AzTehsil.com


Xəbərlər / İKT / Texnologiya
18 noyabr 2017
2 327


“iPhone X”la bağlı 2 problem həll edildi



"Apple” korporasiyası lokal proqram yenilənməsi (11.1.2) həyata keçirərək "iPhone X” smartfonlarında müşahidə olunan 2 problemi həll edib.

 

Məlumata görə, əsas yenilik budur ki, "iPhone X” ekranı bundan sonra 0 dərəcədən aşağı temperaturda donmayacaq. Bu, bir çox istifadəçinin əsas şikayəti idi. Belə ki, cihaz aşağı temperaturlu yerlərdə barmaq toxunuşlarına reaksiya vermirdi. Şirkətdən bildirilib ki, cihazın istismarının temperatur diapazonu 0-35 dərəcə arasındadır.  

 

Bundan başqa, "Live Photo” və video ilə bağlı təhrif verən qüsur da aradan qaldırılıb.




Загрузка...