Payız sessiyası üzrə 3827 tələbəyə təhsil krediti verilib
Cari tədris ilinin payız sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edən tələbələrin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan bildirilib ki, bu günə qədər 6677 nəfər kredit almaq üçün müraciət edib.
Onlardan 901 nəfərin müraciəti natamam olub, 654 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 715 nəfərin müraciətinə imtina cavabı verilib, 580 nəfərin müraciəti isə banka yönləndirilib.
2022-2023-cü tədris ilinin payız sessiyası üzrə 3827 nəfərə TTK verilib. Onların arasından 1463 nəfərin müraciəti sosial TTK, 2364 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.