AzTehsil.com


Xəbərlər / Direktor
08 oktyabr 2019
1 530


Ölkəmizdə müəllim əməyinə həmişə yüksək qiymət verilir



Ölkəmizdə müəllim əməyinə həmişə yüksək qiymət verilir

 

 
Zaqatala şəhərindəki 3 nömrəli tam orta məktəbin direktoru Elmira Hacıyeva Beynəlxalq Müəllimlər Gününü ikiqat bayram sevinci ilə qeyd edib. Prezident İlham Əliyevin oktyabrın 3-də imzaladığı Sərəncamla Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə o, "Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Sevinc hisslərini   bölüşən Elmira Hacıyeva deyib: "Sevincimin həddi-hüdudu yoxdur. Bu, təkcə mənim əməyimə verilən qiymət deyil, eyni zamanda, çalışdığım pedaqoji kollektivə, Zaqatala təhsilinə verilən yüksək qiymətdir. 43 ildir ki, təhsil sahəsində çalışıram. Mənə verilən bu yüksək fəxri ada görə Prezidentimizə dərin minnətdarlığımı bildirirəm. Çalışacağam ki, bu etimadı layiqincə doğruldum”.

Rəhbərlik etdiyi məktəbin yaxşı təhsil ənənələrinə malik olduğunu vurğulayan Elmira Hacıyeva bildirib ki, ötən tədris ilində məktəbi 72 məzun bitirib. Onlardan 57 nəfəri ali məktəblərə sənəd verib, 41-i tələbə adını qazanıb. Eyni zamanda, 8 nəfər orta ixtisas məktəblərinə daxil olub. Məktəbin məzunlarından Fazil Səfərov imtahanlarda 690 bal toplayaraq birinci ixtisas qrupu üzrə respublikada ikinci nəticə göstərməyə müvəffəq olub. Məzun on birinci sinfin buraxılış imtahanında 290 bal, qəbul imtahanında isə maksimum nəticə – 400 bal toplayıb.

Ölkəmizdə müəllim əməyinə həmişə yüksək qiymət verildiyini bildirən məktəb direktoru deyib: "Təhsil işçilərinin sosial rifahının, maddi vəziyyətinin yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirilir. Prezidentimizin müvafiq sərəncamları ilə son bir neçə ildə müəllimlərin əməkhaqları dəfələrlə artırılıb. Dövlətimizin başçısının bu il iyunun 18-də imzaladığı Sərəncamla müəllimlərin əməkhaqlarının sentyabrın 1-dən növbəti dəfə 20 faiz artırılması məktəbimizin kollektivi tərəfindən də böyük razılıq hissi ilə qarşılanıb. Bütün bunlar ölkə rəhbərliyinin təhsilin inkişafına, müəllimlərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir”
azertag.az



Загрузка...
Həmçinin oxuyun:
Naxçıvanda ən yüksək balı Elçibəyin kəndlisi toplayıb-683

Naxçıvanda ən yüksək balı Elçibəyin kəndlisi toplayıb-683

Ötən il respublikada 10 yeni məktəb binası istifadəyə verilib

Ötən il respublikada 10 yeni məktəb binası istifadəyə verilib

Ağdamın orta ümumtəhsil məktəblərini bitirən 519 nəfər tələbə adını qazanıb

Ağdamın orta ümumtəhsil məktəblərini bitirən 519 nəfər tələbə adını qazanıb

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

"IX və XI sinif buraxılış imtahanlarından "əla" alan şagirdlərin sayında son illərə nisbətən artım var"

"IX və XI sinif buraxılış imtahanlarından "əla" alan şagirdlərin sayında son illərə nisbətən artım var"

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Təhsil naziri yüksək bal toplayan müəllimliyə namizədlərlə görüşüb

Təhsil naziri yüksək bal toplayan müəllimliyə namizədlərlə görüşüb

Təqaüdlərin əsaslı şəkildə artırılması tələbələrin motivasiyasını gücləndirəcək

Təqaüdlərin əsaslı şəkildə artırılması tələbələrin motivasiyasını gücləndirəcək

Bakı məktəblərinin şagird və müəllim sayı AÇIQLANDI

Bakı məktəblərinin şagird və müəllim sayı AÇIQLANDI

Təhsil İdarəsi: Paytaxt məktəblərinin 5 məzunu qəbul imtahanında 700 bal toplayıb

Təhsil İdarəsi: Paytaxt məktəblərinin 5 məzunu qəbul imtahanında 700 bal toplayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

“Məktəbimizdə” – fotorubrika

“Məktəbimizdə” – fotorubrika

Ən çox məzun yenə bu universitetimizdə oldu/Universitetləri nə qədər tələbə bitirdi

Ən çox məzun yenə bu universitetimizdə oldu/Universitetləri nə qədər tələbə bitirdi

Qəbul imtahanlarının birinci mərhələsi .

Qəbul imtahanlarının birinci mərhələsi .

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Prezident İlham Əliyev 212 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev 212 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

4 sinif otağından böyük lisey yaradan tanınmış direktor - FOTOLAR

4 sinif otağından böyük lisey yaradan tanınmış direktor - FOTOLAR

ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

Direktor məktəbdə ölən şagirdin yaxınlarına başsağlığı verdi – Bilinməyənləri dedi

Direktor məktəbdə ölən şagirdin yaxınlarına başsağlığı verdi – Bilinməyənləri dedi

Bu müəllimlərə "Əməkdar müəllim" fəxri adı verildi- SİYAHI

Bu müəllimlərə "Əməkdar müəllim" fəxri adı verildi- SİYAHI

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib

Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib

10 məktəb “başsız” qalıb

10 məktəb “başsız” qalıb