Azərbaycanda cinsi zorakılıqla bağlı məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək
Azərbaycanda cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək.
Bununla bağlı “Təhsil haqqında” qanuna yeni – 36-1.2.5-ci bənd əlavə olunur.
Yeni bəndə əsasən, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.