Xəbərlər, İKT, Texnologiya
05 dekabr 2017

"Facebook"dan valideynlərə yeni imkan -Uşaqlarınızı...

"Facebook" şirkəti yeni "Messenger Kids" proqramını istifadəyə verir.

 

Aztəhsil.com xəbər verir ki, yeni əlavə valideynlərə bir sıra imkanlar verəcək. Belə ki, bu əlavə uşaqların kiminlə ünsiyyət qurmasına nəzarət etmək imkanı yaradır.

 

Sosial şəbəkənin saytında dərc edilmiş məlumatda bildirilir ki, təqdim edilən əlavə vasitəsi ilə uşaqlar təhlükəsiz şəkildə öz ailələri və dostları ilə ünsiyyət qura biləcək.

 

"Messenger Kids" proqramı validenlərin akauntu vasitəsilə nəzarət olunur və beləliklə uşaqlar yalnız validenlər tərəfindən təsdiq edilmiş şəxslərlə əlaqə qura biləcək.

 

Yeni əlavədə reklam yerləşdirilməyəcək.



Загрузка...
loading...