AzTehsil.com


Xəbərlər / Müəllim
19 noyabr 2019
2 071


Fiziki tərbiyə müəllimləri üçün TOPs təlimləri



Fiziki tərbiyə müəllimləri üçün TOPs təlimləri

 

"TOPs - təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində Quba, Siyəzən və Xızı rayonlarının ümumtəhsil məktəblərində çalışan fiziki tərbiyə müəllimləri üçün təlimlər keçirilib.

Təlimlərə Quba rayonunun 137 ümumtəhsil məktəbindən 150, Siyəzən rayonunun 25 ümumtəhsil məktəbindən 35, Xızı rayonunun 15 ümumtəhsil məktəbindən isə 20 nəfər fiziki tərbiyə müəllimi cəlb olunub.

Qeyd edək ki, TOPs proqramı Təhsil Nazirliyi, "British Council” Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və "İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir. Proqramın məqsədi fiziki tərbiyə müəllimlərinin nəzəri bilikləri və praktiki peşə bacarıqlarını TOPs metodikası vasitəsilə zənginləşdirməklə daha maraqlı və rəngarəng tədris prosesi təşkil etməkdir. Nəticədə ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin hərəki bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına nail olmaqdan ibarətdir.             

Təlimlər zamanı müəllimlərin praktiki bacarıqlarının artırılmasına və daha keyfiyyətli dərslərin tədrisinə nail olmaq üçün Fiziki Tərbiyə üzrə Tədris Planları araşdırılaraq, TOPs metodikası vasitəsilə praktiki fəaliyyətlər həyata keçirilib və yeni tədris metodları izah olunub.            

Layihə çərçivəsində hazırlanmış fiziki tərbiyə üzrə innovativ vəsait olan metodiki tədris kartları da təqdim olunub. Bu kartlar Milli Fiziki Tərbiyə Kurikulumuna uyğun hazırlanıb və gündəlik planlaşdırmanı əvəz edərək müəllim fəaliyyətini stimullaşdıraraq tədrisdə daha yaxşı nəticələrin əldə edilməsinə hesablanıb.

TOPs təlimlərində iştirak edən müəllimlər mənimsədikləri müasir təlim üsullarını tətbiq etməklə açıq dərslər keçəcək, həmçinin dərsdənkənar müxtəlif idman festivalları təşkil edəcəklər. Belə tədbirlər uşaqlarda həm fiziki, həm də liderlik bacarıqlarının inkişaf etdirilməsi ilə bərabər, erkən yaşlarından idmana olan bağlılıqlarını artırmağa imkan yaradacaq.   

Qeyd edək ki, Azərbaycanda proqramın tətbiqinə pilot layihə kimi 2014-cü ildən başlanılıb və ölkənin bütün ümumtəhsil məktəblərinin bu layihəyə cəlbi nəzərdə tutulub.




Загрузка...
Həmçinin oxuyun:
Fiziki tərbiyə müəllimləri üçün TOPs təlimləri

Fiziki tərbiyə müəllimləri üçün TOPs təlimləri

Mingəçevirdə fiziki tərbiyə müəllimləri üçün TOPs təlimləri

Mingəçevirdə fiziki tərbiyə müəllimləri üçün TOPs təlimləri

TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”

TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”

TOPs proqramının 5-ci mövsümü yekunlaşıb

TOPs proqramının 5-ci mövsümü yekunlaşıb

Fiziki tərbiyə

Fiziki tərbiyə

Təhsil Nazirliyi keçirilən "bədən tərbiyəsi" dərslərini dəyərləndirib

Təhsil Nazirliyi keçirilən "bədən tərbiyəsi" dərslərini dəyərləndirib

İmtahan qaydalarını kobud surətdə pozduğuna görə nəticəsi ləğv edilib.

İmtahan qaydalarını kobud surətdə pozduğuna görə nəticəsi ləğv edilib.

Məktəblər arasında respublika çempionatına hazırlıq seminarları

Məktəblər arasında respublika çempionatına hazırlıq seminarları

“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi üzrə təlim

“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi üzrə təlim

Təhsil Nazirliyi bu müəllimlərlə bağlı açıqlama yaydı - 356 müəllim imtina etdi

Təhsil Nazirliyi bu müəllimlərlə bağlı açıqlama yaydı - 356 müəllim imtina etdi

İngilis dili müəllimləri Londonda səfərdə olublar

İngilis dili müəllimləri Londonda səfərdə olublar

İdman müəllimlərin fiziki bacarıqları yoxlanılıb

İdman müəllimlərin fiziki bacarıqları yoxlanılıb

Məktəbəhazırlıq qruplarının müəllimləri üçün təlimlər keçirilir

Məktəbəhazırlıq qruplarının müəllimləri üçün təlimlər keçirilir

“Mənimlə danış” kampaniyası çərçivəsində görüş

“Mənimlə danış” kampaniyası çərçivəsində görüş

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Müəllim olmaq istəyənlərin nəzərinə - Sabah son gündür

Müəllim olmaq istəyənlərin nəzərinə - Sabah son gündür

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Lənkəran Dövlət Universiteti ilə Astara və Yardımlı məktəbləri arasında pilot layihə həyata keçirilir

Lənkəran Dövlət Universiteti ilə Astara və Yardımlı məktəbləri arasında pilot layihə həyata keçirilir

Sumqayıtda yalnız bu məktəbdə: həsəd aparılan siniflər...

Sumqayıtda yalnız bu məktəbdə: həsəd aparılan siniflər...

Fiziki məhdudiyyətli tələbələr üçün əmək yarmarkası keçiriləcək

Fiziki məhdudiyyətli tələbələr üçün əmək yarmarkası keçiriləcək

Məktəbə hazırlığın təşkili Qaydaları

Məktəbə hazırlığın təşkili Qaydaları

“British Council” Təşkilatının məktəblərlə əməkdaşlığının məqsədi nədir?! -RƏSMİ AÇIQLAMA

“British Council” Təşkilatının məktəblərlə əməkdaşlığının məqsədi nədir?! -RƏSMİ AÇIQLAMA

İbtidai siniflərdə  bitməyən mübahisə - Musiqi, Texnologiya kimi fənləri kim keçməlidir?

İbtidai siniflərdə bitməyən mübahisə - Musiqi, Texnologiya kimi fənləri kim keçməlidir?