AzTehsil.com


Xəbərlər / Müəllim
02 may 2020
6 591


Pedaqoji fəaliyyəti qadağan edilən şəxslər müəyyənləşdi - QƏRAR



 

Nazirlər Kabineti "Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nı təsdiq edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, "Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası” təsdiq edilib.

Bu Qayda "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 36-1.1-ci və "Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və pedaqoji fəaliyyətlə məşğul olma qaydasını müəyyən edir.

Bu Qaydanın tələbləri Qanunun 2.3-cü maddəsi nəzərə alınmaqla Azərbaycan Respublikasının bütün ümumi təhsil müəssisələrinə şamil edilir.

Müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər.

Bu Qaydanın 3.2-ci və 3.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislərin də pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ vardır.

Qanunun 36-1.2-ci maddəsinə uyğun olaraq, aşağıdakı şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər:

- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslər;

- ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər;

- fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 57 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi "Müəllimlərin etik davranış qaydaları”nı pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.

Bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində göstərilən şəxslər pedaqoji fəaliyyətlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddəsinə uyğun olaraq, təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası ilə müəyyən edilmiş ixtisas tələblərinə əsasən məşğul ola bilərlər.

Pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislərin yalnız bu Qaydanın əlavəsi ilə müəyyən edilmiş ümumtəhsil fənlərinin tədrisi üzrə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ vardır.

Bu Qaydanın 3.2-ci bəndində göstərilən halda pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislər baza təhsilindən asılı olaraq pedaqogika, psixologiya və təlim strategiyaları ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən təşkil olunan müvafiq ödənişsiz təlim kurslarına cəlb olunurlar. Təlim kurslarının keçirilməsi vaxtı, yeri, davametmə müddəti və digər şərtləri Nazirlik tərəfindən müəyyən edilir və bu barədə Nazirliyin rəsmi internet səhifəsində məlumat yerləşdirilir. Təlim kurslarını başa vurmuş şəxslərə forması Nazirlik tərəfindən müəyyən edilən sertifikat verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın 6.3-cü bəndinə əsasən, kənd rayonlarında yerləşən dövlət ümumi təhsil müəssisələrində kadr çatışmazlığı olduqda, məzmun və mahiyyət etibarilə uyğun fənlərin (kimya-biologiya, biologiya-kimya, fizikariyaziyyat, riyaziyyat-fizika, riyaziyyat-informatika, informatikariyaziyyat, tarix-coğrafiya, coğrafiya-tarix) müvafiq fənn müəllimi tərəfindən tədrisinə Nazirliyi məlumatlandırmaqla, təhsil müəssisələri tərəfindən yol verilir.

Pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan şəxslərin dövlət ümumi təhsil müəssisələrinə qəbulu Nazirlik tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən aparılır.

Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) ümumi təhsil pilləsində tədris olunan fənlərə uyğunluğu
 
 
Sıra №siTəsnifat üzrə ixtisasların (proqramların) şifri və adıİxtisasın uyğun gəldiyi ümumtəhsil fənni
123
Humanitar və sosial ixtisaslar qrupu
1.050201Filologiya (dil və ədəbiyyat göstərilməklə)dil və ədəbiyyat
2.050206Tarixtarix
Mədəniyyət və incəsənət ixtisaslar qrupu
3.050303İnstrumental ifaçılıqmusiqi
4.050304Solo oxumamusiqi
5.050305Dirijorluqmusiqi
6.050306Bəstəkarlıqmusiqi
7.050307Musiqişünaslıqmusiqi
8.050309Estrada sənətimusiqi
9.050310Xalq çalğı alətləri ifaçılığımusiqi
10.050312Dekorativ sənəttəsviri incəsənət
11.050318Rəngkarlıqtəsviri incəsənət
12.050319Qrafikatəsviri incəsənət
13.050321Dizayntəsviri incəsənət
Təbiət ixtisasları qrupu
14.050501Riyaziyyatriyaziyyat
15.050502Mexanikafizika, riyaziyyat
16.050503Fizikafizika
17.050504Kimyakimya
18.050505Biologiyabiologiya
19.050506Coğrafiyacoğrafiya
20.050509Kompüter elmləriinformatika
Texniki və texnoloji ixtisaslar qrupu
21.050627Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyiinformatika
22.050631Kompüter mühəndisliyiinformatika
23.050633Memarlıqtəsviri incəsənət
24.050641Kimya mühəndisliyikimya
25.050655İnformasiya texnologiyalarıinformatika
26.050656Sistem mühəndisliyiinformatika
Səhiyyə, rifah və xidmət ixtisasları qrupu
27.050809Bədən tərbiyəsi və idmanfiziki tərbiyə
28.050814Məşqçi (idman növü üzrə)fiziki tərbiyə
29.050815Bədən tərbiyəsi və idmanda reabilitasiyafiziki tərbiyə report.az 



Загрузка...
Həmçinin oxuyun:
Kimlər pedaqoji fəaliyyətlə məşğul ola bilməz?

Kimlər pedaqoji fəaliyyətlə məşğul ola bilməz?

Pedaqoji   fəaliyyətə  qadağa.

Pedaqoji fəaliyyətə qadağa.

Nazirlər Kabinetinin təhsil sahəsinə aid qərarını Təhsil Nazirinin müşaviri Elnur Məmmədov şərh edib

Nazirlər Kabinetinin təhsil sahəsinə aid qərarını Təhsil Nazirinin müşaviri Elnur Məmmədov şərh edib

“Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası” təsdiq edilib

“Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası” təsdiq edilib

“Təhsil haqqında” qanunda dəyişikliklər edildi - FƏRMAN

“Təhsil haqqında” qanunda dəyişikliklər edildi - FƏRMAN

Hansı xəstəliklər pedaqoji fəaliyyətə yol vermir?

Hansı xəstəliklər pedaqoji fəaliyyətə yol vermir?

OXUYUN !  Sertifikasiya Qaydalarl təsdiq olundu

OXUYUN ! Sertifikasiya Qaydalarl təsdiq olundu

Müəllimlərin sertifikatlaşdırılması qaydaları təsdiqləndi – Bu cür aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması qaydaları təsdiqləndi – Bu cür aparılacaq

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir

Məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin pedaqoji şuralarının əsasnaməsinə dəyişiklik edilib

Məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin pedaqoji şuralarının əsasnaməsinə dəyişiklik edilib

Direktorların işə qəbulu üzrə müsahibələr davam edir

Direktorların işə qəbulu üzrə müsahibələr davam edir

3000-ə yaxın namizəd direktorluq üçün qeydiyyatdan keçib

3000-ə yaxın namizəd direktorluq üçün qeydiyyatdan keçib

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında   fərqlənmə attestatlarının verilməsi   Qaydası

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında

Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında

Ümumtəhsil məktəbində müəllimin əmək funksiyası  ( Yeni TİVTSK-dan)

Ümumtəhsil məktəbində müəllimin əmək funksiyası ( Yeni TİVTSK-dan)

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

"Formal təhsilin təşkili Qaydaları"  NK-nın 6 avqust 2010-cu il  tarixli № 147-li QƏRARI

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

Metodbirləşmə rəhbəri olan müəllim direktorluq imtahanında iştirak edə bilər?

Metodbirləşmə rəhbəri olan müəllim direktorluq imtahanında iştirak edə bilər?

Direktorların vəzifə müddəti uzadılarkən məktəbin təhsil göstəriciləri də nəzərə alınacaq

Direktorların vəzifə müddəti uzadılarkən məktəbin təhsil göstəriciləri də nəzərə alınacaq

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

Müəllimliyə namizədlər iş yeri seçir

Müəllimliyə namizədlər iş yeri seçir