AzTehsil.com

Xəbərlər / Ziyalılar
31 dekabr 2018
2 015

Azərbaycan elmi 2018-ci idə bu hadisələrlə yadda qaldı

Yola salmağa hazırlaşdığımız 2018-ci il Azərbaycanın elm sahəsində bir çox əlamətdar hadisələrlə yadda qaldı. AzTehsil.com "Trend”ə istinadən xəbər verir ki, bu ildə ölkədə ən böyük elm təşkilatçısı olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezident və vitse-prezident vəzifələrinə seçkilərin keçirilməsi elm sahəsinin ən böyük hadisələrindən sayıla bilər.

Seçkilərin nəticələrinə əsasən, növbəti 5 il üçün AMEA-nın prezidenti vəzifəsinə qurumun bundan əvvəl də prezidenti olmuş akademik Akif Əlizadə seçilib. Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Nərgiz Paşayeva, AMEA-nın həqiqi üzvləri, akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev və İradə Hüseynova isə növbəti 5 il üçün vitse-prezident vəzifələrinə seçiliblər. Beləliklə, bu il Akademiyanın vitse-prezidentlərin sayı 6-ya çatdırılıb.

Cari ilin ən mühüm hadisələrindən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 noyabr 2018-ci il tarixli "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı olub. Bu fərman Azərbaycanın dövlət dilinin saflığının qorunması və işlək mexanizmlərinin təkmilləşdirilməsi baxımından qarşıya daha məsuliyyətli vəzifələr qoyub.

Prezident fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması nəzərdə tutulur. "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman reklam siyasətinə də yenidən baxmağı tələb edir.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin fəaliyyətinin mətbuat və nəşriyyat işi sahəsində, reklam bazarında dil faktorlarına münasibət üzrə ardıcıl, sistemli və professional nəzarətin həyata keçirilməsi baxımından faydalı olacağı gözlənilir.

2018-ci ili gərgin keçən müzakirələri ilə yaddaşlarda saxlayan məsələlərdən biri də Azərbaycan dilinin orfoqrafiya qaydalarının yenidən hazırlanması ilə bağlı olub. İlkin variantda cəmiyyətə 69 maddə ilə təqdim edilən Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları layihəsində "İsgəndər", "əsgər", "alqı-satqı" kimi sözlərin yazılış qaydasının dəyişdirilməsi, qoşa "y” samiti ilə yazılan sözlərdə bir "y” samitinin ixtisar edilməsi, "Rəbb" və "Tanrı" sözlərinin böyük hərflə yazılması və s. müddəalar öz əksini tapsa da, bu təkliflərin hamısı qəbul edilmədi. Bir neçə ay davam edən gərgin müzakirələrdən sonra layihə Nazirlər Kabinetinə təqdim edilib.

Azərbaycan dilində sözlərin yazılışı üçün əsas baza hesab edilən bu qaydaların təsdiqlənməsi nəticəsində Azərbaycan dilindəki 100 mindən çox sözün maksimum 1000-nin orfoqrafiya qaydaları əsasında yenilənməsi tələb olunacaq.

Qaydalar təsdiqləndikdən sonra sonuncu dəfə 2013-cü ildə nəşr edilən orfoqrafiya lüğətinin yenidən çap edilməsi nəzərdə tutulur ki, bunun da 2019-cu ildə baş tutacağı təxmin edilir.

Cari ildə ölkəmizin tanınmış dilçi alimlərinin cəlb olunması ilə müstəqillik mərhələsinin tələbləri əsasında müasir Azərbaycan dilinin qrammatikasının yenidən yazılmasının vacibliyi məsələsi də gündəmə gəlib. Bu məqsədlə 2018-ci ildə Nəsimi adına Dilçilik İnstitutunda "Müasir Azərbaycan dilinin qrammatikası” kitabının plan-prospekti hazırlanıb.

Bu il bir çox alimlərin əməkhaqlarının artırılması ilə bağlı da əhəmiyyətli addımlar atıldı. 2018-ci ilədək yalnız ali məktəblərdə çalışan dosent və professorların əməkhaqlarına elmi ada görə əlavələr edildiyi halda, "Elm haqqında" qanunun tətbiqi ilə əlaqədar bu ildən həmin əlavələr AMEA sistemindəki elmi müəssisələrdə çalışan alimlərə də şamil edilib.

Vidalaşmağa hazırlaşdığımız ilin ən maraq doğuran məsələlərindən biri də repressiya qurbanı olmuş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında iddiaların səslənməsi oldu. Bu məlumatların araşdırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən işçi qrup yaradıldı ki, bu qrupa da Mikayıl Müşfiqin qalıqlarının aşkar edilməsi ilə bağlı KİV-lərdə gedən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların DNK analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib.

Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hazırlanıb

Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hazırlanıb

Yeni orfoqrafiya lüğətinin istifadə vaxtı məlum oldu

Yeni orfoqrafiya lüğətinin istifadə vaxtı məlum oldu

Dövlət dili ilə bağlı tədbirlər planı - Hazırlanacaq

Dövlət dili ilə bağlı tədbirlər planı - Hazırlanacaq

Orfoqrafiya Komissiyasının mübahisəli QAYDALARI haqda son sözü Nazirlər Kabineti DEYƏCƏK

Orfoqrafiya Komissiyasının mübahisəli QAYDALARI haqda son sözü Nazirlər Kabineti DEYƏCƏK

Yeni orfoqrafiya qaydaları ilə bağlı işlər nə vaxt yekunlaşacaq? - RƏSMİ

Yeni orfoqrafiya qaydaları ilə bağlı işlər nə vaxt yekunlaşacaq? - RƏSMİ

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

"Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü" nəşr olundu

"Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü" nəşr olundu

“Əsgər” sözü “əskər”, “alqı-satqı” isə “alğı-satqı” kimi yazılacaq -Rəsmən TƏSDİQLƏNDİ

“Əsgər” sözü “əskər”, “alqı-satqı” isə “alğı-satqı” kimi yazılacaq -Rəsmən TƏSDİQLƏNDİ

Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır - Yeni lüğət hazırlanır

Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır - Yeni lüğət hazırlanır

İsa Həbibbəyli: AMEA-nın hazırladığı orfoqrafiya qaydaları ictimaiyyətin müzakirəsinə verilsin

İsa Həbibbəyli: AMEA-nın hazırladığı orfoqrafiya qaydaları ictimaiyyətin müzakirəsinə verilsin

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

Allahla yanaşı, Tanrı, Rəbb sözləri də böyük hərflə yazılacaq - Yeni orfoqrafiya qaydaları

Allahla yanaşı, Tanrı, Rəbb sözləri də böyük hərflə yazılacaq - Yeni orfoqrafiya qaydaları

"Bu bizim ana dilimizin inkişafında yeni bir mərhələ olacaq”

"Bu bizim ana dilimizin inkişafında yeni bir mərhələ olacaq”

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

Akademik: “əsgər” sözünün “əskər” yazılması təklifi məqbul sayılıb

Akademik: “əsgər” sözünün “əskər” yazılması təklifi məqbul sayılıb

Nərgiz Paşayeva vitse-prezident seçildi

Nərgiz Paşayeva vitse-prezident seçildi

AMEA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcək

AMEA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcək

"Problemlərin aradan qaldırılması üçün mükəmməl Orfoepiya lüğətinə ehtiyac var"- MÜTƏXƏSSİS

"Problemlərin aradan qaldırılması üçün mükəmməl Orfoepiya lüğətinə ehtiyac var"- MÜTƏXƏSSİS

Yeni orfoqrafiya lüğətinin tərtib olunması prinsiplərini Nazirlər Kabineti təsdiqləyəcək

Yeni orfoqrafiya lüğətinin tərtib olunması prinsiplərini Nazirlər Kabineti təsdiqləyəcək

Orfoqrafiya lüğətində ediləcək bəzi dəyişikliklər AÇIQLANIB

Orfoqrafiya lüğətində ediləcək bəzi dəyişikliklər AÇIQLANIB

Bu şəxslərin əməkhaqqı artırılıb - Staja görə...

Bu şəxslərin əməkhaqqı artırılıb - Staja görə...

"Mədəniyyət", yoxsa "mədəniyət" yazmalıyıq? - Qoşa "y" hərfi olan sözlərin taleyilə bağlı AÇIQLAMA

"Mədəniyyət", yoxsa "mədəniyət" yazmalıyıq? - Qoşa "y" hərfi olan sözlərin taleyilə bağlı AÇIQLAMA

Media eksperti Dilçilik İnstitutunun qərarına qarşı çıxdı

Media eksperti Dilçilik İnstitutunun qərarına qarşı çıxdı