Dövlət qulluğuna qəbul imtahanlarının hər ay keçirilməsi nəzərdə tutulur
Qanunvericiliyə əsasən, artıq dövlət qulluğuna qəbul imtahanlarının hər ay keçirilməsi nəzərdə tutulur.
Aztəhsil.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dekabrın 25-də bu qurumun saytının təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, dövlət qulluğuna qəbul imtahanlarında iştirak edənlərin sayı vakant yerlərin sayından iki dəfə çox olmalıdır. Belə olduqda rəqabət mühiti yaranar.
"Amma hazırda bu müşahidə olunmur. Bu gün ümumilikdə dövlət qulluğu üzrə DİM-ə 1461 vakant yer təqdim olunub”.