BDU-nun Hüquq fakültəsinin tələbələri kiçik çaplı odlu silahdan atışlara cəlb edilib
"Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin birgə təşəbbüsü və Cəmiyyətin təşkilatçılığı ilə tələbələrin Kriminalistika və məhkəmə ekspertizası fənnləri üzrə əldə etdikləri nəzəri bilikləri təcrübi baxımdan daha da möhkəmləndirmək, bununla yanaşı onlarda mənəvi-psixoloji hazırlığı, silahdan davranış əsaslarının formalaşdırılması, hədəfi dəqiq vurmaq qabiliyyətinin artırılması, döyüşə hazırlıq keyfiyyətlərinin yüksəldilməsi və hərbi vətənpərvərliyin təbliği məqsədi ilə Cəmiyyətin 25 metrlik atıcılıq tirində kiçik çaplı odlu silahdan atış təlimlərinə start verilib.
Bu kimi maarifləndirici-praktiki təlimlər ordu və cəmiyyət arasında əlaqələndirici təşkilat olaraq "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin xüsusən gənclərlə həyata keçirdiyi layihələrinin davamıdır. Bu gün torpaqları düşmən işğalından azad etmək üçün bu mənada ölkə gənclərinin kifayət qədər hazırlıqlı olması şərtdir.
İlkin mərhələ 300 nəfər tələbənin iştirakını əhatə edir.
Hərbi vətənpərvərlik və çağırışadək hazırlıq şöbəsi
(012) 597 25 88, (055) 409 02 82