AzTehsil.com


Xəbərlər
13 may 2019
2 242


Elinanın vəkilləri bəyanat verdilər



Elinanın vəkilləri bəyanat verdilər

 

 
162 saylı məktəbin intihar etmiş şagirdi Elina Hacıyevanın hüquqi varisi Sevil Hacıyevanın vəkilləri Sevinc Əliyeva, Azər Nağıyev və Emin İsayev birgə bəyanat veriblər.

Bu barədə Modern.az-a vəkil Sevinc Əliyeva bildirib.

S.Əliyeva qeyd edib ki, bəyanat bəzi internet portallarında faciəvi şəkildə vəfat etmiş Elina Hacıyevanın ailəsinin ibtidai istintaqın gedişatından narazı olduğu barədə məlumatlarla bağlıdır. 

Bəyanatda deyilir:

"Məqalələrdə mərhum Elinanın nənəsi Solmaz Ələsgərovanın zərər çəkmiş şəxsin hüquqi varisi Sevil Hacıyevanın hüquqlarını müdafiə edən vəkillərdən də narazı qaldığı barədə məlumat verilməsini nəzərə alaraq, məsələyə aydınlıq gətirməyi özümüzə borc bildik.

Əvvəla, məsələyə biganə qalmayan, işin gedişatından narahatlıq keçirən və ədalətin yerini tapmasına çalışan KİV və ictimaiyyət nümayəndələrinə təşəkkürümüzü bildiririk.

Digər məsələlərə gəlincə isə, məqalədə ilk növbədə Xalidə Bayramovanın cinayət məsuliyyətinə cəlb edilməməsi məsələsinə toxunulur. Peşəkar hüquqşünaslar kimi bütün məsuliyyətimizlə deyə bilərik ki, o şəxsin məhz cinayət məsuliyyətinə cəlb edilməsi üçün hazırda iş üzrə əlimizdə hər hansı bir əsas və sübut yoxdur.

Mərhumun nənəsi Solmaz Ələsgərovanın bu cür tələblə çıxış etdiyini anlayışla qəbul edirik, lakin bildirməliyik ki, bizim fəaliyyətimiz qanun çərçivəsilə məhdudlaşır və publikaya işləmək məqsədilə hüquqi əsas olmadan hər hansı bir şəxsin cinayət məsuliyyətinə cəlb edilməməsini pozuntu kimi qiymətləndirə, hüquqa uyğun olmayan bəyənatlar səsləndirə bilmərik.

Lakin buna əsas verən hər hansı halı müəyyən etməyə müvəffəq olduğumuz halda tutduğu vəzifədən asılı olmayaraq bu hadisədə təqsiri olan istənilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Məqalədə yer alan "tramal” və ya "tramadol” preparatının mərhuma direktor tərəfindən verilməsi məsələsinə gəldikdə, tərəfimizdən bu halın araşdırılması məqsədilə müvafiq vəsatətlər hazırlanıb və ibtidai istintaqa təqdim ediləcək”.  

Elinanın anası Solmaz Hacıyevanın işə cəlb olunan iki vəkilin hərəkətsizliyi barədə verdiyi məlumata gəlincə, bildirilib ki, onun bu cür mövqeyi vəkillərdə təəccüb doğurub:

"Belə ki, biz məhz Sevil Hacıyevanın vəkilləriyik ki, Sevil Hacıyeva isə anasının bu cür fikirdə olduğunu özü də təəccüblə qarşıladığını və hələ ki, bizim işimizdən narazı olmadığını bildirir. Bundan başqa, Solmaz Hacıyeva iş üzrə şahid statusunda olduğu üçün bizim onunla tez-tez görüşüb, əlaqə saxlamağımız, yaxud istintaqın gedişatı barədə məlumat verməyimiz vəkil etikası və vəkil sirri baxımından da doğru deyildir.

Həmçinin, işin uzanması və hələ ki, heç bir həkimin məsuliyyətə cəlb olunmaması barədə fikirlərlə bağlı qeyd edək ki, bildiyiniz kimi hadisə 4 aprel 2019-cu il tarixdə baş verib. Hadisədən cəmi 1 ay 10 gün müddətin keçməsini nəzərə alsaq, istintaqın uzanması barədə həyəcan təbilini çalmaq hələ ki, tezdir.

Həkimlərin məsuliyyətə cəlb olunması məsələsi isə iş üzrə təyin edilmiş komisyon məhkəmə-tibb ekspertizasının nəticələri məlum olduqdan sonra qaldırılacaqdır. Hesab edirik ki, mərhum Elinanın ölümündə təqsiri sübuta yetiriləcək istənilən şəxsin məsuliyyətsiz qalması bu kimi faciələrin artmasına şərait yaradacaq!

Onu da qeyd edək ki, indiyə kimi tərəfimizdən istintaq orqanına bir sıra vəsatətlər verilmişdir və bundan sonra da iş üzrə istintaqın düzgün istiqamətdə aparılması üçün vacib hesab etdiyimiz vəsatətlər istintaq orqanına təqdim ediləcəkdir. İstintaq orqanına tərəfimizdən verilmiş və ya gələcəkdə veriləcək vəsatətlərə qərəzli mövqe bildirildiyi, vəsatətlərimiz əsassız olaraq rədd edildiyi təqdirdə bu barədə də tərəfimizdən ictimaiyyətə geniş məlumat veriləcək.

Biz də ibtidai və məhkəmə istintaqlarının ədalətli aparılmasına ümid edir və bu məsələnin diqqət mərkəzində saxlanılmasını zəruri hesab edirik. Əks halda, bu işi Avropa İnsan Haqları Məhkəməsi səviyyəsinə qədər aparacağımıza söz veririk.

Lakin hələ ki, əlimizdə ciddi əsaslar olmadan publikaya oynamaq xətrinə hansısa sensasiyalı çıxışlar etmək, əsassız ittihamlar irəli sürməkdən uzağıq.

Bütün məsuliyyətimizlə anlayırıq ki, Elinanın vəfatında təqsiri olan şəxslərin layiqli cəza alması, məsum qızcığazın üzləşdiyi faciənin təkrarlanmamasına xidmət edəcək, əks vəziyyət isə gələcəkdə onun kimi qurbanların olmasını adi hala çevirəcək”.



Загрузка...
Həmçinin oxuyun:
Elinanın ölümüylə bağlı ŞOK FAKT

Elinanın ölümüylə bağlı ŞOK FAKT

Xalidə Bayramova Elinanın intiharına görə prokurorluqda dindirilib

Xalidə Bayramova Elinanın intiharına görə prokurorluqda dindirilib

Elinanın intiharı ilə bağlı məktəb direktoru ifadə verir

Elinanın intiharı ilə bağlı məktəb direktoru ifadə verir

Elinanın intiharı ilə bağlı məktəb direktoru ifadə verir

Elinanın intiharı ilə bağlı məktəb direktoru ifadə verir

Şagirdin intihar etdiyi məktəbin direktoruna HÖKM OXUNDU - Ev dustağı olacaq

Şagirdin intihar etdiyi məktəbin direktoruna HÖKM OXUNDU - Ev dustağı olacaq

İstintaq nəticəsi hələ də açıqlanmayıb.

İstintaq nəticəsi hələ də açıqlanmayıb.

Elinanın ölümü ilə bağlı hadisə Prezidentin şəxsi nəzarətindədir - Komitə sədri

Elinanın ölümü ilə bağlı hadisə Prezidentin şəxsi nəzarətindədir - Komitə sədri

Baş Prokurorluq: "İqtisad Universiteti ilə bağlı cinayət işinin istintaqı davam edir"

Baş Prokurorluq: "İqtisad Universiteti ilə bağlı cinayət işinin istintaqı davam edir"

6 tələbənin ölümünə səbəb olan sürücünün vəkili hər kəsi təəccübləndirdi

6 tələbənin ölümünə səbəb olan sürücünün vəkili hər kəsi təəccübləndirdi

Zorlanan məktəbli ilə bağlı prokurorluqdan - Rəsmi açıqlama

Zorlanan məktəbli ilə bağlı prokurorluqdan - Rəsmi açıqlama

“Drakon”la məktəb direktorunun istintaqından yeni XƏBƏR

“Drakon”la məktəb direktorunun istintaqından yeni XƏBƏR

Məktəbdə psixotrop dərman satan şagird aşkarlandı

Məktəbdə psixotrop dərman satan şagird aşkarlandı

Elina Hacıyeva niyə intihar etdi...

Elina Hacıyeva niyə intihar etdi...

İmtahana girmək istəyənlərə cinayət işi açılıb

İmtahana girmək istəyənlərə cinayət işi açılıb

Direktor məktəbdə ölən şagirdin yaxınlarına başsağlığı verdi – Bilinməyənləri dedi

Direktor məktəbdə ölən şagirdin yaxınlarına başsağlığı verdi – Bilinməyənləri dedi

Şamaxıda direktor müavinindən dəhşətli cinayət - 15 yaşlı şagirdini...

Şamaxıda direktor müavinindən dəhşətli cinayət - 15 yaşlı şagirdini...

Bakı məktəbində DƏHŞƏT- 2 oğlan 8 yaşlı şagirdi...

Bakı məktəbində DƏHŞƏT- 2 oğlan 8 yaşlı şagirdi...

Bu təhsil müəssisəninin rəhbərliyi haqqında cinayət işi açıldı

Bu təhsil müəssisəninin rəhbərliyi haqqında cinayət işi açıldı

Şagirdləri qəzaya salan sürücü həbs edildi – Direktor müavinindən açıqlama

Şagirdləri qəzaya salan sürücü həbs edildi – Direktor müavinindən açıqlama

"Heç bir dövlət qurumunun rəhbəri qanunla "gizlənpaç" oynaya bilməz"

"Heç bir dövlət qurumunun rəhbəri qanunla "gizlənpaç" oynaya bilməz"

Nümayəndəlik institutunun ləğvinin yaradacağı problemlərdən çıxış yolu təklif olunub

Nümayəndəlik institutunun ləğvinin yaradacağı problemlərdən çıxış yolu təklif olunub

6 tələbənin ölümünə səbəb olan sürücünün 14 nəfərlik mikroavtobusa 27 sərnişin götürdüyü məlum olub

6 tələbənin ölümünə səbəb olan sürücünün 14 nəfərlik mikroavtobusa 27 sərnişin götürdüyü məlum olub

Qəbul imtahanında bir sıra pozuntuların qarşısı alınıb..PUL TƏKLİFLƏRİ

Qəbul imtahanında bir sıra pozuntuların qarşısı alınıb..PUL TƏKLİFLƏRİ

Məsuliyyətsiz valideynlərə CƏZA? - Parlament layihəni gözləyir

Məsuliyyətsiz valideynlərə CƏZA? - Parlament layihəni gözləyir