Xəbərlər / İKT / Texnologiya
20 dekabr 2017
2 258


Facebookdan YENİ FUNKSİYA - icazəsiz foto paylaşımına...

Facebookdan YENİ FUNKSİYA - icazəsiz foto paylaşımına...

 "Facebook” sosial şəbəkəsi yeni funksiya istifadəyə verib.

 

Məlumata görə, bundan sonra istifadəçilər onların xəbəri olmadan fotolarının paylaşıldığını öyrənə biləcəklər. Yəni başqa bir istifadəçi digərinin fotosunu yükləyib, onu etiketləməsə, sosial şəbəkə bu haqda həmin istifadəçiyə məlumat verəcək. İstifadəçi bu halda 3 yoldan birini seçə bilər: özünü həmin fotoya etiketləmək, reaksiya verməmək və ya fotonu şikayət etmək.


"Biz doğrudan da uzun müddət bunu privat məsələ saymışıq. Əgər kimsə sizinlə fotosunu yayırsa, siz bunu bilməlisiniz. Artıq istifadəçilər paylaşılan fotolarını görə və onu yayanla əlaqə saxlaya bilirlər”, - deyə "Facebook”un gizliliyə cavabdeh olan bölməsinin rəhbəri Rob Şerman bildirib.

Məqalə Göndər








Загрузка...