə aparılmış ümumi analizlərlə tanış edir və valideyinlərə xəbərdarlıq edir ki,hər bir şagir haqqında məlumatları ayrı-ayrılıqda əldə edə bilərlər.Praktikadan göründüyü kimi ,valideyinlərin (xüsusiylədə zəif oxuyan şagirdlərin valideyinləri) sinif valideyin iclaslarında iştirak etmir və ya zəif iştirak edir. Bunun əsas səbəbi sinif rəhbərlərinin sinif valideyin iclaslarında qeyri-peşəkar davranışları , valideyinlər qarşısında zəif nəticə göstərən valideyinləri aşağılayırlar ("sənin uşağın oxumur”, "tərbiyəsiszdir” "problemyaradır” və s),nəticə isə göz qabağındadır.Bütün həmkarlarımı dəvət edirəm-bir anlıq özümüzü o valideyinlərin yerinə təsəvvür edək.Sinifdən-sinifə keçdikcə sinif valideyin iclaslarında iştirak edən valideyinlərin sayı azalır.I-IV siniflərdə keçirilən sinif valideyin iclaslarında iştirak edən valideyinlərlə V-VII,VIII-IX,X-XI siniflərdə olan valideyin iclaslarında iştirak edən valideyinlərn say nisbətini müqayisə etsək deyilənlərin öz təsdiqini tapdığını görəcəyik.
Odur ki, sinif rəhbəri iclasın əvvəlində öz övladları ilə fərdi maraqlanan valideyinlərə iclasın sonunda şəxsən,təklikdə yanaşmasını xahiş etməlidir. Bir şagirdin nəticələrini digər şagirdin valideyinlərinin yanında müzakirə etməməlidir.Bu pedaqoji cəhətdən yol verilməzdir. Yalnız   müxtəlif yarışmalarda və müsabiqədə fərqlənən şagirlərin adı çəkilə bilər ki, bu da rəğbətləndirmə məqsədi güdməlidir. Bir şagirdi qaldırmaq ,digərlərini aşağılamaq yox.
Sinif rəhbəri fərdi qəbul etdiyi valideyinlərlə müzakirənin qısa və mənalı olması üçün vacibdir ki , qeydiyyat dəfərini açıb həmin şagirdlə bağlı apardığı qeydlərlə , fənn müəllimləri ilə söhbət zamanı apardığı qeydlərlə valideyni tanış etsin.
Sinif rəhbəri unutmamalıdır ki ,valideyinlərlə ünsiyyət zamanı onun əsas vəzifələrindən biri onlara pedaqoji-psixoloji komponentləri aşılamaqdır.Sinif rəhbəri ilə danışan valideyin məktəbi təmsil edən , yüksək savadlı və yüksək səviyyəli ziyalı və pedaqoqla  danışdığını , işini sevən ,bütün çətinliklərinə baxmayaraq sənəti ilə fəxr edən bir MÜƏLLİMİN olduğunu hiss etməlidir. Valideyn kim olmasından,soaial vəziyyətinin necə olmasından asılı olmayaraq o valideyindir,övladının təlim-tərbiyəsini bizlərə əmanət edən vətəndaşdır.
Sinif valideyin iclasları zamanı sinif rəhbəri ciddiliyi, səmimiyyəti,gülərüzlülüyü,hər bir valideyinə eyni münasibəti ilə valideyinlərin diqqətini cəlb etməlidir.Valideyinlər arasında təşkilatçılıq qabiliyyətiolanları seçməyi bacarmalı, təşkilati məsələərdə həmin valideyinlərin bacarığından istifadə etməyi bacarmalıdır.Burda yenə bütün iş sinif rəhbərinin profesionllığından asılıdır.
Sinif rəhbəri ünsiyyətdə olduğu hər bir valideyinlə münasibət qurarkən dövlət məmuru olmasını, işldiyi məktəbi təmsil etdiyini , peşə şərəfinin hər şeydən uca olmasını unutmamalıdır. Valideyinlərlə fərdi söhbət zamanı sinif rəhbəri ,münaqişələrdən yan keçməyi , valideyni məktəbə qarrşı münasibətdə düzgün münasibət qurmağa istiqamətləndirməyi bacarmalıdır. Təəsüf ediləsi hallardan biri də valideyinlərimizin bir qrupu həyatda rastlaşdıqları sosial problemlərin səbəblərini məktəbdə "görür”(baxmayaraq heç bir məntiqə sıxmır belə münasibət ) və aqresiayını məktəbə ,müəllimə qarşı yönəldir.Məhz belə valideyinlərlə ilk işi sinif rəhbəri qurur.Belə vəziyyətdə sinif rəhbərinin psixoloji-pedaqoji təcrübəsi ilə yanaşı yüksək ünsiyyət və nitq bacarığının olması onun peşəkarlığının əsasını təşkil edir.
Sinif valideyin iclasınının sonunda   növbəti valideyin iclasının mövzusu elan edilir .valideyinlərlə razılaşdırılır.Valideyinlərin təklifləri nəzərə alınır.
Sinif rəhbəri sinif valideyin iclasının pratakolunun bir nüsxəsini və iclas haqqında şifahi ( yazılı da ola bilər rəhbərliyin tələbindən asılıdır) olaraq məktəb rəhbərliyinə (Təşkilat üzrə direktor müavininə) məlumat verməlidir.
SİNİF RƏHBƏRİNİN SORĞU KİTABIndan...
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Sinif rəhbərləri oxuyun ! Sinif valideyin iclaslarının sənədləşdirilməsi

Sinif rəhbərləri oxuyun ! Sinif valideyin iclaslarının sənədləşdirilməsi

Sual .. Valideyin iclaslarına niyə yalnız analar,nənələr gəlir ?

Sual .. Valideyin iclaslarına niyə yalnız analar,nənələr gəlir ?

Sinif rəhbərləri  oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

Sinif rəhbərləri oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri

Sinif rəhbəri ilə şagirdlərin əməkdaşlığının prinsipləri

Sinif jurnalının yazılması və sinif jurnalına  nəzarət qaydaları

Sinif jurnalının yazılması və sinif jurnalına nəzarət qaydaları

Sinif rəhbərləri oxuyun ! Şagird şəxsiyyətinin öyrənilməsi qaydaları

Sinif rəhbərləri oxuyun ! Şagird şəxsiyyətinin öyrənilməsi qaydaları

Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Məktublar -  Sinif rəhbərinin şagirdlərlə iş prinsiplərindən bir kimi

Məktublar - Sinif rəhbərinin şagirdlərlə iş prinsiplərindən bir kimi

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Məktəbdə sinif rəhbərlərinin reytinq cədvəlini  necə qurmalı ?..

Məktəbdə sinif rəhbərlərinin reytinq cədvəlini necə qurmalı ?..

Məktəb rəhbərləri ! Sinif rəhbərinin reytinq cədvəlini necə hazırlamalı ?

Məktəb rəhbərləri ! Sinif rəhbərinin reytinq cədvəlini necə hazırlamalı ?

Valideyinlərlə əlaqələrin qurulması  və  möhkəmlənməsinə rəhbərlik

Valideyinlərlə əlaqələrin qurulması və möhkəmlənməsinə rəhbərlik

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbərləri üçün anket sorğusu - “Sən və sənin sinifin”

Sinif rəhbərləri üçün anket sorğusu - “Sən və sənin sinifin”

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Sinif rəhbərləri ..Oxuyun !    Sinifin xarakteristikası..

Sinif rəhbərləri ..Oxuyun ! Sinifin xarakteristikası..

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Metodbirləşmələr

Metodbirləşmələr

Məktəbdə dərnək rəhbərinin əmək funksiyası

Məktəbdə dərnək rəhbərinin əmək funksiyası

Məktəbi idarəetmə sisteminin strukturunda dörd səviyyəli idarəetmə hansılardır ?

Məktəbi idarəetmə sisteminin strukturunda dörd səviyyəli idarəetmə hansılardır ?