Azərbaycanlılar ən çox hansı xəstəlikdən ölürlər?
Azərbaycanda əhali arasında ölümün əsas səbəbi açıqlanıb.
Aztəhsil.com xəbər verir ki, bu barədə deputat Rəşad Mahmudov Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə əsasən, 2017-ci ildə Azərbaycanda vəfat edənlərin 57,8 faizi ürək çatışmazlığından dünyasını dəyişib.
Deputat qeyd edib ki, bu sahədə ciddi tədbirlər görülməlidir.