AzTehsil.com

Xəbərlər
17 sentyabr 2019
1 960

"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində "Kod saatı" keçiriləcək

"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində sentyabr-oktyabr aylarında "Kod saatı" tədbirləri keçiriləcək.

"Kod saatı" tədbirləri sentyabrın 21-də Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbdə, sentyabrın 28-də Şamaxı şəhər 10 nömrəli tam orta məktəbdə, oktyabrın 5-də isə Mingəçevir şəhər 15 nömrəli Humanitar Liseydə keçiriləcək. Təhsil Nazirliyinin və "Alqoritmika" beynəlxalq təhsil şirkətinin təşkilati dəstəyi ilə keçirilən tədbirlərdə 7 yaşdan yuxarı məktəblilər iştirak edə bilərlər.

"Kod saatı" çərçivəsində iştirakçılar oyun formatında, "Scratch" mühitində məsələləri həll etmək imkanı əldə edəcəklər. "Scratch" – uşaq və yeniyetmələr üçün xüsusi yaradılmış vizual proqramlaşdırma mühitidir.

"Kod saatı" hərəkatının əsas məqsədi proqramçı peşəsini məktəblilər  arasında  populyarlaşdırmaq, şagirdlərin və onların valideynlərinin diqqətini informasiya texnologiyaları ilə bağlı peşələrə  cəlb etmək,  həmçinin proqramlaşdırmanın çətinliyi haqqında mifləri dağıtmaqdır. "Kod saatı” hərəkatında iştirak ödənişsizdir.

Qeyd edək ki, "Kod saatı" təşəbbüsü 2013-cü ildə Hadi və Əli Partovi qardaşları tərəfindən tətbiqinə başlanılan və insanlara proqramlaşdırmanı öyrətmək məqsədi daşıyan qlobal hərəkatdır. Layihənin ideya müəllifləri bütün sahələrdə hesablama tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik mütəxəssislərə çox böyük ehtiyac olduğunu deyərək insanlara proqram kodunu yazmağı öyrənmək üçün bir saat vaxt ayırmağı təklif ediblər. Bir çox ölkələr bu təşəbbüsə qoşulub. Hazırda "Kod saatı"  dünyanın 180-dən çox ölkəsində yüz milyonlarla tələbə  və şagirdi əhatə edir.

2019-2020-ci tədris ilində Bakıda 23, Sumqayıtda 10, Mingəçevirdə 7, Şamaxıda 5, Gəncədə də 5 məktəbin "Rəqəmsal bacarıqlar” layihəsinə cəlbi nəzərdə tutulur. Beləliklə, layihə yeni tədris ilində təxminən 120 məktəb üzrə 70 000 şagirdi əhatə edəcək.

Загрузка...
Həmçinin oxuyun:
Bakı və Gəncədə "Kod saatı"nın birinci mərhələsi keçiriləcək

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində işlər davam etdirilir

“Rəqəmsal bacarıqlar” layihəsinə daha bir məktəb qoşulub

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədbir

"Rəqəmsal bacarıqlar” layihəsi Beynəlxalq Təhsil Salonunda

Nazir şagirdlərin dərsləri ilə maraqlandı

"Rəqəmsal bacarıqlar" layihəsi Təhsildə İnnovasiyalar üzrə Dünya Sammitində

Bu layihə davam etdiriləcək - Təhsil nazirindən ƏMR

İnformatika fənninin tədrisi üzrə pilot layihəyə qoşulan məktəblərin sayı 40-a çatdırılacaq

Bakının 8 məktəbində YENİLİK

Bakının 8 məktəbində YENİLİK

"Gələn il 20 məktəbdə peşə yönümlü təmayül sinifləri açılacaq" - Ceyhun Bayramov

İnformatika fənninin tədrisi üzrə pilot layihəyə başlanılıb

Sumqayıtda yalnız bu məktəbdə: həsəd aparılan siniflər...

Təhsil Şöbəsindən müəllimə qeyri-adi cavab: "Siz hicab taxdığınıza görə, dərs saatı verilmir!" - FOTO FAKTLAR

Məktəbdə direktor-müəllim konflikti –“Sinfim əlimdən alınıb, xəstə uşağıma baxa bilmirəm”

Təhsil Şöbəsindən müəllimə qeyri-adi cavab: "Siz hicab taxdığınıza görə, dərs saatı verilmir!"

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

Müəllimlərin iş saatı direktorların şərti bölgüsü ilə müəyyən olunur

Məktəbdə hansı fənn üzrə vakansiya olub-olmadığını necə yoxlamaq olar?

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Analıq məzuniyyətində olanları əvəzləyən müəllimlər işdən çıxarıla bilər – Yalnız bu halda

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-III hissə ( ƏMR KİTABI )

V sinif şagirdlərinə İT sistemləri öyrədilir – 45 məktəbdə möhtəşəm layihə

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi  təlimata açıqlama verən yoxdur??