Xəbərlər / İKT / Texnologiya
30 noyabr 2017
3 692


“İnstagram”da başqalarının şəkil və yazılarını paylaşmaq MÜMKÜN OLACAQ

"İnstagram” istifadəçiləri digər insanların şəkil və yazılarını paylaşa biləcəklər. 


Məlumata görə, test rejimində bir çoxları əlavədə bu funksiyanı müşahidə ediblər.


Bundan öncə insanlar yazıları öz divarlarında dərc edə bilmirdilər. Bunun üçün bir neçə əməliyyat etmək lazım gəlirdi. Digər şəkil və videonu dərc etmək üçün istifadəçi gərək onu öz cihazına yükləyər, sonra isə şəxsi səhifəsində dərc edərdi. İstifadəçilər bu çətinliklərdən şikayətlənirdi. Artıq "Instagram” repost, yəni öz səhifəndə paylaşmaq funksiyasını yaratmaq qərarına gəlib.


Test rejimində "Regam” düyməsi yaradılıb ki, bununla da bir toxunuşla digər istifadəçinin yazısını paylaşmaq mümkün olacaq. Test rejimində əlavədə GİF materiallar, həmçinin müvəqqəti şəkilləri bir albomda qruplaşdırmaq mümkün olub.  


Qeyd edək ki, istifadəçilər ayrı-ayrı qruplara dostlar əlavə edə biləcəklər. Sonradan isə "WhatsApp” messencerinin köməyi ilə şəkilləri bölüşəcəklər. Yenilənmənin tam versiyasının nə zaman işə düşəcəyi barədə hələlik məlumat yoxdur. 

Məqalə Göndər








Загрузка...