AzTehsil.com


Xəbərlər / Müəllim
25 noyabr 2019
2 571


Kimya-biologiya təmayüllü Respublika liseyinin yaradılmasının 50 illik yubileyi qeyd edilib



Kimya-biologiya təmayüllü Respublika liseyinin yaradılmasının 50 illik yubileyi qeyd edilib

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Kimya-biologiya təmayüllü Respublika liseyinin yaradılmasının 50 illik yubileyi qeyd olunub.

Tədbir Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında dövlət himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra liseyin 50 illik tarixini və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Təhsil Nazirliyinin aparat rəhbəri Muxtar Məmmədov yubiley münasibətilə məktəbin kollektivini təbrik edərək ölkəmizdə elm və təhsilə göstərilən diqqət və qayğıdan söhbət açıb. O, Prezident İlham Əliyevin təhsil sahəsində imzaladığı sərəncamlarla Azərbaycan təhsilində həyata keçirilən islahatlar nəticəsində yüksək nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb.

Bildirilib ki, Azərbaycanın təhsil müəssisələri arasında özünəməxsus yer tutan liseyin özəlliyi onun internat tipli olmasındadır. Liseydə yüksək təhsillə yanaşı, şagirdlərin milli dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm verilir. Bu da onların gələcəkdə ölkəmizin hüdudlarından kənarda Azərbaycan elmini layiqincə təmsil etmələrinə şərait yaradacaq.

Tədbirdə liseyin direktoru Kamran Rəhimov rəhbərlik etdiyi təhsil müəssisəsinin yaranma tarixindən və fəaliyyətindən söz açıb. Qeyd olunub ki, 1969-cu ilin iyul ayında ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ilə ölkəmizin inkişafında yeni bir tarixi mərhələ açıldı. Bu dövrdə təhsil sahəsində də böyük uğurlara imza atıldı. Kimya-biologiya təmayüllü Respublika liseyi də həmin ildə açıldı. Ölkəmizin aparıcı təhsil müəssisələrindən biri kimi fəaliyyətə başlayan məktəb tezliklə uğurlar əldə edə bildi. Sonrakı dövrlərdə də imicini qoruyub saxlamağa müvəffəq oldu.

K.Rəhimov qeyd edib ki, respublikanın hər yerindən istedadlı şagirdlərin təhsil almaları üçün liseyin Şirvan və Şəkidə filialları açılıb. Kimya-biologiya təmayüllü Respublika Liseyinin tədris korpusu əsaslı təmir olunaraq, burada müasir laboratoriyalar yaradılıb. Liseyin yataqxana binası isə təmirdən sonra şagirdlərin ixtiyarına verilib. Burada şagirdlərə daha yaxşı biliklər verilməsi üçün əlverişli şərait yaradılıb.

Lisey şagirdlərinin respublika fənn olimpiadalarında və ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticələr əldə etdiyini vurğulayan direktor savadlı kadrlar yetişdirərək gələcəkdə daha böyük uğurlara imza atacaqlarına əminliyini bildirib.

Sonra liseyin təhsil həyatında xidməti olan əməkdaşları mükafatlandırılıb.

Tədbirdə Milli Məclisin deputatı Azər Badamov, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev və başqaları məzunu olduqları liseyin ümumtəhsil məktəbləri arasında sayılıb-seçilən təhsil ocaqlarından biri olduğunu vurğulayıblar.

Qeyd edilib ki, liseyin məzunları təkcə respublika daxilində deyil, ölkə hüdudlarından kənarda da uğurlara imza atıblar. Respublika iqtisadiyyatının hər bir sahəsində, dövlət idarəetmə strukturlarında çalışan bu şəxslər ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında əməklərini sərf ediblər.

Yubiley tədbiri bədii hissə ilə sona çatıb.

 

AZƏRTAC




Загрузка...
Həmçinin oxuyun:
51-ci Beynəlxalq Kimya Olimpiadasından iki medal

51-ci Beynəlxalq Kimya Olimpiadasından iki medal

Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyi

Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyi

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi keçirilib

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi keçirilib

Prezidentin fəxri ad verdiyi müəllim işdən çıxarıldı - FOTOLAR

Prezidentin fəxri ad verdiyi müəllim işdən çıxarıldı - FOTOLAR

Dünya ilə yarışan məktəblilərimiz

Dünya ilə yarışan məktəblilərimiz

Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...

Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...

Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir

Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir

“Azərbaycan məktəbi” jurnalının 95 illik yubiley tədbiri

“Azərbaycan məktəbi” jurnalının 95 illik yubiley tədbiri

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü

Azərbaycanlı şagirdlərdən növbəti uğur

Azərbaycanlı şagirdlərdən növbəti uğur

Nazir lisey direktorunu işdən çıxardı

Nazir lisey direktorunu işdən çıxardı

Məktəblər arasında respublika çempionatının qalibləri mükafatlandırılıb

Məktəblər arasında respublika çempionatının qalibləri mükafatlandırılıb

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

Lisey siniflərinə imtahanlar keçirilib

Lisey siniflərinə imtahanlar keçirilib

Texniki- humanitar təmayüllü liseydə biologiya fənnindən açıq dərs keçirilib

Texniki- humanitar təmayüllü liseydə biologiya fənnindən açıq dərs keçirilib

Təmayüllü liseylərdə yalnız bu müəllimlər dərs deyə biləcəklər

Təmayüllü liseylərdə yalnız bu müəllimlər dərs deyə biləcəklər

Akademik Zərifə Əliyeva adına Liseyin məzunlarından 21-i qızıl, 15-i gümüş medala layiq görülüb

Akademik Zərifə Əliyeva adına Liseyin məzunlarından 21-i qızıl, 15-i gümüş medala layiq görülüb

Olimpiadaçılarımız 5 medalla qayıdır

Olimpiadaçılarımız 5 medalla qayıdır

Nazir  pedaqoji mühazirələrin  qaliblərini təltif etdi.. ƏMR  №F-480

Nazir pedaqoji mühazirələrin qaliblərini təltif etdi.. ƏMR №F-480

Bu məktəblərdə müəllimlər işə imtahansız qəbul ediləcək - SİYAHI

Bu məktəblərdə müəllimlər işə imtahansız qəbul ediləcək - SİYAHI

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

Təmayüllü siniflər ,uğurlar,problemlər

Təmayüllü siniflər ,uğurlar,problemlər

Təhsil işçisindən lisey sinifləri ilə bağlı təklif: “Tədris yalnız nəzəri biliklər əsasında qurulmasın”

Təhsil işçisindən lisey sinifləri ilə bağlı təklif: “Tədris yalnız nəzəri biliklər əsasında qurulmasın”