AzTehsil.com


Xəbərlər / Psixoloq / Valideyn
20 iyun 2018
3 129


İmtahan zamanı şagirdlərə zərbə vuran səbəblər



İmtahan  zamanı  şagirdlərə   zərbə vuran  səbəblər

 

 
"Uşaqların imtahanda həyəcandan uzaq olması üçün əsas şərtlərdən biri valideynin imtahan haqqında onları  məlumatlandırmasıdır.Uşağı həddən artıq qorxutmaq, "bu sənin həyatının həll nöqtəsidir, imtahanda zəif yazsan, sənin həyatın bitdi” kimi sözlər demək olmaz. Şagirdin özünə də aşılamaq lazımdır ki, bu imtahan sadəcə, bir sınaqdır. 

Bu sözləri AzEdu.az-a açıqlamasında psixoloq İbrahim İbrahimov deyib. Onun sözlərinə görə, bu il imtahanda uğursuz olan şəxs  gələn il bir də verə bilər, itirəcək bir şey yoxdur: 

"İnsanı həyəcanlandıran faktorlardan biri itirmə qorxusudur. Bu istər iş görüşmələrində, istərsə də imtahan həyəcanında altda yatan əsas səbəbdir. İnsan iş görüşməsinə gedir, düşünəndə ki, "işi qazana bilməsəm hər şey bitdi” və s. onda daha çox həyəcanlanır. Başdan düşünəndə ki, "mənim üçün itirəcək bir şey yoxdur”, o zaman  özünü sərbəst aparar, heç kimdən də asılı olmaz, heç kimin yanında da sıxıntı keçirməz. Ona görə şagirddə həmin fikri oyatmaq vacibdir ki, imtahanda özünü sərbəst aparsın, əks halda, yüklənən zaman həyəcan keçirə, özünü itirə bilər”.

Psixoloq deyir ki, imtahan zamanı  yaşanan başqa səbəb isə  -valideynlərin səhvləri sayəsində - nəsillikcə imtahan verilən  binanın qarşısına yığışmaqdır. Bu da şagirddə böyük həyəcan hissinə səbəb olur ki, nə qədər insan onu müşayiət edir:

 "Qohumların tez-tez zəng vurub neçə bal toplamasını, imtahana necə hazırlaşdığını öyrənməsi də uşaqlara təsir edir. Bu, onu diqqət mərkəzində, sanki səhnə ortasında saxlamaq kimi bir şeydir. Bəzən, uşaq aşağı nəticə göstərdikdə intihar edir. Çünki insanlara cavab verməli, ona sual verənlərin üzünə baxmalı, qarşısına çıxmalıdır kimi düşünür. Amma onda fikir oyansa ki, bu, mənim üçün olan bir şeydir, öz seçimimi edirəm və bu da son demək deyil, mənim yaşım azdır gələn il də hazırlaşa bilərəm daha yaxşı olar. Və ya bal toplayım keçim fikri ilə yanaşmaqdan, işsiz qalmaqdan, sevmədiyi işlə məşğul olmaqdansa  bir – iki il də artıq hazırlaşıb hədəfə vurmaq, düzgün seçim etmək daha məntiqlidir. Ona görə burda imtahan həyəcanı minumuma enir.Əsassız olduğunu şagird dərk edir”. 

Qeyd edək ki, sabah IX və XI siniflərin buraxılıç imtahanıdır. Ümumilikdə 64800 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.
 

İmtahan  zamanı  şagirdlərə   zərbə vuran  səbəblər

 





Загрузка...
Həmçinin oxuyun:
Psixoloqdan abituriyent valideynlərinə ÇAĞIRIŞ: “Göstərdiyiniz təzyiq övladınızı uğursuzluğa aparır”

Psixoloqdan abituriyent valideynlərinə ÇAĞIRIŞ: “Göstərdiyiniz təzyiq övladınızı uğursuzluğa aparır”

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

Psixoloqdan abituriyent valideynlərinə irad: “Bu məsələ onlar üçün kölgədə qalıb”

Psixoloqdan abituriyent valideynlərinə irad: “Bu məsələ onlar üçün kölgədə qalıb”

Bir gündə ümumilikdə 76636 şagirdin imtahan verəcəyi nəzərdə tutulur

Bir gündə ümumilikdə 76636 şagirdin imtahan verəcəyi nəzərdə tutulur

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

İmtahanda həyəcanlanırsınız? - Elə isə...

İmtahanda həyəcanlanırsınız? - Elə isə...

İmtahan stressinin psixoloji xüsusiyyətləri

İmtahan stressinin psixoloji xüsusiyyətləri

İmtahan stressinin psixoloji xüsusiyyətləri - ƏLAMƏTLƏRİ NƏLƏRDİR?

İmtahan stressinin psixoloji xüsusiyyətləri - ƏLAMƏTLƏRİ NƏLƏRDİR?

Tədris olunmayan fəndən necə imtahan versinlər?

Tədris olunmayan fəndən necə imtahan versinlər?

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanları ilə bağlı narazılıqlara CAVAB VERDİ

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanları ilə bağlı narazılıqlara CAVAB VERDİ

Valideynin ölümünü uşağa necə deyək?

Valideynin ölümünü uşağa necə deyək?

Qucağında körpə uşaq, daşmış dağ çayını keçmək və imtahanda yüksək nəticə - Müəllimənin ibrətamiz imtahan mücadiləsi - VİDEO

Qucağında körpə uşaq, daşmış dağ çayını keçmək və imtahanda yüksək nəticə - Müəllimənin ibrətamiz imtahan mücadiləsi - VİDEO

Qeybət və Uşaqlarımız..

Qeybət və Uşaqlarımız..

DİM bu vakansiya üzrə imtahan keçirəcək

DİM bu vakansiya üzrə imtahan keçirəcək

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

"Bəzi lisey və gimnaziyaların birinci sinfə qəbul zamanı imtahan keçirmələri düzgün deyil"

"Bəzi lisey və gimnaziyaların birinci sinfə qəbul zamanı imtahan keçirmələri düzgün deyil"

"Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar"

"Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar"

“İmtahanda 4 bal toplayan müəllimlər də var” - Ekspert

“İmtahanda 4 bal toplayan müəllimlər də var” - Ekspert

Sabah rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək

Sabah rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək

Mən əgər bilsəydim ki, məni öldürəcəklər.......ŞƏHRİYYƏ QƏZƏNFƏRQIZI

Mən əgər bilsəydim ki, məni öldürəcəklər.......ŞƏHRİYYƏ QƏZƏNFƏRQIZI

Abituriyentlərin Nəzərinə-yalnız təhsili deyil, psixologiyanızı da düşünün...

Abituriyentlərin Nəzərinə-yalnız təhsili deyil, psixologiyanızı da düşünün...

56 yaşlı abituriyent də özünü sınayacaq... - Diqqət, imtahan var

56 yaşlı abituriyent də özünü sınayacaq... - Diqqət, imtahan var

İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ

İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ

Dərslərə necə hazırlaşmalı?

Dərslərə necə hazırlaşmalı?