AzTehsil.com


Xəbərlər / Psixoloq / Abituriyent
08 avqust 2019
2 169


Psixoloq: “Valideynlər bu dönəmdə psixoloji baxımdan savadlı davranmalıdırlar”



 

 
Azərbaycanda ali məktəblərə qəbul imtahanları davam edir. Artıq yeni qayda ilə keçirilən buraxılış və qəbul imtahanlarının birinci mərhələsi geridə qalıb. Qarşıdan isə qəbul imtahanlarının ikinci - ən məsuliyyətli mərhələsi gəlir. Çünki qəbul imtahanının birinci mərhələsində kifayət qədər bal toplaya bilməyən abituriyentlərin böyük əksəriyyəti ümidini ikinci mərhələyə bağlayıb.

Məktəbi yenicə qurtararaq fərqli həyata qədəm qoyan dünənin şagirdlərinin üzərinə ciddi basqı var. Onlar gələcəklərini müəyyən etməklə yanaşı, müəllimlərinin, ilk növbədə isə valideynlərinin ümidlərini doğrultmalı, imtahandan onların yanına üzüağ qayıtmalıdırlar.

Təəssüf ki, bir çox valideynlər, eləcə də müəllimlər həyatın çətinliklərini görməyən uşaqlara dəstək olmaq əvəzinə, onlara basqı edirlər. Elə psixoloqlar da bununla bağlı həyəcan təbili çalırlar.

Psixoloq Ramin Hacıyev bildirib ki, valideynlər qəbul imtahanlarının ikinci mərhələsində ali məktəblərə sənəd verən övladlarına qarşı daha çox həssaslıq nümayiş etdirməlidirlər: "Bəllidir ki, abituriyentlərin bir qismi ali məktəblərə qəbul imtahanlarının hər iki mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçib. Birinci mərhələdə ali məktəbə qəbul üçün minimal balı toplamayanlar ikinci mərhələyə böyük ümid bəsləyirlər. Bu isə ikinci mərhələdən sonra abituriyentlər arasında gərgin psixoloji vəziyyətə səbəb olur. Məktəb məzunları artıq şəxsiyyət kimi formalaşmağa doğru gedirlər. Abituriyentlər keçid balını toplaya bilmədikdə bəzən valideynlərin sərt təpkisi ilə qarşılaşırlar. Bununla mübarizə apara bilmədikdə onlar intihar edə bilər, özünə qapana bilərlər. Belə halların yaşanmaması üçün valideynlər məsuliyyətli və həssas olmalıdırlar. 

Onlar bu dönəmdə övladlarına dəstək olmalı, cəmiyyətin bu məsələyə münasibətini fikirləşməməlidirlər".

Həmsöhbətimiz deyir ki, bəzən valideynlərin övladlarına qarşı bu sərt münasibətinin arxasında qohum-əqrəbaya qarşı hesabatlılıq da dayanır: "Övladı məzun olan valideynlərdən ən çox soruşulan sual ali məktəbə qəbulla bağlı olur. 

Xüsusilə imtahan ərəfəsi qonşular, qohum-əqrəba bu məsələ ilə bağlı daha çox maraqlanır. Bununla həmin valideyni psixoloji olaraq gərginlikdə saxladıqlarının fərqinə varmırlar. Halbuki, cəmiyyətin ali təhsilə bu cür yanaşması düzgün deyil. Çox təəssüf ki, günümüzdə ali məktəbə qəbulu çox önəmli bir hadisə kimi təqdim edənlər çoxdur. Orta peşə təhsili haqqında, cəmiyyətə layiqli vətəndaş yetirmək kimi məsələlər haqqında düşünənlər azdır. Halbuki, biz həyata baxışlarımızı cəmiyyətin prizmasında qurmaqla səhv addım atmış oluruq. Bu cür stereotiplərə qarşı mübarizə aparmalıyıq. Valideynlər bu dönəmdə psixoloji baxımdan savadlı davranmalıdırlar. Onlar övladları həyatda uğur qazandıqda da, qazanmadıqda da yanlarında olmağı bacarmalıdırlar".

Ali məktəblərə qəbul dönəmində son illərdə "xalqın uşağı", "camaatın uşağı" kimi deyimlərin gündəmə gəldiyinin şahidi oluruq. Valideynlərin bəziləri başqa abituriyentlərin uğurlarını öz övladlarına xatırladaraq, onları nümunə göstərərək yaxşı nəticə göstərə bilməyən, hələ şəxsiyyəti bərkiməmiş uşaqlarının özünəinamını sındırırlar.  Ekspertlər belə davanışın kökündən yanlış olduğunu israr edirlər.

Təhsil üzrə ekspert Kamran Əsədov isə bildirib ki, ali məktəblərə qəbul imtahanlarında uğursuz nəticəni həyatın sonu kimi qəbul etmək düzgün deyil. İmtahanlarda keçid balını toplaya bilməyənlərə onlar üçün həyatın hələ qarşıda olduğunu, ali məktəbə qəbul üçün başqa şanslarının hələ də qaldığını söyləməklə ürək-dirək vermək lazımdır: "Abituriyentlərin ali məktəblərə qəbul olmaq üçün imkanları genişdir. Onlar buraxılış imtahanlarının nəticəsi ilə orta ixtisas təhsili müəssisələrinə - kolleclərə qəbul ola bilərlər. 

Artıq bu ildən etibarən kollec məzunları müsabiqədənkənar, imtahansız ali məktəblərə qəbul olmaq hüququna malikdirlər. Digər tərəfdən, buraxılış imtahanlarının nəticəsi ilə qabiliyyət tələb edən ixtisaslar üzrə ali məktəblərə qəbul olmaq imkanları var. Bunun üçün minimum 60 bal tələb olunur. Hətta təkcə 200 bal olmasa belə, bütün ixtisaslar üzrə 150 balla ali məktəblərə qəbul olmaq imkanları da var. Azərbaycanda ali məktəblərə qəbul olmayanlar yaxın, qonşu ölkələrdə də birbaşa imtahansız ali məktəblərə qəbul ola bilərlər. Üstəlik, orada təhsil haqqı və təhsil xərcləri bizdən dəfələrlə aşağıdır. Bundan əlavə, peşə təhsilinə birbaşa qəbul olmaq imkanları da var ki, o zaman da təqaüd ala biləcəklər. Həmçinin qısa müddətdən sonra işlə təmin olunacaqlar. DİM-in imtahan nəticələri ilə yox, eyni zamanda İELTS, SAT imtahanlarının nəticəsi ilə də Azərbaycanda ali məktəblərə qəbul olmaları mümkündür. Yəni ölkədə ali təhsilin əlçatımlılığı təmin olunub. Hər kəs ali təhsil almaq hüququndan rahatlıqla istifadə edə və bu arzusunu reallaşdıra bilər. Bütün bu imkanları sadalayaraq az bal toplayan abituriyentləri özünə qapanmaqdan, intihar fikrindən daşındırmaq lazımdır".

Qeyd edək ki, bu il ali məktəblərin bakalavr səviyyəsində və orta təhsil pilləsində tam orta təhsil bazasından yay imtahanlarında iştirak üçün 52695 abituriyent qeydiyyatdan keçib.

 QEYD: Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən "Yeni sistemlə imtahan verən abituriyentlərə onlayn psixoloji yardım xidmətinin təşkili” layihə çərçivəsində hazırlanıb.azedu.az




Загрузка...
Həmçinin oxuyun:
Yeni qəbul imtahanı MODELİ: İlkin mərhələdə bir çoxları ciddi yanaşmayacaq

Yeni qəbul imtahanı MODELİ: İlkin mərhələdə bir çoxları ciddi yanaşmayacaq

Qəbul imtahanında daha bir YENİLİK: İki qrup üzrə imtahan vermək mümkün olacaq

Qəbul imtahanında daha bir YENİLİK: İki qrup üzrə imtahan vermək mümkün olacaq

Ali məktəblərə qəbullla bağlı yenilik edildi - Bilməli olduğunuz 7 əsas nüans - TƏHLİL

Ali məktəblərə qəbullla bağlı yenilik edildi - Bilməli olduğunuz 7 əsas nüans - TƏHLİL

Əvvəlki illərin məzunları ali məktəblərə necə imtahan verəcəklər?- Hamı niyə narahatdır?

Əvvəlki illərin məzunları ali məktəblərə necə imtahan verəcəklər?- Hamı niyə narahatdır?

"Buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə olacaq" - Məleykə Abbaszadə

"Buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə olacaq" - Məleykə Abbaszadə

Ali məktəblərə imtahansız qəbul olunacaq kollec məzunları üçün ixtisasların siyahısı DİM-ə təqdim edilib

Ali məktəblərə imtahansız qəbul olunacaq kollec məzunları üçün ixtisasların siyahısı DİM-ə təqdim edilib

İmtahanlarla bağlı  inqilabi qərarların verildiyi rekord nəticələr ili  - Təkrarlanması çətin  göstəricilər,  rəqəmlər

İmtahanlarla bağlı inqilabi qərarların verildiyi rekord nəticələr ili - Təkrarlanması çətin göstəricilər, rəqəmlər

"İmtahanda iştirak edənlərin 50 faizə qədəri ixtisas seçimi etməyib, bu çox aşağı göstəricidir”

"İmtahanda iştirak edənlərin 50 faizə qədəri ixtisas seçimi etməyib, bu çox aşağı göstəricidir”

Belə yanaşma abituriyentlərin stress altına girməsinə səbəb olur..Abituriyentlərə qəbul imtahanı ilə məsləhətlər

Belə yanaşma abituriyentlərin stress altına girməsinə səbəb olur..Abituriyentlərə qəbul imtahanı ilə məsləhətlər

Psixoloqdan abituriyent valideynlərinə irad: “Bu məsələ onlar üçün kölgədə qalıb”

Psixoloqdan abituriyent valideynlərinə irad: “Bu məsələ onlar üçün kölgədə qalıb”

DİM builki keçid ballarını elan etdi

DİM builki keçid ballarını elan etdi

Əvvəlki illərin məzunları yenidən buraxılış imtahanı verəcək

Əvvəlki illərin məzunları yenidən buraxılış imtahanı verəcək

Özəl ali məktəbləri 3 min 666 abituriyent seçib

Özəl ali məktəbləri 3 min 666 abituriyent seçib

DİM buraxılış, qəbul və sınaq imtahanlarının tarixlərini ELAN ETDİ

DİM buraxılış, qəbul və sınaq imtahanlarının tarixlərini ELAN ETDİ

Ali məktəblərə qəbul imtahanlarının sayı artırıla bilər

Ali məktəblərə qəbul imtahanlarının sayı artırıla bilər

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

"Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar"

"Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar"

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

Valideynlər imtahanda zəif nəticə göstərən övladlarını necə məhv edirlər? – Psixoloqlardan həyəcan siqnalı

Valideynlər imtahanda zəif nəticə göstərən övladlarını necə məhv edirlər? – Psixoloqlardan həyəcan siqnalı

Yüksək bal toplayan abituriyentlər sonradan niyə uğurlu nəticə göstərə bilmirlər? -EKSPERT

Yüksək bal toplayan abituriyentlər sonradan niyə uğurlu nəticə göstərə bilmirlər? -EKSPERT

Qəbul imtahanlarına qeydiyyatın bitməsinə az qaldı

Qəbul imtahanlarına qeydiyyatın bitməsinə az qaldı

Ali məktəblərdə hazırlıq qrupları: yeni mexanizm nə zaman işə düşür?

Ali məktəblərdə hazırlıq qrupları: yeni mexanizm nə zaman işə düşür?

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

9 abituriyent qəbul imtahanından maksimum bal topladı

9 abituriyent qəbul imtahanından maksimum bal topladı