AzTehsil.com

Xəbərlər
28 mart 2018
3 298

Yeni orfoqrafiya qaydaları ilə bağlı işlər nə vaxt yekunlaşacaq? - RƏSMİ

"Yeni orfoqrafiya qaydaları ilə bağlı layihənin müzakirəsində iştirak edən mütəxəssislər, eyni zamanda qeyri-mütəxəssislərin çoxu "alqı-satqı” sözünün yazılışında "q” hərfinin saxlanılmasının tərəfdarı olublar. Məncə, buna görə də bu sözün yazılışı ilə bağlı geniş müzakirələrin aparılmasına ehtiyac qalmayacaq, çünki ictimai rəy artıq bir çox məsələləri həll edib”.

Aztehsil.com Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəylinin sözlərinə görə, Azərbaycan dilinin orfoqrafiya qaydalarının hazırlanması üzrə Dilçilik İnstitutu ilə Orfoqrafiya Komissiyasının birgə yaratdığı işçi qrup fəaliyyətini davam etdirir. Hazırda işçi qrup bu layihə ilə bağlı cəmiyyətdə, dövrü mətbuatda səslənən fikir və ideyaları sistemləşdirir.

Komissiyanın sədr müavini əlavə edib ki, artıq işçi qrup öz işini yekunlaşdırmaq üzrədir: "İşçi qrupun indiyədək keçirdiyi 3 iclas müzakirələrdə səslənən fikirlərin statistikasının və hər bir təklif haqqında məlumatların hazırlanması ilə bağlı olub. Orfoqrafiya qaydalarının müzakirə edilməsi səlahiyyəti Orfoqrafiya Komissiyasına aiddir”.

Akademik qeyd edib ki, işçi qrupun daha bir iclası hesabat dinləniləcək, daha sonra isə bütün sənədlər AMEA-da yaradılmış Orfoqrafiya Komissiyasına təqdim ediləcək.

İ.Həbibbəyli deyib ki, işçi qrup hazırladığı hesabatı yaxın 10 gün ərzində Orfoqrafiya Komissiyasına təqdim edəcək. Layihə komissiyada müzakirə edildikdən sonra təsdiq edilmək üçün Nazirlər Kabinetinə (NK) təqdim ediləcək: "Düşünürəm ki, aprel ayının sonu, may ayının əvvəlində bu işlər yekunlaşa bilər. Yalnız NK-nın təsdiqindən sonra bu proses bitmiş hesab olunacaq və həmin prinsiplər əsasında Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti hazırlanacaq”.

Qeyd edək ki, AMEA Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu tərəfindən 69 maddədən ibarət olan "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsi hazırlanıb. Layihə əvvəlcə geniş müzakirə üçün ictimaiyyətə təqdim olunub. Bu layihənin müzakirəyə verilməsinin məqsədi ictimaiyyəti yeni qaydalarla tanış etmək, ona münasibətini bildirmək üçün şərait yaratmaq, nəticədə layihə ilə bağlı fikirləri sonda nəzərə almaq olub.

Загрузка...
Həmçinin oxuyun:
Yeni orfoqrafiya lüğətinin istifadə vaxtı məlum oldu

İsa Həbibbəyli: AMEA-nın hazırladığı orfoqrafiya qaydaları ictimaiyyətin müzakirəsinə verilsin

Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hazırlanıb

Orfoqrafiya Komissiyasının mübahisəli QAYDALARI haqda son sözü Nazirlər Kabineti DEYƏCƏK

“Əsgər” sözü “əskər”, “alqı-satqı” isə “alğı-satqı” kimi yazılacaq -Rəsmən TƏSDİQLƏNDİ

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

Yeni orfoqrafiya lüğətinin tərtib olunması prinsiplərini Nazirlər Kabineti təsdiqləyəcək

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır - Yeni lüğət hazırlanır

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

Orfoqrafiya lüğətində ediləcək bəzi dəyişikliklər AÇIQLANIB

Akademik: “əsgər” sözünün “əskər” yazılması təklifi məqbul sayılıb

Allahla yanaşı, Tanrı, Rəbb sözləri də böyük hərflə yazılacaq - Yeni orfoqrafiya qaydaları

Alimlər əsgər və alqı-satqı sözünün necə yazılması ilə bağlı YEKUN QƏRARI VERDİ

Yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində iş aparılır

“Dilçilər dil məsələsini monopoliyaya çevirmək istəyirlər”  -Təhsil eksperti

Alimlər əsgər və alqı-satqı sözünün necə yazılması ilə bağlı - YEKUN QƏRARI VERDİ

Azərbaycanda 10 min söz lüğətdən çıxarılacaq

Azərbaycan dilində 60-dan çox sözün yazılışı dəyişə bilər

Media eksperti Dilçilik İnstitutunun qərarına qarşı çıxdı

"Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü" nəşr olundu

Orfoqrafiya lüğətinin onlayn versiyası hazırlanıb

Orfoqrafiq dəyişikliklərə dilçi alimdən sərt tənqid: "Mübahisələr doğuracaq"