AzTehsil.com

Xəbərlər
11 noyabr 2017
4 372

Məktəblərdə istilik PROBLEMİ - QIŞ MÖVSÜMÜNƏ KEÇİD...

Havaların soyuq və yağmurlu keçməsi ilə əlaqədar məktəblərə vaxtından əvvəl istiliyin verilməsi ilə bağlı məsələ diqqət mərkəzindədir.

Məlumdur ki, payız-qış mövsümünə keçid ölkəmizdə noyabrın 15-dən hesablanır.

Ümumiyyətlə, maraqlıdır, məktəblərdə istilik sistemi necə qurulmalıdır? Ümumtəhsil məktəblərində istilik sisteminə baxan işçilər kimlərdir və məktəblərdə neçə ştat vahidi işçilər var?

Sözügedən məsələ ilə bağlı  "Karyera” Tədris və Araşdırmalar Mərkəzinin direktoru, tanınmış təhsil eksperti Elşən Qafarov Aztəhsil.com-a açıqlamasında məktəblərdə istilik sistemilə bağlı hansı ştatların olmasından danışıb.

O, bildirib ki, ölkəmizdə hər il noyabrın 15-dən aprelin 15-ə qədər qış mövsümü, aprelin 16-dan noyabrın 14-nə qədər isə yay mövsümü sayılır:

"Noyabrın 15-dən başlayaraq bütün müəssisələrdə, o cümlədən də ümumtəhsil müəsisələrində istilik sistemi işə salınır. Ümumtəhsil məktəblərinin ştat cədvəli haqqında normalara uyğun olaraq mərkəzləşmiş qaydada istilik sistemilə təyin olunmuş məktəblərdə heç bir istilik sistemilə bağlı olaraq ocaqçı vəzifəsi yoxdur. Yəni mərkəzləşmiş qayda deyərkən, Azəristilik Açıq Səhmdar Cəmiyyətinin istiliklə təyin etdiyi müəssisələrə konkret olaraq istiliyə görə  Azəristilik Açıq Səhmdar Cəmiyyəti baxır. 

Məktəblərdə fərdi tipli qazanxalar varsa, onlar qaz və ya dizel yanacağı ilə işə salınır. Bu zaman noyabrın 15-dən başlayaraq məktəblərdə üç ştat ocaqçı vəzifəsi olur. Həmin vəzifələrdə konkret olaraq məktəb direktoru tərəfindən növbəli iş sistemi yaradılır. Aprel ayının 15-də qış mövsümü bitdikdə ocaqçılardan ikisi müddətli əmək müqaviləsiylə işə götürüldüyü üçün qış mövsümünün başa çatması ilə əlaqədar olaraq işdən azad olunur. Bir nəfər isə yarımştat olaraq yay dövründə qazanxanada olan avadanlığa baxmaq üçün saxlanılır. Onun əsas işi isə yayda vaxtaşırı olaraq qazanxanada olan inventarlara nəzarət etmək və onları saz vəziyyətdə saxlamaqdan ibarətdir. 

Artıq növbəti il noyabrın 15-də yenidən ocaqçıların sayı üç ştata çatdırılır. Bölgələrdə isə sobaynan qızdırılan məktəblərdə hər beş sobaya yarım ştat ocaqçı vəzifəsi düşür. Aprel ayının 15-də qış mövsümünün bitməsi ilə əlaqədar bütün ocaqçılarla müddətsiz əmək müqaviləsinə xitam verilir, yanlız bir nəfər 0,5 ştat ilə ocaqçı vəzifəsi saxlanılır”. 

Ekspertin fikrincə, ölkəmizin yerləşdiyi iqlim mühitinə uyğun olaraq qış mövsümünün 15 noyabrdan başlaması ümumtəhsil məktəblərində birçox problemlər yaradır:

"Oktyabrın 10-15 dən sonra havalar soyuyur, temperatur kəskin aşağı düşür. Bu kəskin hava şəraiti mart ayının 15-nə qədər davam edir. Bu baxımdan da düşünürəm ki, qış mövsümünün ümumtəhsil məktəblərində tətbiqi oktyabrın 15-dən başlanmalı martın 15-nə qədər davam etməlidir. Bildiyimiz kimi martın 16-da yaz tətili başlayır bundan sonra isə martın son günlərində əsasən havalar çox isti olur və sobaların qızdırılmasına, qazanxana istiliyinin işlənməsinə çox da ehtiyac qalmır. Amma əksinə, oktyabr ayında isə çox böyük ehtiyac olur. Təhsil işçiləri də çox gözəl bilirlər ki, oktyabrdan başlayaraq məktəblərdə soyuq olması nəticəsində qrip və su çiçəyinin yayılması dövrü başlanır. Bu onunla bağlıdır ki,  həmin dövrdə məktəblər çox soyuq olur.

Yaxşı olardı ki, ən azı ümumtəhsil məktəblərində, eləcə də məktəbəqədər təhsil müəssisələrində istilik sisteminin verilməsi oktyabr ayının 15-dən başlasın, mart ayının 15-nə qədər davam etsin”.

Загрузка...
Həmçinin oxuyun:
Qış mövsümü oktyabrın 1-dən başlansa, təhsil müəssisələrində...

Qış mövsümü oktyabrın 1-dən başlansa, təhsil müəssisələrində...

Təhsil İdarəsindən məktəblərin istilik təchizatı ilə bağlı AÇIQLAMA

Təhsil İdarəsindən məktəblərin istilik təchizatı ilə bağlı AÇIQLAMA

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

Bu gün hansı məktəblərdə istilik təminatında problemlər yaranıb? - RƏSMİ CAVAB

Bu gün hansı məktəblərdə istilik təminatında problemlər yaranıb? - RƏSMİ CAVAB

Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, litseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları

Təhsil müəssisələrində 665 artıq ştat aşkarlanıb

Təhsil müəssisələrində 665 artıq ştat aşkarlanıb

Noyabrın 1-dən şagirdlərin sayı “Şagird-məzun” sisteminə daxil ediləcək

Noyabrın 1-dən şagirdlərin sayı “Şagird-məzun” sisteminə daxil ediləcək

Təhsil Nazirliyi bölgələrdəki təhsil müəssisələrində pozuntular aşkarlayıb

Təhsil Nazirliyi bölgələrdəki təhsil müəssisələrində pozuntular aşkarlayıb

Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

Soyuq hava şəraiti ilə əlaqədar şagirdlərin davamiyyəti aşağı düşüb

Soyuq hava şəraiti ilə əlaqədar şagirdlərin davamiyyəti aşağı düşüb

Yağmurlu hava Bakı məktəblərindəki davamiyyətə təsir göstəribmi?

Yağmurlu hava Bakı məktəblərindəki davamiyyətə təsir göstəribmi?

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Bu direktor, direktor müavinləri dərs deyə bilməyəcək

Bu direktor, direktor müavinləri dərs deyə bilməyəcək

Səbail rayonunun məktəblərində təmir işləri aparılır

Səbail rayonunun məktəblərində təmir işləri aparılır

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

Məktəblilər payız tətilinə nə vaxt buraxılacaq?

Məktəblilər payız tətilinə nə vaxt buraxılacaq?

Direktorları ciddi sınaq gözləyir

Direktorları ciddi sınaq gözləyir

Bəs digər ölkələrdə təhsil ili nə vaxt başlayır?

Bəs digər ölkələrdə təhsil ili nə vaxt başlayır?

Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR

Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR

DİQQƏT! Təhsil Nazirliyindən AÇIQLAMA: "Sentyabrın 8-nə qədər bütün məktəblərdə..."

DİQQƏT! Təhsil Nazirliyindən AÇIQLAMA: "Sentyabrın 8-nə qədər bütün məktəblərdə..."

Məktəbdə rəhbər işçilərin həftəlik dərs saatları NORMALARI

Məktəbdə rəhbər işçilərin həftəlik dərs saatları NORMALARI

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair 1997-ci il Təlimatı

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair 1997-ci il Təlimatı

Direktorları ciddi sınaq gözləyir

Direktorları ciddi sınaq gözləyir

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat-  Bu təlimat 1 yanvar 1997-ci ildən tətbiq edilir.

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat- Bu təlimat 1 yanvar 1997-ci ildən tətbiq edilir.