AzTehsil.com


Xəbərlər
14 noyabr 2017
3 033


“Ölkəmizi tanıyaq”: Cənub bölgəsi ilə tanışlıq



“Ölkəmizi tanıyaq”: Cənub bölgəsi ilə tanışlıq

Gəncə şəhərinin, eləcə də Qazax, Ağstafa, paytaxtın Yasamal və Nəsimi rayonlarının məktəbliləri "Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Lənkəranla tanışlıqdan sonra noyabrın 13-də Masallı və Astara rayonlarına ekskursiya ediblər.


Masallıda məktəbliləri rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar. Masallı şəhərindəki Heydər Əliyev Parkında məktəblilər qarşısında çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova "Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, cənub bölgəsinə səyahət edən şagirdlərə xoş arzularını çatdırıb.


Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra qlobal layihələr barədə məktəblilərə məlumat verən A.Qafarova bildirib ki, 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə "Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın yeni neft strategiyasının başlanğıcı hesab olunur. Bu strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyevin iştirakı ilə bu il sentyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində imzalanan "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının birgə işlənməsinə dair saziş isə "Yeni əsrin müqaviləsi” adlandırılır.

 

Yeni müqaviləyə görə, AÇG-dən 2050-ci ilədək çıxarılacaq neftdən gələn gəlirlər ölkəmizin sosial-iqtisadi inkişafını daha da sürətləndirəcək. Diqqətə çatdırılıb ki, son illər Azərbaycanda nəqliyyat infrastrukturuna böyük investisiya yatırılır. Bu il oktyabrın 30-da açılışı olan və qitələri birləşdirən, dəmir İpək yolu adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu ilə Londondan Pekinədək qatarlar hərəkət edəcək, yük və sərnişin daşınacaq. Bu layihənin təkcə iqtisadi deyil, həm də geostrateji əhəmiyyəti var.


Məktəblilər Ümummilli Liderin parkda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar. Sonra tur-aksiya iştirakçıları Masallı Uşaq İncəsənət Məktəbinə gəliblər. Diqqətə çatdırılıb ki, 1979-cu ildən fəaliyyət göstərən məktəbin yeni binası ötən il sentyabrın 3-də Prezident İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilib.


Masallı Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub. Muzeyin direktoru Əntiqə Tağıyeva bildirib ki, Prezident İlham Əliyev 2016-cı il sentyabrın 3-də Masallıya səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.

 

Muzeydə 5 ekspozisiya zalı yaradılıb. Ekspozisiyalarda Masallının tarixi, bu ərazidə tapılan qədim əşyalar, ümumiyyətlə, rayonun həyatı ilə bağlı məlumatlar toplanıb. Muzeydə 7 mindən çox eksponat mövcuddur və onlardan 2 mini ekspozisiya zallarında nümayiş etdirilir.


Məktəblilər "ASAN həyat” kompleksindəki "ASAN xidmət” və ABAD Mərkəz, İncəsənət Məktəbi və kinoklubla tanış olub, "İntellektual Mərkəz”də Masallı məktəblilərinin "Breyn-rinq” yarışmasını izləyiblər.


Masallıdakı Bayraq Meydanı və Azərbaycan Dövlət Rəmzləri Muzeyi ilə tanışlıq da şagirdlərdə zəngin təəssürat doğurub. Tur-aksiya iştirakçıları günün ikinci yarısında Astara rayonuna səyahət ediblər.


Astarada məktəbliləri rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri qarşılayıblar. Rayon icra hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova "Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilən tur-aksiyaların məktəblilərin dünyagörüşünün formalaşmasındakı rolundan danışaraq bildirib ki, Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin çox böyük payı var.


Qeyd olunub ki, ölkəmizdə qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət yetirilir. Bu baxımdan Lənkəran, Astara, Masallı rayonları ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur. Cənub bölgəsi sitrus bağları, çay və çəltik plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir.


Bu il sentyabrın 3-də Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələr, bu sahələrin dirçəldilməsi ilə əlaqədar imzalanan Sərəncam ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm rol oynayır.

 

Bu sahələrin dirçəldilməsi üçün mövcud potensialın qorunub saxlanılması, həmçinin çəltikçilik, sitrus meyvəçilik, çayçılıq və cins heyvandarlıq təsərrüfatlarının, çəltik və çay emalı müəssisələrinin, sitrus meyvələrinin saxlanılması üçün logistik mərkəzin yaradılması nəzərdə tutulur.


Şagirdlərə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilib, Azərbaycan Ordusunun aprel zəfərindən söz açılıb. Məktəblilər Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətini, böyük rəhbərin Astara rayonuna səfərlərini əks etdirən eksponatlar və fotoşəkillərlə böyük maraqla tanış olublar.


Sonra tur-aksiya iştirakçıları Astara şəhərində, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksinə gəliblər. Məlumat verilib ki, 2014-cü ildə 6 hektar ərazidə salınmış park-bulvar kompleksinin ərazisi 9 hektar artırılaraq 15 hektara çatdırılacaq.

 

İran İslam Respublikası ilə dövlət sərhədinə qədər sahil boyunca inşa edilən park-bulvar kompleksinin yeni ərazisində tikiləcək Bayraq Meydanı, mehmanxana və hotellər, idman və müxtəlif əyləncə mərkəzləri, xidmət obyektləri Astara şəhərinə xüsusi gözəllik verəcək. Parkın əvvəlki hissəsindən fərqli olaraq yeni ərazidə dəniz sahilinə çıxışlar da olacaq.


Park-bulvar kompleksi ilə tanışlıqdan sonra tur-aksiya iştirakçıları rayonun Ərçivan kəndindəki "Yanar bulaq”da suyun alovlanmasını böyük maraqla izləyiblər. Məktəblilər "Astaraçay” MMC-nin çay fabrikində çay emalı prosesi, eləcə də burada yaradılmış "Çay muzeyi”ndə nümayiş etdirilən eksponatlarla tanış olublar.


Masallı və Astara rayonları ilə tanışlıqdan sonra şagirdlər Lənkəran rayonuna qayıdıblar. Həmin gün tur-aksiyanın Şəmkir, Gədəbəy, Samux və Daşkəsən rayonlarından olan iştirakçıları Lənkəran rayonuna səyahət ediblər.


Məktəblilər Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində, Gənclər Mərkəzində, Rayon Tarix-Diyarşünaslıq Muzeyində, "Qoşa Qala Qapıları” meydanında, "Dairəvi Qala”da, "Mayak” binasında, general Həzi Aslanovun ev-muzeyində, Bayraq Meydanında, Hirkan Milli Parkında, çay plantasiyasında və sitrus meyvə bağlarında olublar.

 

Şam yeməyindən sonra tur-aksiyanın iştirakçıları Lənkərandakı "Şah sarayı”nda musiqili-əyləncəli proqramda iştirak ediblər.




Загрузка...
Həmçinin oxuyun:
Ağstafa məktəbliləri "Ölkəmizi tanıyaq" lahiyəsi üzrə “Ağstafa – Lənkəran – Lerik- Masallı- Astara- Ağstafa” marşrutu üzrə ekskursiyaya yola düşüblər

Ağstafa məktəbliləri "Ölkəmizi tanıyaq" lahiyəsi üzrə “Ağstafa – Lənkəran – Lerik- Masallı- Astara- Ağstafa” marşrutu üzrə ekskursiyaya yola düşüblər

Şabranlı şagirdlər cənub bölgəsinə ekskursiyaya gediblər

Şabranlı şagirdlər cənub bölgəsinə ekskursiyaya gediblər

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Zaqatala rayon məktəbliləri şimal-qərb bölgəsinə səfərə yollanıblar

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Zaqatala rayon məktəbliləri şimal-qərb bölgəsinə səfərə yollanıblar

"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Göygöl məktəbliləri şimal bölgəsinə səfərə yollanıblar

"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Göygöl məktəbliləri şimal bölgəsinə səfərə yollanıblar

Ağstafa məktəbliləri üçün ekskursiyalar təşkil edilib

Ağstafa məktəbliləri üçün ekskursiyalar təşkil edilib

Mikayıl Cabbarov Lənkəranda vətəndaşları qəbul edib

Mikayıl Cabbarov Lənkəranda vətəndaşları qəbul edib

"Ölkəmizi tanıyaq" layihəsində iştirak edəcək şagirdlərlə görüş keçirilib

"Ölkəmizi tanıyaq" layihəsində iştirak edəcək şagirdlərlə görüş keçirilib

Təhsil naziri Yardımlı şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Yardımlı şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Tovuzda vətəndaşları qəbul edib

Təhsil naziri Tovuzda vətəndaşları qəbul edib

Ağstafa rayon A.Abdullayev adına 2 saylı tam orta  məktəbində Tarix-Diyarşünaslıq  muzeyi fəaliyyət göstərir

Ağstafa rayon A.Abdullayev adına 2 saylı tam orta məktəbində Tarix-Diyarşünaslıq muzeyi fəaliyyət göstərir

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Həştərxandakı Heydər Əliyev adına məktəbdə Bilik günü qeyd olunub

Həştərxandakı Heydər Əliyev adına məktəbdə Bilik günü qeyd olunub

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

İsmayıllı məktəbliləri Dövlət Bayrağı Gününü qeyd ediblər

İsmayıllı məktəbliləri Dövlət Bayrağı Gününü qeyd ediblər

Prezident Bakıda 257 nömrəli məktəbin yeni korpusunun açılışında iştirak edib - YENİLƏNİB

Prezident Bakıda 257 nömrəli məktəbin yeni korpusunun açılışında iştirak edib - YENİLƏNİB

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfər edilib

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfər edilib

Prezident İlham Əliyev 212 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev 212 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

BDU-nun son Elmi Şurası Qubanın II Nügədi kəndində keçirildi

BDU-nun son Elmi Şurası Qubanın II Nügədi kəndində keçirildi

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

Astarada 24 yaşlı gənci bıçaqlayan məktəbli saxlanılıb - YENİLƏNİB-1

Astarada 24 yaşlı gənci bıçaqlayan məktəbli saxlanılıb - YENİLƏNİB-1

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı