AzTehsil.com


Xəbərlər
18 aprel 2017
2 832


Ağstafa məktəbliləri üçün ekskursiyalar təşkil edilib



Ağstafa məktəbliləri üçün ekskursiyalar təşkil edilib

 

Aprelin 18-i Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Ağstafa Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin Heydər Əliyev Mərkəzinə və "Azərbaycan” parkına ekskursiyaları təşkil olunub.
 
Ekskursiyaların təşkil olunmasında məqsəd məktəblilərin diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltmək, Azərbaycan və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə biliklərinin artırılmasına kömək etmədir.
 
Ekskursiya zamanı məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Mərkəzin əməkdaşları şagirdlərə ümummilli liderin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatları təqdim ediblər.
 

Ağstafa məktəbliləri üçün ekskursiyalar təşkil edilib

 

Sonra məktəblilər Heydər Əliyev Mərkəzində nümayiş etdirilən qədim Azərbaycan xalçalarından ibarət ilə guşə ilə tanış olublar.
 
Daha sonra Azərbaycan xəritəsi formasında inşa edilən "Azərbaycan” parkına ekskursiya ediblər. Burada şagirdlər  Azərbaycan haqqında olduqca maraqlı məlumatlar əldə edirlər. Parkdakı abidələrlə tanışlıq məktəblilərdə böyük təəssürat yaradıb.
 
Nəcibə Vəliyeva(Ağstafa təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)



Загрузка...