Valideynlərinin imtina etdiyi məktəbli: “Ali təhsil almaq istəyirəm” - VİDEO
“Atamla anam boşandı, daha sonra ikisi də ayrı-ayrı adamlarla evləndilər, məndən imtina etdilər”.
Bu sözləri APA TV-yə müsahibəsi zamanı 17 yaşlı Fərid deyib.
O bildirib ki, ali təhsil almaq üçün kömək istəyir.
“10-cu sinifdə oxuyuram. Dərsdən sonra ofisiant işləyib, özümü dolandırmağa çalışıram. Ali təhsil almaq, alman dilini öyrənmək istəyirəm. Seçdiyim qrup üzrə məni pulsuz hazırlaşdıracaq müəllimlər olsa, çox sevinərəm”, - deyə o bildirib.
Daha ətraflı süjetdə:
https://baku.tv/dunyaa/hec-kimi-yoxdu-pulsuz-hazirlasdiracaq-muellim-axtarir