AzTehsil.com


Xəbərlər
14 may 2018
3 849


DİM-dən Təhsil Nazirliyinə İRAD: "Müəllimlərin çoxunun peşəkarlıq səviyyəsi aşağıdır"



 

"Məktəblərin böyük qismində tədris normal aparılmır, müəllimlərin çoxunun peşəkarlıq səviyyəsi aşağıdır"
Ortastatistik abituriyent fənlər üzrə məktəb proqramının yalnız 30-52 faizini mənimsəyir.

Aztehsil.com-un  xəbərinə görə, bu Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi "Abitruiyent” jurnalının 12-ci sayında ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlərin Azərbaycan və rus bölmələri üzrə ayrılıqda orta statistik portreti müəyyənləşdirilib.

Belə ki, Azərbaycan bölməsində orta statistik abituriyent ana dili fənnindən test tapşırıqlarının 47.39, ədəbiyyatdan 49.24, riyaziyyatdan I, II qruplarda 31.31, III, IV qruplarda 34.31, fizikadan 40.31, kimyadan 37.36, biologiyadan 52.54, tarixdən 39.25, Azərbaycan tarixindən 38.32, coğrafiyadan 49.13, ingilis dilindən I qrupda 30.81, II, III qruplarda 37.38%-inə düzgün cavab verib . 

Rus bölməsində orta statistik abituriyent isə rus dili fənnindən test tapşırıqlarının 52.49, ədəbiyyatdan 49.21, riyaziyyatdan I, II qruplarda 33.52, III, IV qruplarda 35.25, fizikadan 41.52, kimyadan 39.81, biologiyadan 51.27, tarixdən 32.79, Azərbaycan tarixindən 32.42, coğrafiyadan 45.80, ingilis dilindən I qrupda 46.11, II, III qruplarda 50.64%-ni düzgün cavablandırıb:

"Abituriyentlərin cavab göstəricilərindən aydın olur ki, hər iki bölmədə orta statistik abituriyent fənlər üzrə testlərin yalnız 30-52 faizinə düzgün cavab verib. Test tapşırıqlarının məktəb proqramını tam əhatə etdiyini və qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, orta statistik məzun məktəb proqramının 48–70%-ni mənimsəmir. Bu isə ümumi təhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir. Odur ki, bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır. Qeyd olunanlarla yanaşı, abituriyentləri yüksək nəticələr qazanan qabaqcıl rayonların, məktəblərin, eləcə də öz yüksək nəticələri ilə fərqlənən müəllimlərin qabaqcıl təcrübəsi öyrənilməli və yayılmalıdır. Bunlar haqqında bir qədər sonra daha geniş məlumat veriləcək. Abituriyentlərin imtahan fənlərinə cavablarının orta statistik göstəriciləri qruplar üzrə aşağıdakı cədvəllərdə təqdim olunur”.(apa.az)



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda məzunlar məktəb proqramının 46-71%-ni mənimsəmirlər

Azərbaycanda məzunlar məktəb proqramının 46-71%-ni mənimsəmirlər

DİM I-IV qruplar üzrə ilk qəbul imtahanları ilə bağlı statistik məlumatları açıqlayıb

DİM I-IV qruplar üzrə ilk qəbul imtahanları ilə bağlı statistik məlumatları açıqlayıb

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

Ali məktəblərin boş qalan yerlərinə qruplar üzrə müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərin boş qalan yerlərinə qruplar üzrə müsabiqə şərtləri açıqlanıb

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Buraxılış və qəbul imtahanlarının proqramları “Abituriyent” jurnalının birinci nömrəsində yer alacaq

Buraxılış və qəbul imtahanlarının proqramları “Abituriyent” jurnalının birinci nömrəsində yer alacaq

Dövlət İmtahan Mərkəzi Azərbaycan dili fənnindən test imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi Azərbaycan dili fənnindən test imtahanı keçirəcək

Bu il kolleclərin ən yüksək və ən aşağı keçid ballı ixtisasları açıqlanıb

Bu il kolleclərin ən yüksək və ən aşağı keçid ballı ixtisasları açıqlanıb

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

Bu ixtisaslar üzrə plan yerlərinin hamısı boş qaldı -Məleykə Abbaszadə

Bu ixtisaslar üzrə plan yerlərinin hamısı boş qaldı -Məleykə Abbaszadə

Bu müəllimlərin əməkhaqqı yeni ildən etibarən artırılacaq

Bu müəllimlərin əməkhaqqı yeni ildən etibarən artırılacaq

Ali məktəblərə qəbul olmuş abituriyentlərin siyahısı çap olunub

Ali məktəblərə qəbul olmuş abituriyentlərin siyahısı çap olunub

İmtahanlara hazırlaşanlara yeni XƏBƏR: qəbul proqramları təsdiqləndi

İmtahanlara hazırlaşanlara yeni XƏBƏR: qəbul proqramları təsdiqləndi

Abituriyentlərin nəzərinə- Qəbul imtahanlarında dəyişiklik olacaq?

Abituriyentlərin nəzərinə- Qəbul imtahanlarında dəyişiklik olacaq?

Dövlət İmtahan Mərkəzi test tapşırıqlarının hazırlanması işinə mütəxəssis qəbulu elan edir

Dövlət İmtahan Mərkəzi test tapşırıqlarının hazırlanması işinə mütəxəssis qəbulu elan edir

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edildi

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edildi

23124 abituriyent üçün sınaq imtahanı başa çatdı

23124 abituriyent üçün sınaq imtahanı başa çatdı

Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların tədris planları təsdiqlənib

Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların tədris planları təsdiqlənib

Hansı abituriyentlərin imtahan nəticələri ləğv olunub?

Hansı abituriyentlərin imtahan nəticələri ləğv olunub?

Kolleclərə tələbə qəbulu elan edilib

Kolleclərə tələbə qəbulu elan edilib

"Azərbaycan dili" imtahanında "məqbul" alan 59 abituriyent bu il müsabiqəyə imtahansız buraxılacaq

"Azərbaycan dili" imtahanında "məqbul" alan 59 abituriyent bu il müsabiqəyə imtahansız buraxılacaq

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

Bugünkü imtahanda qayda pozan abituriyentlərin nəticələri ləğv olundu

Bugünkü imtahanda qayda pozan abituriyentlərin nəticələri ləğv olundu

“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub