Xəbərlər / Texnologiya
03 noyabr 2017
2 248


“Facebook” insanları dinləyir?– ŞOK İTTİHAM

İstifadəçilər kütləvi şəkildə "Facebook”u telefon danışıqlarını dinləməkdə ittiham ediblər.


Məlumata görə, istifadəçilər bildirirlər ki, sosial şəbəkə əldə etdiyi məlumatlardan öz reklam siyasətində yararlanır.


"Facebook”un vitse-prezidenti Rob Qoldman ittihamlara cavab verib. "Mən "Facebook”da reklama baxıram. Biz sizin mikrofonlarınızdan reklam üçün istifadə etmirik və heç vaxt istifadə etməmişik”, – deyə o, bildirib.


Bəzi istifadəçilər isə qəribə təsadüflərlə qarşılaşdıqlarını deyirlər. "Biz otaq yoldaşlarımızla klinik sınaqlarda iştirak etmək barədə müzakirə aparırdıq. Bir qədər sonra biz "Facebook”da klinik sınaqlar barədə reklam gördük”, – deyə bir nəfər yazıb. Digəri isə qeyd edib ki, evində pişik saxlamaq istəyib:

 

"Mən bu haqda heç nə yazmamışdım. Lakin pişik yeməyi barədə bildirişlər almağa başladım”.







Загрузка...